Kişineu sammitindən sonra:


Siyasət 02 İyn 2023 13:34:00 156 0

Kişineu sammitindən sonra:

Elçin Alıoğlu TREND

Kişineu sammitində keçirilmiş üçtərəfli görüş Azərbaycanın növbəti diplomatik irəliləyişidir. Ermənistan isə artıq son şansını dəyərləndirməklə məşğuldur.

"Ermənistan və Azərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər".

Bu barədə Moldovada keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir.

"Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan baş naziri Paşinyan Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Prezidenti və Ermənistan baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Almatı bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər. Eyni zamanda, onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər", - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.

Yelisey Sarayının bəyanatı kimi təqdim edilən, əslində Fransa Prezidenti Emmanuel Makronun mövqeyinin növbəti dəfə tirajlanması olan sənədə rəsmi Bakının reaksiyası gözlənildiyi kimi, sürətli və sərt olub.

"Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib", - bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Açıqlamada daha sonra vurğulanır: "Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir".

Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniyanın kansleri Olaf Şolts və Fransanın dövlət başçısı Emmanuel Makron arasında keçirilmiş beştərəfli görüşün detallarına gəldikdə isə, Mimi qəsr kompleksinin ərazisində yerləşən kafeteriyada baş tutmuş qeyri-rəsmi görüşdə regional nəqliyyat və iqtisadi infrastrukturların blokadadan çıxarılması, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə işlər, münasibətlərin tənzimlənməsi, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, habelə humanitar məsələlər müzakirə edilib.

Eyni zamanda, iİyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş planlaşdırıldığı da vurğulanıb.

Şarl Mişelin dediyinə görə, Fransa və Almaniya liderlərinin iştirakı ilə daha bir görüş oktyabrın 5-də İspaniyada gözlənilir.

... Yelisey Sarayının bəyanatının reallıqdan çox uzaq olduğu bəllidir, amma sənədin məğzi mətnin sonundadır: "Müzakirələr zamanı tərəflər Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliklərinin təminatının mühümlüyünü vurğulayıblar".

Göründüyü kimi, hətta fasiləsiz olaraq ermənidən artıq erməni olmağa çalışan Emmanuel Makronun ritorikasında belə, "Qarabağ xalqı" ifadəsi yoxa çıxaraq yerini qarabağlı ermənilər anlamına verib. Makron habelə, artıq "qarabağlı ermənilərin milli müqəddaratını təyin etmək hüququ"ndan da danışmır.

Moldovanın paytaxtında keçirilmiş sammitdə Nikol Paşinyan və onun himayədarı Emmanuel Makron nə qədər çalışsalar da, Avropa İttifaqı və Azərbaycanın faktiki olaraq təmərküzləşən mövqeyinə təsir edə bilmədilər.

Avropa İttifaqı da etiraf edir ki, nə "Qarabağ xalqı" var, "nə qarabağlı ermənilərin müqəddərat təyinetmə hüququ", nə də "status"la bağlı hansısa formada gözlənilən danışıqlar ehtimalı.

Bunu Nikol Paşinyan da etiraf edib. Moldovadan Ermənistana dönəndən sonra keçirdiyi mətbuat konfransında o, deyib: "Rəsmi İrəvan və Bakı 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiya aparmağa ilkin razılıq veriblər".

Paşinyanın sözlərinə görə, Moldovadakı müzakirələri "faydalı hesab etmək olar".

"Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub", - Ermənistanın baş naziri qeyd edib.

O, həmçinin söyləyib ki, Ermənistan tərəfi anklav kəndləri Azərbaycana qaytarmağa hazırdır.

Paşinyan onu da vurğulayıb ki, iyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Beləliklə, Ermənistanın hakimiyyət dairələrinin, siyasətçilərinin, müxalifət liderlərinin və Xankəndindəki xuntanın revanşist bəyanatlarına rəğmən, proses rəsmi Bakının müəyynələşdirdiyi istiqamətdə gedir.

Yaxın gələcəkdə qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinnə reinrteqrasiyası prosesi qaçılmazdır.

Moldova sammitinin özünə gəldikdə isə, situasiya mürəkkəb deyil.

"Avropa siyasi birliyi" 2 ci Zirvə toplantısı əslində "qoca qitə"dəki ATƏT, AŞPA və s. kimi təşkilatların fəaliyyətinə təkan verilməsi, onların faktiki olaraq "dirildilməsi" və ən əsası Avropa ölkələri arasında yeni, effektiv dialoq platformalarının yaradılması istiqamətindəki növbəti mərhələsidir.

Kişineudakı müzakirələri isə, fikrimizcə, "beştərəfli görüş" kimi təqdim etmək yanlışdır.

Bu, İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında üçtərəfli görüş idi.

Praqmatik və soyuqqanlı siyasətçi kimi tanınan alman kansler Olaf Şolts ilə siyasi təlcək Emmanuel Makron bu görüşdə müşahidəçilər idilər.

Kişineudakı müzakirələrdən bir qədər əvvəl Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Moskvada, Vladimir Putinin vasitəçiliyi ilə görüşdüklərini nəzərə alsaq, Moldovanın paytaxtındakı üçtərəfli görüşün mahiyyəti adi simvolizmdir.

Moldovadakı sammit həm də Ermənistanın hakimiyyət dairələri ilə Xankəndindəki separatçı rejimə feyk "hakimiyyət"lərin, separatizm təmayüllü çağırışlarla istəklərinin sonunun çatmasına çox az qaldığı barədə xəbərdarlıqdır.

Qarabağlı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olaraq normal yaşamaq istəyirlərsə, Xankəndindəki xunta ilə yollarını tamamən ayırmalıdır.

Silahlar təhvil verilməli, "parlament" adlanan marionet struktur buraxılmalı, "hakimiyyət qurumları" kimi təqdim edilən oyuncaq "təşkilat"lar ləğv edilməlidir və s.

Qarabağlı ermənilər İrəvandakı revanşistlərlə Xankəndindəki terrorçuların köləliyindən qurtulmalı, hazırda marginal həyat yaşadıqlarını anlamalıdırlar.

Separatçı xuntanın rəhbəri Araik Arutyunyansa tələsməlidir: əks təqdirdə onu amnistiya yox, Azərbaycanda məhkəmə və həbs gözləyir.

Brüsseldə sülh müqaviləsi imzalana bilər like
  • 02 İyn 13:32  
Siyasət Brüsseldə sülh müqaviləsi imzalana bilər

Kişinyov görüşü əslində Brüssel görüşünün başqa bir formatıdır.

arrow Ətraflı
60 milyona villa aldılar like
  • 02 İyn 13:31  
Şou-biznes 60 milyona villa aldılar

Hollivud ulduzu Cennifer Lopez və aktyor həyat yoldaşı Ben Afflek yeni mali

arrow Ətraflı
Mərakeş çəyirtkələri bölgədə... like
  • 02 İyn 13:20  
Digərləri Mərakeş çəyirtkələri bölgədə...

Bir neçə gündür Lerik rayonunun Barzavu və Ambu kəndlərindəki əkin sah�

arrow Ətraflı
Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ... like
  • 02 İyn 12:58  
Digərləri Xaricdən gətirilən işlənmiş avtomobillərə yeni VERGİ...

Ölkəyə işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı da ödəyəcək

arrow Ətraflı
Şənbə günü Bakıda 31 dərəcə isti olacaq like
  • 02 İyn 12:49  
Digərləri Şənbə günü Bakıda 31 dərəcə isti olacaq

İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Məşhur jurnalist vəfat etdi like
  • 02 İyn 12:47  
Şou-biznes Məşhur jurnalist vəfat etdi

Türkiyəli məşhur jurnalist Mehmet Barlas vəfat edib.

arrow Ətraflı
Azərbaycan Fərid Səfərliyə görə like
  • 02 İyn 12:39  
Siyasət Azərbaycan Fərid Səfərliyə görə

Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, F�

arrow Ətraflı
Əməkdar artist efirlərdən bezdirən SƏBƏB like
  • 02 İyn 12:36  
Şou-biznes Əməkdar artist efirlərdən bezdirən SƏBƏB

Əməkdar artist Abbas Bağırov uzun müddətdir efirlərə çıxmama səbəbin

arrow Ətraflı
Çelik Erişçi Bakıya gəlir like
  • 02 İyn 12:31  
Şou-biznes Çelik Erişçi Bakıya gəlir

"Sevenler anlar", "Hercai", "Meyhaneci", "Naz

arrow Ətraflı
NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi like
  • 02 İyn 12:25  
Dünya NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) yeddi aya yaxındır araşdı

arrow Ətraflı
İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı like
  • 02 İyn 12:20  
Siyasət İrəvan metrosundakı qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırıldı

İrəvan metrosunun "Respublika Meydanı" stansiyasında yerləşdiril

arrow Ətraflı
Ermənistan regionda bütün prosesləri ləngidir like
  • 02 İyn 12:19  
Siyasət Ermənistan regionda bütün prosesləri ləngidir

Kişinyov görüşü qeyri-formal olduğundan orda hansısa ciddi sənədin imza

arrow Ətraflı
Pensiya yaşı azaldılacaq? like
  • 02 İyn 12:18  
Digərləri Pensiya yaşı azaldılacaq?

Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi p

arrow Ətraflı
Uşaq pulu verilə bilər? like
  • 02 İyn 12:14  
Digərləri Uşaq pulu verilə bilər?

Uşaq pulu məsələləsinə biz ünvanlı olaraq baxırıq. Bu gün 615 min uş

arrow Ətraflı
Ermənilərin bunker və səngərlərini su basdı like
  • 02 İyn 12:03  
Digərləri Ermənilərin bunker və səngərlərini su basdı

Ermənistan ordusunun sərhəddə qurduğu yeni səngər və bunkerləri sel sul

arrow Ətraflı