İlham Əliyev İtaliya Prezidentinə təbrik məktubu göndərib


Siyasət 02 İyn 2023 11:09:00 153 0

İlham Əliyev İtaliya Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

2 İyun - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Güclü siyasi əlaqələrimiz gündən-günə genişlənən ticari, iqtisadi, enerji, təhsil, mədəni və digər sahələrdə əməkdaşlığımızın və çoxölçülü strateji tərəfdaşlığımızın təməlini təşkil edir. Bu da öz növbəsində, dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır.

İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət verir, qeyri-neft sektorunda birgə fəaliyyətimizi şaxələndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Apardığımız ali səviyyəli siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, imzalanmış sənədlər, həyata keçirilən birgə layihələr əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına İtaliyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İtaliya xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".

Son.az 

25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirildi like
  • 02 İyn 11:08  
Digərləri 25 azərbaycanlı Almaniyadan Azərbaycana gətirildi

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa

arrow Ətraflı
Paşinyan yenidən KTMTni ittiham etdi like
  • 02 İyn 11:07  
Siyasət Paşinyan yenidən KTMTni ittiham etdi

"Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müə

arrow Ətraflı
Rəsmi Bakıdan Makrona CAVAB like
  • 02 İyn 11:05  
Siyasət Rəsmi Bakıdan Makrona CAVAB

"Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçiv�

arrow Ətraflı
"Anam dedi ki, avaraya ərə gedəcəksən" like
  • 02 İyn 10:57  
Şou-biznes "Anam dedi ki, avaraya ərə gedəcəksən"

Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbalayeva sosial şəbəkə hesabı

arrow Ətraflı
O, dünyanın ən varlı aktrisasıdır like
  • 02 İyn 09:51  
Şou-biznes O, dünyanın ən varlı aktrisasıdır

Forbes jurnalı Riz Uizerspunu ən zəngin aktrisa adlandırıb. 

arrow Ətraflı
Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı like
  • 02 İyn 09:29  
Digərləri Türkiyəni gözləyən ən böyük təhlükə açıqlandı

Almaniyanın Maks Plank İnstitutunun elmi jurnalı olan "Geophysics"d

arrow Ətraflı
Təqaüd düzəltmək adı ilə külli miqdarda dələduzluq edən şəxs ələ keçdi like
  • 02 İyn 09:18  
Kriminal Təqaüd düzəltmək adı ilə külli miqdarda dələduzluq edən şəxs ələ keçdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Azərbaycanda qəbirləri qazaraq ölülərin qızıl dişlərini oğurlayırdılar like
  • 02 İyn 09:09  
Kriminal Azərbaycanda qəbirləri qazaraq ölülərin qızıl dişlərini oğurlayırdılar

Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri �

arrow Ətraflı
“Karib dənizinin quldurları”nın aktyoru öldü like
  • 02 İyn 08:53  
Dünya “Karib dənizinin quldurları”nın aktyoru öldü

"Karib dənizinin quldurları: Dünyanın sonunda" filmindəki "K

arrow Ətraflı
BMT Təhlükəsizlik Şurasında iclas  Şimali Koreya ilə bağlı like
  • 02 İyn 08:47  
Dünya BMT Təhlükəsizlik Şurasında iclas Şimali Koreya ilə bağlı

Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınaqları ilə

arrow Ətraflı
Bu texnologiya Qarabağda suya qənaət etməyə imkan verəcək like
  • 02 İyn 08:40  
Digərləri Bu texnologiya Qarabağda suya qənaət etməyə imkan verəcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl" texn

arrow Ətraflı
Qaynadılmış, yoxsa çiy su – Yayda hansını içək? like
  • 02 İyn 08:33  
Digərləri Qaynadılmış, yoxsa çiy su – Yayda hansını içək?

Dünya diyetoloqlarının araşdırmalarına görə, həzm proseslərini aktivl�

arrow Ətraflı
Tatlısəsin onuncu nəvəsi olacaq like
  • 02 İyn 08:25  
Şou-biznes Tatlısəsin onuncu nəvəsi olacaq

Yeddi övladı olan türkiyəli müğənni İbrahim Tatlısəsin onuncu nəvəsi

arrow Ətraflı
Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı like
  • 02 İyn 08:17  
Digərləri Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlandı

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.

arrow Ətraflı