Şuşada elektrik enerjisi infrastrukturu üzrə görülən işlər açıqlanıb
Digərləri 25 May 2023 13:11:00 234 0
Şuşada elektrik enerjisinin paylanması üçün infrastrukturun yaradılması üzrə işlər görülür.
Bu xəbəri də oxu: Bella Hədidin evi də yanıb kül oldu FOTO
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsinin köməkçisi Kənan Quliyev cümə axşamı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.
Onun sözlərinə görə, bugünədək artıq 35 kilovat-saat gücündə beş elektrik stansiyası inşa olunub.
"Şuşada və Daşaltı kəndində, xüsusən Daşaltı çayının üzərində su anbarı inşa olunub, yeni nasoslar quraşdırılıb və ümumi uzunluğu doqquz kilometr olan su boru kəmərləri çəkilib", - o deyib.
O həmçinin qeyd edib ki, 2023-cü ildən başlayaraq Şuşa şəhərinin daxili yollarının layihələndirilməsi və xarici nəqliyyat kommunikasiyaları ilə inteqrasiyası üzrə işlər başladılıb.
"Bu işlər şəhərin baş planına tam uyğun şəkildə icra olunacaq. Belə ki, yolun bir hissəsi Füzuli ilə Şuşanı birləşdirəcək. Dördzolaqlı yolun inşa olunması gözlənilir", - o deyib.
Son.az
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.
Türkiyədə baş verən fəlakətli zəlzələdən sonra çoxları düşünürd
Hollivud ulduzu Silvestr Stallonenin qızları atalarının onlara şəxsi həya
Qərbin sanksiyalarından sonra İranda bir çox sahələr üzrə, o cümlədən
Dünən Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə b
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner həyat
Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.
Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi
Təkcə F-16-lar deyil, bizə 150-200 kilometr uçuş məsafəsi olan raketlər
"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs
Xəstəxanada uşaq zorakılığına görə məhkum olunmuş Yakutiyadan olan h�
Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviçə inziba