İlk dəfə Rusiyanı hesaba almadılar Çin Mərkəzi Asiyanı
Siyasət 19 May 2023 14:17:00 253 0
Çin fövqəldövlət olaraq mövqeyini gücləndirməkdə davam edir. Hədəflərinə doğru sürətlə irəliləməkdə olan Asiya pələngi həm iqtisadi, həm siyasi mənada söz sahibi olan dövlətlər sırasında lider mövqeyə yüksəlir. Mərkəzi Asiyanın iqtisadi fəthini davam etdirərək, regionda Rusiyanın əsrlər boyu liderlik etdiyi bölgədən sıxışdırıb çıxarır. Mediada yer alan xəbərlərə hörə, Çin Mərkəzi Asiya dövlətlərinə qrant əsasında 26 milyard yuan (təxminən 3,72 milyard dollar) maliyyə dəstəyi vermək barədə qərar qəbul edib. Rusiya mətbuatı yazır ki, bunu bu gün Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Mərkəzi Asiya sammitində çıxışı zamanı deyib. "İnkişaf potensialını gücləndirmək üçün Çin elm və texnologiya vasitəsilə yoxsulluğun azaldılmasında Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacaq", - Sinxua xəbər agentliyi onun sözlərindən sitat gətirib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Çin Rusiyanı regiondan çıxarmaqda israrlıdır
Qərb analitikləri hesab edirlər, bu sammitin bir hədəfi var - Rusiyanın regiondan çıxarılması. Söhbət təkcə malların tranzit marşrutlarından getmir, Rusiyanın regionda təsirinin praktiki olaraq itirilməsi və Çinin onun yerini tutmağa hazır olması ortadadır. Onilliklər, hətta bir-iki əsrlər boyu Mərkəzi Asiyada hegemon olan Rusiya ilk dəfə belə bir görüşdən kənarda qalıb. Formal olaraq, bu sammit Çinin dünya ölkələri ilə tərəfdaşlığı, Çin məhsullarının ixracı üçün etibarlı əsas marşrutların yaradılması və tərəfdaş ölkələrin iqtisadiyyatının gücləndirilməsi mexanizmidir.
Mərkəzi Asiya dövlətləri Rusiyanın təsir zonası hesab olunsa da, Pekin də regionun onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Pekin Mərkəzi Asiyanı "Çin ətrafında yeganə strateji tərəfdaşlıq zonası" elan edib və Qazaxıstanla tərəfdaşlıq tamamilə rəsmi olaraq "əbədi" adlandırılıb.
Çin postsovet məkanında liderlik yarışına qoşulub
İclasda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri də iştirak edir. Beləliklə, baş verənlər Çinin postsovet məkanında liderlik yarışına qoşulduğundan xəbər verir. "Kommersant" yazır ki, yüksək artım templəri nümayiş etdirən Mərkəzi Asiya ölkələri coğrafi baxımdan yaxın olan dünyanın ikinci iqtisadiyyatı ilə inteqrasiyaya arxalanır. Siyasətdə simvolizmə böyük önəm verən Çin tərəfi təsadüfi olaraq keçmiş sovet respublikalarının rəhbərləri ilə görüş yeri kimi qədim Sian şəhərini seçməyib. Mərkəzi Asiyadan keçən və 21-ci əsrdə Pekinin "Bir kəmər - bir yol" əsas inteqrasiya layihəsində təcəssüm edən Böyük İpək Yolu oradan başlayıb. Sammit ərəfəsində Çinin "Sinxua" dövlət agentliyi "Çin və Mərkəzi Asiya mühüm sammitə hazırdır" adlı giriş şərhini dərc edib. O qeyd edir ki, Si Cinpin regiona ilk səfərini hakimiyyətinin əvvəlində, 2013-cü ildə edib və son on ildə Mərkəzi Asiya ölkələrinə yeddi dəfə səfər edib. Çin lideri ilk dəfə 2013-cü ilin sentyabrında Qazaxıstanda özünün əsas "Kəmər və Yol" təşəbbüsünü açıqlayıb. O, Astanada çıxış edərək, region dövlətlərinə Pekinlə birlikdə keçmiş İpək Yolu boyunca vahid iqtisadi kəmərin yaradılmasına qoşulmağı təklif edib. "Son onillikdə Mərkəzi Asiya ölkələri "Bir kəmər, bir yol" təşəbbüsünün təşviqində qabaqcıl olublar. Aktiv əməkdaşlıq ümumi inkişafa gətirib çıxardı - intensiv dəmir yolu rabitəsinin yaradılmasından tutmuş istehsal xətlərinin yaradılmasına və qaz kəmərlərinin çəkilməsinə qədər", - Sinxua qeyd edir.
Çinlə yaxınlaşma Mərkəzi Asiya dövlətləri üçün təhlükə törədir?
Görüş ərəfəsində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin Mərkəzi Televiziyasına müsahibəsində "Çinlə yaxınlaşmanın Mərkəzi Asiya dövlətləri üçün təhlükə törədirmi" sualına cavabında "bu barədə heç bir şübhə olmamalıdır, çünki bizim niyyətlərimiz kifayət qədər açıq və səmimidir" deyib. Əlavə edib ki, "biz bu konsepsiyanı dəstəkləmirik", - deyə Qazaxıstan prezidenti Çinin dağıdıcı rolu ilə bağlı Qərbdə geniş yayılmış rəyi şərh edib. Bir gün əvvəl Reuters xəbər vermişdi ki, BVF 2023-cü ildə Mərkəzi Asiya və Qafqaz respublikalarının iqtisadiyyatının 4,2 % artacağını gözləyir. Ötən il BVF-nin məlumatına görə, artım ilkin proqnozları üstələyib: göstərici 4,8 % artıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mərkəzi Asiya ölkələri üçün 2023-cü ildə iqtisadi artım proqnozunu əvvəlki 5 %-dən 5,2 %-ə qaldırıb. AYİB-in hesablamalarına görə, qismən biznesin Rusiyadan köçürülməsi, idarəetmənin təkmilləşdirilməsi, malların ixracının artması və Çinlə əlaqələrin artması sayəsində region iqtisadiyyatı 2024-cü ildə 5,4 % böyüməyə davam edəcək. Pekinin postsovet məkanının cənub hissəsində öz liderliyini mübahisəsiz etmək istəyi müəyyən mənada ABŞ və onun avropalı tərəfdaşlarının regiona nüfuzunun artmasına cavab sayıla bilər.
Bu ilin fevralında ABŞ-ın dövlət katibi Entoni Blinken Mərkəzi Asiyaya səfər edib, Qazaxıstan və Özbəkistana səfər edib. Astanada (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ) xarici işlər nazirlərinin C5+1 formatında görüşündə iştirak edib. Məqsəd "Birləşmiş Ştatlarla tərəfdaşlıqda ümumi problemləri həll edən müstəqil, firavan və təhlükəsiz Mərkəzi Asiyanın" formalaşdırılması elan edilib. Xatırladaq ki, 2015-ci ildə yaradılmış C5+1 formatı ABŞ və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin üç əsas istiqamətini - iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrini müəyyən edir.
Azər Nuriyev Son.az
"Əlimdən nə gəlirsə gənc müğənnilərə kömək edib, dəstək duru
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadıl
"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq s
Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzr�
Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yara
Bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,1
Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed-136/131" tipl
Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə
İnsan oğurluğu və narkotik ticarəti ilə məşğul olan Naci Şərifi Zind�
Türkiyə demokratiyası 14 may tarixində keçirilən prezident və parlament s
Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni S
Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası
Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıx�
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Rey