SEPAH azərbaycanlıları belə tora salır
Digərləri 25 May 2023 12:32:00 213 0
Qərbin sanksiyalarından sonra İranda bir çox sahələr üzrə, o cümlədən, SEPAH-da pul qazanmağın yollarını axtarmağa başladılar. Bu minvalla narkotik qaçaqmalçılığı və satışının həyata keçirilməsinə qərar verildi. Məqsəd pul qazanmaq və sanksiyaların əvəzində Qərb ölkələrini təhdid etmək idi.
Bu xəbəri də oxu: Stüardessadan təhlükəsiz
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a SEPAH-ın istefada olan polkovniki Əli Rzayi İranda narkotik maddələrin qaçaqmalçılığı və SEPAH-ın bu işdə rolu barəsində danışarkən deyib.
O, narkotik daşıyan yük maşınlarının İrandan keçməsi üçün ortaya qoyulan şərtlərə toxunub:
"İlk növbədə narkotik malların tranzit daşınmasına icazə verilməli idi. Yəni, Əfqanıstandan narkotik maddələr daşıyan ağzı bağlı yük maşınları bəzi şərtlər müqabilində İrandan keçəcəkdi. Bəzi malların arasına narkotik maddələri qarışdıraraq keçirirdilər. İşlərini bu cür görən şəxslərin əsas məqsədi pul qazanmaq idi. Bu işlər SEPAH-ın Qüds briqadasının əli ilə həyata keçirilirdi. Belə ki, xaricdə maliyyə məsələsini SEPAH-ın Qüds briqadası həll edirdi. Nefti də gəmilərə doldurub, dənizdə qaçaqmalçılara satırdılar. Pulunu ya birbaşa qaçaqçılar vasitəsi ilə İranın dəstəklədiyi terror qruplarına xərcləyirdilər, ya da gizli şəkildə Türkiyədən Azərbaycana və İrana keçirirdilər. Qarabağ yolu isə bu baxımdan əlverişli idi. Bu baxımdan, Xudafərin səddinin düzəlməsi bir bəhanə xarakteri daşıyıb. SEPAH-ın məqsədi şirkətlərini Arazın hər iki tərəfində yerləşdirib, onlardan istifadə etmək olub".
Çalışdığı briqadada SEPAH-ın əsas işinin casus ovu olduğunu bildirən polkovnik İranın narkotik maddələrin qaçaqmalçılığına həm də bu səbəbdən şərait yaratdığını vurğulayıb:
"Mənim çalışdığım "14 məsum" briqadası qaçaqmalçılarla birbaşa iş görməsə də, sərhəddə onlarla əlaqədə idilər. Onlardan məlumat tələb edirdilər. Azərbaycandan adam tapıb, casusluğa cəlb etmələrini istəyirdilər. SEPAH-ın bu şərtləri yerinə yetirilsə, qaçaqmalçıların fəaliyyətinə göz yumulurdu. Onlar da SEPAH-ın himayəsində olduqları üçün aşkar şəkildə işlərini görürdülər. Bunlar böyük qaçaqçılar da deyildi. Narkotik qaçaqmalçıları Azərbaycana bəzən 30 kilo, bəzən də 5-6 nəfər hərəsi 7 kq mal ilə keçirdilər. SEPAH da təbii ki, casusluq müqabilində buna göz yumurdu".
Dünən Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə b
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner həyat
Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.
Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi
Təkcə F-16-lar deyil, bizə 150-200 kilometr uçuş məsafəsi olan raketlər
"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs
Xəstəxanada uşaq zorakılığına görə məhkum olunmuş Yakutiyadan olan h�
Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviçə inziba
Azərbaycanın mənafeyi bütün dünyada bizim üçün önəmlidir.
Türkiyənin Adana şəhərində şəxsi evin önünə əldəqayırma bomba atı
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdu
"Yalı çapkını"nın ulduzu Afra Saraçoğlu reklam qiymətlərini q
21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platf