Hadisə yeri Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir Baş Prokurorluq


Siyasət 15 İyn 2023 19:25:00 154 0

Hadisə yeri Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir  Baş Prokurorluq

Xəbər verildiyi ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən "Laçın" Sərhəd Nəzarəti Məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə bir nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Son.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək cinayətin izləri rəsmiləşdirilib, maddi sübutlar götürülüb.

Müəyyən edilib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qeyd edilən cinayət əməlləri nəzarət məntəqəsinə ziyan vurub və həmin təxribat nəticəsində postun iş rejimi pozulub.

Zərərçəkmiş Elşən Rüstəmov dərhal helikopterlə tibb müəssisəsinə təxliyə olunaraq əməliyyat edilib və tibbi ekspertizadan keçirilib, vəziyyəti stabilləşdikdən sonra dindirilməsi təmin ediləcək.

Cinayət işi üzrə götürülmüş maddi sübutlarla bağlı məhkəmə trosoloji-kriminalistik və digər ekspertizalar təyin olunub.

Hazırda iş üzrə hadisənin şahidləri və digər zərərçəkmişlərin dindirilməsi, həmçinin zəruri olan təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması istiqamətində intensiv işlər davam etdirilir.

Baş Prokurorluq olaraq bəyan edirik ki, hadisə yeri Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla, Azərbaycan Respublikasının istisnasız suveren ərazisidir, təqsirli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirlərin görülməsi təmin olunacaq.

Aytən Səfərova məzun olan qızını paylaşdı  FOTO like
  • 15 İyn 19:24  
Digərləri Aytən Səfərova məzun olan qızını paylaşdı FOTO

Dünən məzun olanlar arasında tanınmış aparıcı Aytən Səfərovanın da

arrow Ətraflı
Atilla Taşın 6 il həbsi istənilir like
  • 15 İyn 18:58  
Şou-biznes Atilla Taşın 6 il həbsi istənilir

Türkiyənin məşhur müğənnisi Atilla Taşın növbəti məhkəməsi baş tu

arrow Ətraflı
Ukrayna ordusu bu qədər ərazini azad edib like
  • 15 İyn 18:46  
Dünya Ukrayna ordusu bu qədər ərazini azad edib

Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları çərçivəsində 100

arrow Ətraflı
Ayrıayrı dünyaların adamıyıq  Bir zamanların ən yaxın rəfiqələri idilər... like
  • 15 İyn 18:22  
Şou-biznes Ayrıayrı dünyaların adamıyıq Bir zamanların ən yaxın rəfiqələri idilər...

"Üç il olar Natavanla əlaqəmiz yoxdur. Nömrəsi belə yoxumdur. 10 ild

arrow Ətraflı
Ən qədim insanların izləri aşkarlanıb  FOTO like
  • 15 İyn 18:10  
Dünya Ən qədim insanların izləri aşkarlanıb FOTO

Nelson Mandela Universitetinin alimləri Cənubi Afrika Respublikasında 153 mi

arrow Ətraflı
Tokioda dünyada ən böyük “Harri Potter” parkı açılıb  VİDEO  FOTO like
  • 15 İyn 17:58  
Dünya Tokioda dünyada ən böyük “Harri Potter” parkı açılıb VİDEO FOTO

Tokioda "Harri Potter" filmlərindən ilhamlanan əyləncə parkı aç

arrow Ətraflı
Binəli Yıldırım Şuşaya gedib  FOTO like
  • 15 İyn 17:48  
Siyasət Binəli Yıldırım Şuşaya gedib FOTO

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəl

arrow Ətraflı
Kutsi boşanır like
  • 15 İyn 17:46  
Şou-biznes Kutsi boşanır

Türkiyəli aktyor-müğənni Ahmet Kutsi Karadoğan ilə həyat yoldaşı Sibel

arrow Ətraflı
Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb  FOTO like
  • 15 İyn 17:42  
Siyasət Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatıb FOTO

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azə

arrow Ətraflı
Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si olacaq like
  • 09 İyn 11:56  
Digərləri Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si olacaq

Yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Ax

arrow Ətraflı
"Müalicəvi su" adı altında görün bizə nə satırdılar like
  • 09 İyn 11:45  
Digərləri "Müalicəvi su" adı altında görün bizə nə satırdılar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfət

arrow Ətraflı
"11 uşağa təhsil verib, 4 oğul evləndirmişəm" like
  • 09 İyn 11:23  
Şou-biznes "11 uşağa təhsil verib, 4 oğul evləndirmişəm"

"Bu günə qədər 11 uşağa təhsil vermişəm".

arrow Ətraflı