Ruslan 16 yaşlı cüdoçunu görün nə üstə qətlə YETİRİB
Kriminal 24 May 2023 23:25:00 295 0
Ötən gün Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror Ruslan Səfixanov xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Bu xəbəri də oxu: Son günlərdə həbs olunan tiktokerlərin Siyahısı
Son.az xəbər verir ki, istintaqın gedişi ilə bağlı Referans.az-a danışan Ruslan Səfixanovun vəkili Adəm Məmmədov bildirib ki, Ruslanın belə bir müddətdə azadlıqdan məhrum olunacağı ehitmal olunurdu:
"Əslində istintaqın belə yekunlaşacağı bilinirdi. Çünki bu məsələ cəmiyyətdə çox kəskin etiraz doğuran bir mövzudur. Dünənki məhkəmədə şahidlər danışdılar, ifadə verdilər. Onlar da bildirdilər ki, bunların arasında söyüş olub, yəni mübahisə söyüş üstündə baş verib, lakin yenə də Ruslan cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə yanaşı, həm də 120.2.2-ci maddəsi, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə ilə də ittiham olundu. Bəzi insanlar bunu inkar edir, amma real şahidlər təsdiqləyir ki, Ruslana qarşı orada söyüş olub. Hətta polis belə ifadə vediyi zaman bunu bildirmişdi ki, Ruslan Turanı söyüş üstündə vurub".
Adəm Məmmədovun sözlərinə görə, hadisənin baş verdiyi anı Ruslan ona danışıb və Turanı nə üçün qətlə yetirdiyini tam olaraq bildirib: "Ruslanla söhbətim zamanı mənə mübahisənin yarandığı anı danışıb. Hadisə baş verən zaman Ruslan oturmaq üçün öz yerinə yaxınlaşıb, lakin yerinə çatanda Turanın onun oturacağı yerə ayağını qoyduğunu görüb və Turandan ayağını ordan çəkməsini istəyib. Lakin Turan buna məhəl qoymayıb və Ruslana qarşı söyüş söyüb. Bundan sonra Ruslan əsəbləşib və aralarında yaranan mübahisə zamanı Turanı qətlə yetirib. Artıq istintaq müddəti də bitdi. Növbəti məhkəmə sonuncu ola bilər. Hazırkı vəziyyətdə Ruslan cinayət məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunur. Buna görə o, 14 ildən 20 ilə qədər azadlıqdan məhrum edilə bilər".
Vəkil bildirib ki, Ruslanın hətta ömürlük həbs cəzası alması belə ehtimal olunurdu, lakin bəzi cinayəti yüngülləşdirən hallar nəzərə alınıb: " Biz Ruslanın ömürük həbs cəzası almasını belə ehitmal edirdik, lakin bununla bitməsi belə sevindirici haldır. Amma bunu da nəzərə almalıyıq ki, Ruslan hələ yeniyetmədir və əvvəllər hər hansı bir cinayət törətməyib. Eynu zamanda bir adam öldürməyə görə çox nadir hallarda şəxsi ömürlük azadlıqdan məhrum edə bilərlər"
Adəm Məmmədov qeyd edib ki, məhkəmənin belə bitəcəyini ehtimal etməyiblər. Onun sözlərinə görə növbəti məhkəmə iclası, yəni iyunun 5-də keçiriləcək məhkəmə sonuncu ola bilər və yekun qərar qəbul olunması gözləniləndir.
Məşhur modelyer İvana Sərt yutubda yayımlanan Armağan Çağlayanın proqr
Amerikalı və isveçrəli müğənni, aktrisa və rəqqasə Tina Törner 83 ya�
Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyi üçün kame
ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir
İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növ
https://publika.az/news/idman/453518.html
Uzun illərdir Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Rusla
Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda y
Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə p
Şamaxı sakini Xəlil Əfəndiyevə məxsus yaşayış evinin həyətində Şir
Türkiyəli məşhur aktrisa Ezgi Mola hamilə olduğunu açıqlayıb.
Son.az report-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci ildə müs�
Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanı�
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.