Qərb Bakıya buna görə təzyiq edəcək


Siyasət 28 May 2023 03:41:00 125 0

Qərb Bakıya buna görə təzyiq edəcək

Şimal-Cənub nəqliyyat dəhlizi böyük, nəhəng və əlverişli bir layihə kimi düşünülmüşdü. Amma həyata keçirilməsi bəzi səbəblərdən ideal getmir.

Mili.Az xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış rusiyalı ekspert Sergey Markov Şimal-Cənub dəhlizinin reallaşmasında yaranan çətinlikləri şərh edərkən deyib.

O, bu layihədə Rusiya, Azərbaycan və İranın əsas rol oynadığını bildirib:

"Lakin Azərbaycanla İranın münasibətləri son bir ildə pisləşib. Bu da layihənin həyata keçməsinə ciddi problemlər yaradır. Ona görə ki, ölkələr arasında etibar azalır, siyasi rəhbərliyin belə nəhəng layihələrə verəcəyi inpuls zəifləyir. Başqa bir səbəb isə Rusiyanın güclü sanksiyalara məruz qalmasıdır. Bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran arasında nəzərdə tutulmurdu. Dəhliz Şimali Avropa, Şərqi Avropa və Hindistanın cənubunu birləşdirməli idi. Sanksiyalara görə Rusiya şirkətlərinin bu layihə çərçivəsində əməkdarşlıq məsələsi çətinləşdi. Şimali Avropa, Avropa Birliyinin əhəmiyyətli hissəsi layihədən çıxdı. Hindistan şirkətləri də sanksiyalara görə buna ehtiyatla yanaşır".

O, layihənin indiki formatda da əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Hətta Rusiya-Azərbaycan-İran formatında da bu layihə əlverişlidir. Sanksiyalar olsa da, layihə Rusiya və İran kimi ölkələrin inkişafında əhəmiyyətli rol oynayacaq. Azərbaycan Rusiya ilə İran arasında vacib coğrafi mövqeyə malik olduğu üçün onun bu layihədə həlledici yeri var. Layihənin həyata keçməsinə Rusiya və İran maraq göstərir. Həm də sanksiyalar həmişəlik deyil axı. Bir müddət sonra müxtəlif səbəbdən böyük ehtimalla sanksiyalar zəifləyəcək. Hindistanın cənubunun nəhəng biznes strukturu, Avropanın şimal ölkələri və onların vasitəsi ilə Avropa Birliyi də bu layihəyə qoşulacaqlar".

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizinin qlobal iqtisadiyyatda əhəmiyyətli rolu danılmazdır və bu layihə Qərbdə qıcıq yaradır:

"Bu nəqliyyat dəhlizi Qərb ölkələrində qıcıq yaradır. Ona görə ki, bu, Rusiya və İran iqtisadiyyatının inteqrasiyasına və əməkdaşlığını genişləndirməsinə imkan verir. Düşünürəm ki, Qərb ölkələri bu layihənin inkişafının qarşısını almaq üçün Azərbaycana təzyiq edəcəklər və ya loyallığını almağa çalışacaqlar".

“Məni sevgi ilə böyütdüyün üçün minnətdaram” like
  • 28 May 02:34  
Şou-biznes “Məni sevgi ilə böyütdüyün üçün minnətdaram”

Aktrisa Nərgiz Əliyeva anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
İllər məşhur gözəlləri necə dəyişdi?  O vaxt və indi like
  • 28 May 01:28  
Şou-biznes İllər məşhur gözəlləri necə dəyişdi? O vaxt və indi

1990-cı illərdə podiumlara hər çıxışı ilə insanları valeh edən göz�

arrow Ətraflı
Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib  FOTO like
  • 28 May 00:50  
Siyasət Türkiyə səfirliyi ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib FOTO

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizi Müstəqillik Günü münasi

arrow Ətraflı
Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir like
  • 28 May 00:43  
Şou-biznes Azərbaycanlı iş adamı xanımlarda bu xüsusiyyətləri bəyənmir

Rusiya və MBD ölkələrində məşhurlaşan azərbaycanlı videobloqer və iş

arrow Ətraflı
Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir? like
  • 28 May 00:31  
Digərləri Yekunlaşan dərs ilində tibbi ARAYIŞ tələb etməyin adı nədir?

Tədris ilinin sonuna az qalmış məktəblilərdən tibbi arayış tələb olun

arrow Ətraflı
Azərbaycanda Müstəqillik Günüdür like
  • 28 May 00:10  
Siyasət Azərbaycanda Müstəqillik Günüdür

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

arrow Ətraflı
Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq like
  • 28 May 00:01  
Digərləri Günün qoroskopu: Kiçik maliyyə itkiləri olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda  FOTO like
  • 27 May 23:55  
Digərləri Kəlbəcərin “İstisu”yu 31 il sonra satışda FOTO

31 il sonra min bir dərdə dərman olan Kəlbəcərin "İstisu"yu Bak

arrow Ətraflı
Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər like
  • 27 May 23:46  
Digərləri Ana və 2 körpəsi 13cü mərtəbədən yıxılıb öldülər

Türkiyədə ana və 2 azyaşlı övladı faciəvi şəkildə ölüb.

arrow Ətraflı
Rusiyaya məxsus 3 PUA vuruldu like
  • 27 May 23:38  
Dünya Rusiyaya məxsus 3 PUA vuruldu

Ukrayna qoşunları Rusiya ordusunun şəxsi heyətinin və hərbi texnikasını

arrow Ətraflı
Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib  Baş Prokurorluq like
  • 27 May 23:30  
Siyasət Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu həbs edilib Baş Prokurorluq

Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə

arrow Ətraflı
İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub  FOTO like
  • 27 May 23:13  
Siyasət İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub FOTO

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın ra

arrow Ətraflı
78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi? like
  • 27 May 23:10  
Digərləri 78 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi?

Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoş

arrow Ətraflı
Pakistanın baş naziri İlham Əliyevi təbrik edib like
  • 27 May 23:03  
Siyasət Pakistanın baş naziri İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Prezident İlham �

arrow Ətraflı