Türkiyədə şəxsi evin önündə bomba partladı
Digərləri 25 May 2023 11:15:00 191 0
Türkiyənin Adana şəhərində şəxsi evin önünə əldəqayırma bomba atılıb.
Bu xəbəri də oxu: Qədim Tetisin məzarı: Alimlər Hind okeanındakı "qravitasiya dəliyi"nin sirrini açdı
Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Seyhan rayonunun mərkəzində baş verib. İddiaya görə, buna səbəb borc məsələsi olub.
Borcunu ala bilməyən bir nəfər borc verdiyi adamın evinin qarşısına gəlib və oraya əldəqayırma bomba qoyub. Bir müddət sonra bomba gurultu ilə partlayıb.
Partlayışdan sonra küçəni alov bürüyüb. Şübhəli şəxs isə hadisə yerindən qaçıb.
Partlayışı eşidən vətəndaşlar evlərindən çölə çıxıblar. Həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.
Bombanın partladığı küçədə yaşayan sakinlərdən biri gördüklərindən danışıb. "Xəstəxanadan gəlmişdik, elə bu vaxt çox güclü bir səs eşitdik. Əmioğlumun maşını orada idi və alovlar baş qaldırmağa başladı. Təlaş içində çölə çıxdıq. Bomba atıldığını dedilər. Daha sonra polis əməkdaşları gəldilər. Düşünürəm ki, atılan bomba birdən çox idi, çünki çox səs-küy var idi. Çox qorxduq", - deyə o qeyd edib.
Polisdən hadisə ilə bağlı verilən məlumatda borc məsələsi və bombanın işə salınmasına görə müəyyən edilən bəzi şübhəlilərin nəzarətə alındığı bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdu
"Yalı çapkını"nın ulduzu Afra Saraçoğlu reklam qiymətlərini q
21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platf
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həb
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin İstanbul limanı 244 min 265
Rusiyanın təkcə Baxmutdakı itkiləri 100 min nəfərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Astroloqlar yaxın günlər üçün ulduz falı tərtib edərək, üç bürcün
Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bə
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
İnfluenser Aysel Şükürün doğum günü paylaşımı müzakirələrə səbə
Ölkədə toy menyuları ilə bağlı xüsusi normaların tətbiqi təklif olunu
Zərdabda 64 yaşlı qadın evində ölü tapılıb.