Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir?


Digərləri 11 Yan 2025 08:46:00 94 0

Bağçalarda uşaqların qidalanmasına necə nəzarət edilir?

Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təqdim edilən qidalar valideynləri maraqlandıran əsas məsələlərdən biridir. Övladını bağçaya göndərməyi düşünən şəxs ilk olaraq həmin müəssisənin qida rasionu barədə fikirləşir. Cavabını axtarıdığımız əsas sual da elə həmin qidalanma rejminə nəzarətlə bağlıdır.

Məktəbəqədər tədris müəssisələrində qidalanma necə tənzimlənir?

Son.az xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır:

"Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritetlərimizdəndir. Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır.

Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Qidalanma gün ərzində bağçaların iş saatlarına görə təmin olunur".

Agentlikdən qeyd edilib ki 2023-cü ildən etibarən paytaxt və bir sıra bölgələr daxil olmaqla, 446 bağçada qidalanma ilə bağlı pilot layihə icra edilir:

"Layihə çərçivəsində qidalanma prosesi vahid menyu əsasında təşkil olunub. Layihəyə əsasən, qidalanma prosesi bir neçə formada həyata keçirilir. Belə ki, bir sıra məktəbəqədər təhsil müəssisələrinə isti yeməklər özəl şirkətlər tərəfindən çatdırılır. Əksər bağçalarda isə yeməklər məhz müəssisənin özündə hazırlanır.

Bildiririk ki, mövcud normalara əsasən, zülal, karbohidrat, mineral və vitaminlərin balansı gün ərzində menyuda nəzərdə tutulan qidalara görə tənzimlənir. Uşaqların hansı qidalara allergik olmaları ilə bağlı valideynlərlə dəqiqləşdirmələr aparılır və qidalanma zamanı bu amillər nəzərə alınır. Kənardan qidanın gətirilməsinə icazə verilmir və bağça heyəti bununla bağlı mütəmadi maarifləndirilir.

Qeyd edirik ki, 2024-cü ildə Qida Təhlükəsizliyi İnstitutu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib. Təlim iştirakçıları müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi və digər məsələlər barədə məlumatlandırılıb.

Təlimlərlə yanaşı, məktəbəqədər təhsil müəssisələrində sanitariya-gigiyena və qida təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunub-olunmamasına dair monitorinqlər keçirilir. 2024-cü ilin sonunadək paytaxt və bölgələrdə 450 bağçada sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətlər icra edilib".

Bəs uşaqlar üçün bağçalarda sağlam qidalanma necə olmalıdır?

Bu barədə Trend-ə danışan həkim-pediatr Günay Rəsulova bildirib ki, uşaq bağçalarında qida rasionu balanslı olmalıdır.

"Yəni gündəlik meyvə, tərəvəz, süd məhsulları, ət məhsulları, hamısı rasionda bölünmüş və balanslı şəkildə olmalıdır. Bu, səhər, günorta və axşam yeməyi daxil olmaqla, üç əsas öyün və iki ara öyün kimi qurulmalıdır.

Bağçalarda qidalanmada ən çox yol verilən səhvlərdən biri uşaqlara şirin çayın verilməsidir. Şirin çay uşaq yaş qrupu üçün uyğun qida sayılmır. Ona görə ki, tərkibində kofein var. Eyni zamanda, çay orqanizmdə dəmiri azaldır. Ümumiyyətlə, şəkər yükü baxımından bağçada uşaqlara şirin çay verilməməlidir".

"Bəzən özəl bağçaların qida rasionunu paylaşırlar. Biz görürük ki, siyahıda süni meyvə şirələri var, bu da yanlışdır. Yalnız təbii meyvə suyu, bağçanın özündə yenicə çəkilmiş, təzə meyvə suyu təqdim edilə bilər. Eyni zamanda, meyvələri suda qaynadıb şəkər qatmadan kompot kimi vermək olar. Təqdim edilən bütün meyvə və tərəvəzlər mövsümə uyğun olmalıdır. Verilən yeməklər qızartma şəklində olmamalıdır", - deyə həkim əlavə edib. Son.az

Putin haqqında film çəkilir  rol ona həvalə olundu like
  • 11 Yan 08:27  
Digərləri Putin haqqında film çəkilir rol ona həvalə olundu

Britaniyalı aktyor Cud Lou fransız rejissor Olivye Assayasın ərsəyə gətir

arrow Ətraflı
Yusuf Dikeç müsahibə üçün şok məbləğ tələb etdi like
  • 11 Yan 08:19  
Digərləri Yusuf Dikeç müsahibə üçün şok məbləğ tələb etdi

Paris 2024 Olimpiya Oyunlarında Türkiyəyə 10 metr hava tapançası qarışı

arrow Ətraflı
Azərbaycanda daşıyıcı analıq qanunidir? like
  • 11 Yan 08:09  
Digərləri Azərbaycanda daşıyıcı analıq qanunidir?

"20-30 yaşlı xanımlar, follekul donoru olaraq 400-dən 700 manatadək pu

arrow Ətraflı
"Yaprak dökümü"nün Ayşesi illər sonra  FOTO like
  • 11 Yan 08:00  
Şou-biznes "Yaprak dökümü"nün Ayşesi illər sonra FOTO

"Yaprak dökümü"nün Ayşesi böyüdü - FOTO"Yaprak dökümü&

arrow Ətraflı
Sınaq imtahanları magistraturaya qəbul nəticələrinə necə təsir edəcək? like
  • 11 Yan 07:39  
Digərləri Sınaq imtahanları magistraturaya qəbul nəticələrinə necə təsir edəcək?

Təhsilin bütün pillələrində qəbul imtahanlarına hazırlıq məqsədilə

arrow Ətraflı
Bayden Zelenski ilə danışdı like
  • 11 Yan 07:33  
Dünya Bayden Zelenski ilə danışdı

ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski cümə gün�

arrow Ətraflı
Ərdoğan Azərbaycana yeni səfir təyin edib like
  • 11 Yan 07:18  
Digərləri Ərdoğan Azərbaycana yeni səfir təyin edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgü

arrow Ətraflı
Qəpikləri 250, 150, 80 manata satırlar like
  • 11 Yan 07:15  
Digərləri Qəpikləri 250, 150, 80 manata satırlar

10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı...

arrow Ətraflı
Soyuducuda qidaları düzgün saxlamağın ən yaxşı yolları like
  • 11 Yan 07:01  
Digərləri Soyuducuda qidaları düzgün saxlamağın ən yaxşı yolları

Soyuducuda qidaları düzgün saxlamaq onların təzəliyini qorumaq və təhlü

arrow Ətraflı
Bakıda 15 minə evlər satılır like
  • 11 Yan 06:47  
Digərləri Bakıda 15 minə evlər satılır

Son vaxtlar Bakıətrafı qəsəbələrdə sifarişlə ev tikintisi ilə məşğ

arrow Ətraflı
Kurskda ABŞ İstehsalı olan hərbi texnika belə vuruldu like
  • 11 Yan 06:33  
Digərləri Kurskda ABŞ İstehsalı olan hərbi texnika belə vuruldu

Rusiya Silahlı Qüvvələrinin "Şimal" qrupunun hərbçiləri ABŞ i

arrow Ətraflı
Son günlər hava niyə mülayim keçir?  Açıqlama like
  • 11 Yan 06:19  
Digərləri Son günlər hava niyə mülayim keçir? Açıqlama

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müş

arrow Ətraflı
Diabet və ürək xəstəliklərinin əsas səbəbləri like
  • 11 Yan 05:05  
Digərləri Diabet və ürək xəstəliklərinin əsas səbəbləri

Şəkərlə şirinləşdirilmiş içkilərin istifadəsi hər il dünyada 2,2 mi

arrow Ətraflı
Yüksək qan təzyiqi hansı yaşda daha təhlükəlidir? – Alimlər açıqladı like
  • 11 Yan 04:04  
Digərləri Yüksək qan təzyiqi hansı yaşda daha təhlükəlidir? – Alimlər açıqladı

London Universitet Kollecinin (UCL) alimləri müəyyən ediblər ki, həyatın

arrow Ətraflı
Yuxuda çörək görmək nə deməkdir? like
  • 11 Yan 03:03  
Digərləri Yuxuda çörək görmək nə deməkdir?

Yuxuda çörək görmək sərvət və maddi çətinliklərin bitməsinə işarə

arrow Ətraflı