Tehran rejimi azərbaycanlıları qırğına verir
Digərləri 25 May 2023 09:53:00 221 0
Azərbaycanın güney hissəsində əsgərlik yaşı çatmış gənclərimiz Bəlucistanda və İranın şimali-şərqində kürdlərin yaşadığı yerlərdə güdaza verilir. İran azərbaycanlı əsgərləri öz siyasətinə alət edir.
Bu xəbəri də oxu: Azərbaycanda 500dən çox xəstə böyrək axtarır
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli milli fəal və siyasi şərhçi Rəhim Sulduzlu İranda daxili qarşıdurmaları yatıran güneyli gənc hərbçilərin öldürülməsindən danışarkən deyib.
O, molla rejiminin millətlər və məzhəblərarası ixtilaf üzərində siyasətini formalaşdırdığını bildirib:
"Təəssüf ki, hər ikisindən Azərbaycan türkləri öz nəsibini alıb. Bəluclar məzhəb etibarı ilə sünnidirlər. Onlara qarşı dini ayrı-seçkilik edilir və qırğına verilir. Bu qırğınları isə guya azərbaycanlı əsgərlərin etdikləri görüntüsünü yaratmağa çalışırlar. Bununla da bəluc və Azərbaycan xalqının arasını vururlar. Gənclərimiz bu münaqişələrin qurbanına çevrilir. Eyni siyasət həm də ərəb və lorlar arasında aparılır. Başqa qeyri-fars millətlər də üz-üzə qoyulur. Onlar arasında da nifaq salınır. Burada da düşmənçilik toxumu səpilir. Meyvəsini özü yeyir, xalqları da bir-birinə düşmən etməklə, ömrünü uzadır".
Sulduzlunun sözlərinə görə, İranın mərkəz bölgələri sayılan ərazilərində xidmət edənlərin əksəriyyəti farslardan ibarət olur:
"Güney Azərbaycan gəncləri orada yaşayan digər xalqlar kimi hərbi xidmət keçməyə məcburdur. Onların başqa çarələri yoxdur. Amma İranın mərkəz bölgələrində xidmət edən əsgərlərin bir çoxu farslardır. Farslar hakimiyyətin dəyişməsinin tərəfdarı olsalar da, İran adlanan ölkənin bölünməsini istəmədikləri üçün qorxulu sayılmırlar. Odur ki, İranın mərkəzi yerlərində hərbi xidmət edirlər".
Qeyd edək ki, Bəlucistan vilayətində baş verən münaqişələri gənc azərbaycanlı əsgərlərin əli ilə yatırırlar. Sarvan münaqişələrində ölənlərin çoxu Azərbaycan və Xorasan türkləridir. Bu isə sosial şəbəkələrdə azərbaycanlıların narazılığına səbəb olub.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
İnfluenser Aysel Şükürün doğum günü paylaşımı müzakirələrə səbə
Ölkədə toy menyuları ilə bağlı xüsusi normaların tətbiqi təklif olunu
Zərdabda 64 yaşlı qadın evində ölü tapılıb.
Türkiyənin caz musiqiçisi Bozkurt İlham Gencer vəfat edib.
Türkiyədəki 1 milyon suriyalı qaçqının geri qayıtması üçün Suriyanı
Danimarkanın baş naziri Mette Frederiksen NATO-nun baş katibi vəzifəsinə t
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
2022-ci il fevralın 24-də Ukraynada Rusiya müharibəsi başlayandan bu il apr
Meksikada "Pemex" neft-qaz şirkətinin boru kəmərində baş vermiş
Brüsselin xilasetmə xidməti metro işə başlayan kimi çağırış qəbul ed
Beynəlxalq Telekommunikasiya İttifaqı və Azərbaycan yeni telekommunikasiya
Mayın 25-də saat 5 radələrində polis baş serjantı xəstəxanada vəfat ed