Bu içkilər zob yaradır
Digərləri 24 May 2023 22:30:00 232 0
İnsan orqanizmində yod çatışmazlığı ən böyük problemdir. Bu, ilk növbədə zob xəstəliyinə səbəb olur. Zob xəstəliyinin yod çatışmazlığı nəticəsində əmələ gəlməsi halı ilk dəfə 1820-ci ildə aşkar olunub. Həmin vaxtlar alimlər bunu ciddi qəbul etməyiblər. Müasir dövrdə isə zob daha çox yayılıb və təhlükəli hesab edilir.
Bu xəbəri də oxu: Türkiyə ermənipərəst jurnalisti ölkəyə buraxmadı
Son.az axşam.az-a istinadən bildirir ki, orqanizmin inkişafı üçün insana qida ilə yanaşı, kimyəvi elementlərin olması da vacibdir. Bu elementlər içərisində yod mühüm rol oynayır. İnsan həyatı üçün mühüm əhəmiyyət kəsb edən yod insan orqanizminə üç yolla - hava, su və qida məhsulları ilə daxil olur. Son günlər isə içdiyimiz rəngli sular zob yaradır.
Tibb elmində boğaz uru adlandırılan bu xəstəlik el arasında zob adı ilə məşhurdur. Zob - qalxanabənzər vəzin potologiyasıdır. Bu anadangəlmə və qazanılmış ola bilir. Zobun bir çox növləri mövcuddur: qarışıq, düyünlü, defus toksik, endemik. Bunlar həmçinin zəhərli və adi zob olmaqla da iki yerə ayrılır. Bu vəzin inkişafının dayanması və funksional aktivlikdən qalması ilə müşayiət olunur. Zob xəstəliyinə dağlıq bölgələrdə daha çox rast gəlinir. Belə bölgələrdə yod çatışmazlığı olduğu üçün endemik zoba tutulanlar çoxdur.
Zobun ən geniş yayılmış forması defus toksikli urdur. Bu, eyni zamanda zobun ən qorxulu, fəsadlı formasıdır. Mərkəzi sinir və qan damar sisteminin pozğunluğu, ağırlaşması ilə müşayiət olunur. Hətta bu hal mərkəzi sinir sistemini psixoza və ürək çatışmazlığına gətirib çıxarır. Bu, bir çox kliniki hallarla özünü büruzə verir: Ürək tez-tez döyünür, gözlər bərəlir, bədən əsməyə başlayır, xəstədə kəskin arıqlama halları başlayır.
Xəstəlik zamanı insan qəribə hallar keçirir: həyəcanlı, narahat olur, özünə yer tapa bilmir, cümlə qurub danışmaqda çətinlik çəkir, ürəyi sıxılır. Müalicə vaxtında aparılmadıqda bu hallar daha da kəskinləşir, xəstənin vəziyyəti ağırlaşır, tez-tez qorxur, dəli kimi olur. Adi halda ürək 4-5 litr qan vurursa, bu zaman 30-40 litr qan vurmağa başlayır ki, bu da qan-damar sisteminin zəifləməsinə, ürək çatışmazlığına gətirib çıxarır.
Zobun müalicəsi necə aparılmalıdır?
Müalicə əsasən üç üsulla aparılır: konservativ, cərrahi və radiaktiv şüalar vasitəsilə.
Ümumiyyətlə, dünya alimlərinin araşdırmalarına görə, zob xəstəliyi tamamilə yoxedilmə funksiyasına malik deyil. Xəstəlik müəyyən müddətdən sonra yenidən baş qaldıra bilər.
Dəniz kələmini qurudub, ondan çay kimi dəmləyib içməklə özünüzü zobdan qoruya bilərsiniz. Zobun digər bir dərmanı isə feyxuadır. Onu ət maşınından çəkib, şəkər tozu ilə qarışdırın (hər ikisi eyni miqdarda olmaq şərtilə). Hər səhər yeməkdən 30-40 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edin.
Şirin və rəngli qazlı sular içməkdən çəkinin.
https://publika.az/news/idman/453518.html
Uzun illərdir Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Rusla
Molla rejimi xaricdə mühacirətdə yaşayan müxalif jurnalistlərin İranda y
Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə p
Şamaxı sakini Xəlil Əfəndiyevə məxsus yaşayış evinin həyətində Şir
Türkiyəli məşhur aktrisa Ezgi Mola hamilə olduğunu açıqlayıb.
Son.az report-a istinadən xəbər verir ki, bəyannamədə 1918-ci ildə müs�
Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanı�
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
"Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çox istedadlıdırlar.
Bakıda görülməmiş dələduzluq hadisəsi baş verib.
2022-ci ildə ilk dəfə talassemiya diaqnozu ilə 320 nəfər qeydə alınıb.
Qayanada (Cənubi Amerika) tələbə internat məktəbinin yataqxanasını yand�
Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.