Bakıda ölüm saçan tikililərə görə kim cavabdehdir?
Digərləri 25 May 2023 12:27:00 238 0
Dünən Bakının mərkəzində xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib. Binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından beton parçası qoparaq səkidə hərəkət edən piyada, qadının başına düşüb. 31 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bu xəbəri də oxu: Yeni virus nə qədər təhlükəlidir?
Belə hallarda kim məsuliiyət daşıyır?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, Istənilən bina hansı qurumun balansındadırsa bütün təhlükəli vəziyyətlərə qarşı önləyici addımlar atılmalıdır.
"Həm binada həm də kənar şəxslərin sağlamlığına və əmlakına zərər gəlməsin. Binalara cavabdeh olan qurumlar tərəfindən binanı uçma, dağılma təhlükəsi olan risqləri vaxtında aradan qaldırmalıdır. Bütün texniki təhlükəsizlik qaydalarına əməl edilməlidir. Tikilidən tökülən daş-kəsək insanların həyatı üçün təhlükəlidir."
Ekspert bildirib ki, bundan başqa təhlükələrin qarşısını almaq üçün binaların istismarında olan avadanlıqların, mexanizmlərə vaxtında texniki qulluğun göstərilməsi lazımdır.
"Bu da binaya cavabdeh olan qurumların işidir. Vaxtında təhlükəli vəziyyətlər aradan qaldırılmayanda bədbəxt hadisələr qaçılmaz olur. Belə bədbəxt hadisələr zaman-zaman təkrarlanır.Əsasən də insanlar güclü külək zamanı binaların yanından keçərkən ehtiyatlı olsunlar. Güclü külək olduqda binadan daş, dəmir, fasad parçası düşə bilər. Bel əKöhnə binalarla vəziyyət daha təhlükəlidir.", - deyə o qeyd edib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Arif Qasımlı bildirib ki, belə bədbəxt hadisələrə görə məsuliyyəti binanın normativ tikintilərə cavab verən qurum və rəhbərləri daşıyır.
O bildirib ki, hər hansı işıqforun, dəmirin və ya binadan adamın üzərinə daş düşməsi bunu yerinə yetirən şirkətin normativ qaydalar necə əməl etməsi barədə sual yaradır.
" Bununla bağlı məhkəmə ekspertizası təyin olunur. Nəyin nəticəsində uçub adamın başına düşüb ağır xəsarət yetirməsi , ölməsi araşdırılmalıdır. Eyni zamanda zərərçəkən şəxs müqəssir bilinən şəxs, şirkət və ya qurumdan təzminat almaq hüququ var", - deyə o qeyd edib.
"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner həyat
Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.
Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi
Təkcə F-16-lar deyil, bizə 150-200 kilometr uçuş məsafəsi olan raketlər
"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs
Xəstəxanada uşaq zorakılığına görə məhkum olunmuş Yakutiyadan olan h�
Morqenştern ləqəbi ilə tanınan rusiyalı reper Əlişer Tahiroviçə inziba
Azərbaycanın mənafeyi bütün dünyada bizim üçün önəmlidir.
Türkiyənin Adana şəhərində şəxsi evin önünə əldəqayırma bomba atı
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdu
"Yalı çapkını"nın ulduzu Afra Saraçoğlu reklam qiymətlərini q
21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platf
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həb
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul limanı 244 min 265