“Azərbaycanın haqlı mövqeyinə ədalətli münasibət bizi sevindirir”
Digərləri 25 May 2023 13:29:00 252 0
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə mayın 24-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Yuta ştatındakı "Son Günlərin Müqəddəsləri İsa Məsih Kilsəsi"nin (Mormon kilsəsi) rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Yuta ştatına səfərini, Senatda və digər rəsmi dairələrdə keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluqla xatırladığını deyib, belə qarşılıqlı səfərlərin ölkələrimiz arasında dinlərarası əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini bildirib. QMİ sədrinin sözlərinə görə, nümayəndə heyətinin Azərbaycana gəlişi əlamətdar günlərə təsadüf edir: "Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənə ilə qeyd olunur, qarşıdan isə Müstəqillik Günümüzün növbəti ildönümü gəlir. Ölkəmizin müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, din-dövlət münasibətlərinin qurulmasında Ulu Öndərin misilsiz xidmətləri var. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu işlər Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə multikultural dəyərlərə böyük önəm verilir, dünya üçün örnək olan tolerantlıq mühiti formalaşıb".
Bu xəbəri də oxu: 21 yaşlı gənc dəm qazından öldü
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qüdrəti sayəsində Ermənistanın ölkəmizə qarşı 30 illik hərbi təcavüzünə son qoyulub, tarixi ərazilərimiz işğaldan azad edilib. Bu illər ərzində bəzi ölkələr, beynəlxalq qurum və təşkilatlar ölkəmizin haqlı mövqeyini müdafiə ediblər: "ABŞ-ın Yuta Ştatı Xocalı soyqırımını ilk tanıyan ştatlardandır. Rəhbərlik etdiyim nümayəndə heyəti ilə Yutaya səfərimiz zamanı Senatda görüş keçirdik və Senat Azərbaycanla bağlı bəyanat qəbul etdi. Həmin sənəddə ölkəmizdəki dinlər və mədəniyyətlərarası harmoniyanın, tolerantlıq mühitinin yüksək səviyyədə olması xüsusi qeyd edilir. Azərbaycan həqiqətlərinə, onun haqlı mövqeyinə göstərilən belə ədalətli münasibət bizim üçün çox önəmlidir".
Bu günlərdə Rusiya Federasiyasının Kazan şəhərində Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşü barədə danışan QMİ sədri Rus Pravoslav Kilsəsinin Azərbaycan və Ermənistan dini liderləri arasında vasitəçilik missiyasını yüksək qiymətlndirib: "Patriarx həzrətlərinin vasitəçiliyi ilə ermənilərin patriarx-katolikosu II Qaregenlə dəfələrlə görüşümüz olub. Dini liderlər xalqları müharibəyə, ədavətə deyil, sülhə çağırmalıdır. Təəssüf ki, erməni kilsəsi siyasi bəyanatlar verir, revanşist çağırışlardan əl çəkmir. Bu isə sülh prosesinə maneçilik törədir, regionda münasibətlərin gərginləşməsinə gətirib çıxarır. Ermənistanın basdırdığı minalar səbəbindən işğaldan azad edilən ərazilərimizdə bu gün də mülki əhalimiz həlak olur". Şeyxülislam həzrətləri Mormon kilsəsi ilə sıx əməkdaşlıq edən Stirlinq Fondunun ölkəmizin işğaldan azad edilən ərazilərində mina təmizləmə işinə 250 min dollar ianə etdiyini diqqətə çatdırıb, xeyirxah addıma görə təşəkkürünü bildirib. Səmimi qarşılanmaya görə təşəkkür edən Mormon kilsəsinin rəhbəri Devid Bednar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Amerikalı qonaq Azərbaycanda müxtəlif xalqların, etnik qrupların və bir çox icma nümayəndələrinin əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıblar. Çıxışçılar QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin bu sahədəki fəaliyyətini, nüfuzlu dini lider kimi regionda və dünyada sülhün əldə edilməsindəki xidmətlərini xüsusi qeyd ediblər.
Tədbirdə Milli Məclisin üzvləri, Azərbaycandakı dini konfessiyaların başçıları iştirak edib.
Şamaxıda Yuxarı məhəllələrin çirkabı aşağı məhəllədə yaşayan sa
Prezident İlham Əliyev Elmira Axundovanın 2-ci dərəcəli "Vətənə xi
2023-cü ilin sonundan başlayaraq Şuşaya təqribən 1500 nəfərin köçürü
Filippin Prezidenti Ferdinand Romualdez Markos Prezident İlham Əliyevə təbri
Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.
Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürd
Hollivud ulduzu Silvestr Stallonenin qızları atalarının onlara şəxsi həya
Qərbin sanksiyalarından sonra İranda bir çox sahələr üzrə, o cümlədən
Dünən Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə b
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner həyat
Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.