Azyaşlı qızlar niyə evdən qaçır? “Hələ də insanlar anlamır ki..."
Digərləri 24 May 2023 21:04:00 289 0
Bir neçə gün öncə 13 yaşlı yeniyetmə qızın sosial şəbəkədə tanış olduğu, 44 yaşlı 3 uşaq atasına qaçması xəbəri ölkədə rezonans yaratdı. Yenə də həmişəki kimi "ictimai qınaq" öz sözünü dedi. Belə ki, insanlar iki qrupa bölünərək gah qaçanı, gah da 44 yaşlı "kişi"ni günahkar çıxarmağa, emosiyalarını çatdırmağa çalışdılar. Lakin görünən odur ki, bu məsələ nə qədər qınaq obyektinə çevrilsə də, qız uşaqlarının evdən qaçması halları davam edir. Xüsusilə də bölgələrdə... Bəs, bu qızları evdən qaçıran səbəblər nədir? Psixoloqların fikrincə, evdə sevgi, qayğı görməyən qızlar hər yerdə onun axtarışında olur. Ana qayğısı, ata sevgisi uşaqlara, xüsusilə də yeniyetməlik dövründə olanlar üçün sözügedən faktorlar çox önəmlidir.
Bu xəbəri də oxu: Türkiyəli məşhur aparıcının "ət oğrusu" olan balerina arvadı
Son.az bildirir ki, psixoloq Samirə Bağırova mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bir sıra məqamlara toxunub. Onun fikrincə, sözügedən məsələlər təkcə psixoloqların gördüyü işlərlə yekunlaşmamalıdır: "Azyaşlı qızların evdən qaçması məsələsi böyük və həll olunmamış problem olaraq qalır. Bu problemə kompleks şəkildə yanaşmaq lazımdır. Ümid edib dəyişiklik görə bilmədiyimiz Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, üzünü heç yerdə görə bilmədiyimiz Ombudsman və digər aidiyyatı qurumlar bir araya gələrək addım atmalıdırlar. Hər komitə birləşib birgə peşəkar mütəxəssislərdən ibarət qruplar yaradıb bölgələrə hüquqşünaslar, psixoloqlardan ibarət qruplar təyin etməlidirlər. Bölgələrdə valideyinlərlə görüşlər, seminarlar təşkil etsələr yəni ölkəyə, vətəndaşlara həqiqətən canfəşanlıq etmək niyyətində olsalar, əlbəttə ki, qısa müddət ərzində hər şey dəyişəcək". Psixoloq bölgələrdə yaşayan problemli şəxslərin efirə çıxmasını, yardım istəməsini də tənqid edib: "Hələ də insanlar anlamır ki, televiziya proqramları problemi işıqlandırmaq üçündür, həll etmək üçün deyil. Proqramlarda problemlər həll olunanda əlbəttə ki, vəzifəyə təyin olunanların narahat olmalarına səbəb yaranmır. Bir ölkənin düşüncəsini dəyişmək üçün 3 ay bəs edirsə, bölgələrə 1 ay kifayət edir. Təəssüf ki, vəzifə başında olanların sadəcə ad və soyadları dəyişir, problemlər isə illərdir olduğu kimi qalır. Bu məsələ ilə bağlı bizlər nə qədər danışsaq da danışıq olaraq qalacaq".
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
"Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çox istedadlıdırlar.
Bakıda görülməmiş dələduzluq hadisəsi baş verib.
2022-ci ildə ilk dəfə talassemiya diaqnozu ilə 320 nəfər qeydə alınıb.
Qayanada (Cənubi Amerika) tələbə internat məktəbinin yataqxanasını yand�
Bəzi müəssisələrə əməkhaqqıları artırmaq tövsiyə olunur.
Reper Ramil Nabran həyatı ilə bağlı bəzi faktları açıqlayıb.
Hindistanda iki vəhşi fil yolun ortasında şiddətli döyüşə çıxıb.
2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar haz
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qalan əraziləri ilə
Aparıcı Elgiz Əkbər pandemiya ərəfəsində qanunları pozduğunu etiraf ed
Taksi sürücüləri özəl şirkətlərin qoyduqları qiymətlərdən narazıd�