Dərs ili uzadılarsa, tədrisin vəziyyəti necə olacaq?
Digərləri 19 May 2023 14:06:00 245 0
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadılmasına dair fikir bildirib. Nazir qeyd edib ki, tədris ilinin çox və uzun olması şagirdlərin gələcəyi üçün yaxşı olar.
Bu xəbəri də oxu: Bakıda burun əməliyyatı faciəyə çevrildi
"Uşaqlar indi daha az məktəbə gedir. 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam. Tədris ilinin çox və uzun olması şagirdlərin gələcəyi üçün yaxşı olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir", - deyə nazir bildirib.
Bəs dərs ilinin uzadılması tədrisə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, beynəlxalq təcrübəni əsas götürürüksə, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir.
"Bizdə də sovet vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi.
Düzdür, dünyada tədris ilinin uzun olması bütün ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu həm də kurrikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biridir. Tədrisin daha uzunmüddətli olması və daha çox təhsil inkişafa yönəlmiş addımlardan biridir. Burada ancaq müsbət cəhətləri görmək mümkündür", - deyə o qeyd edib.
Ekspert bildirib ki, təqvimdə çoxlu sayda bayram tətilləri və qeyri-iş günləri olduğundan bu, orta məktəblərdə tədris planının tam şəkildə həyata keçirilməsinə mane olur.
"Mövzuların birləşməsi, yazı işləri və onlar üzərində səhvlərin təhlili işinin aparılmaması, yekun dərslərin keçirilməməsi kimi məsələlər şagirdin biliyinin obyektiv qiymətləndirilməsinə təsir edən amillərdəndir. Lakin son 5-6 ilə baxanda görürük ki, dərslərin 14 iyuna qədər davam etməsi həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilməz.
Hesab edirəm ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğun olardı. İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Mənim fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar", - deyə K.Əsədov əlavə edib.
"Twitter Blue" abunəsi olan təsdiqlənmiş hesab sahibləri artıq s
Xəbər verdiyimiz kimi, dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzr�
Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yara
Bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,1
Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed-136/131" tipl
Əməkdar artist Elza Seyidcahan illər öncə baş tutan konsertində qəribə
İnsan oğurluğu və narkotik ticarəti ilə məşğul olan Naci Şərifi Zind�
Türkiyə demokratiyası 14 may tarixində keçirilən prezident və parlament s
Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni S
Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası
Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıx�
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Rey
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan R
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkd