AYİB Azərbaycanın güclü iqtisadi artımının təkanverici qüvvələrini açıqladı
Digərləri 19 May 2023 11:18:00 203 0
Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası bərpa və karbohidrogen ixracından gələn yüksək gəlirlərlə bağlıdır.
Bu xəbəri də oxu: Avtomobildə “plyonka”ya bu şərtlərlə icazə verilir
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional iqtisadi perspektivlər" hesabatında deyilir.
AYİB-in qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda istehsalın həcmi 4,6 faiz artıb, qeyri-neft və qaz sektorlarında isə artım 9 faiz olub, belə ki iqtisadiyyat əhəmiyyətli dərəcədə xarici valyuta axınınından qazanıb.
"Yüksək neft və qaz qiymətləri ixrac gəlirlərini artırıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa davam edib və bankın son qərarına əsasən uçot dərəcəsi 8,75 faizədək artıb", - hesabatda deyilir.
AYİB ölkənin ÜDM-nin 2023-cü ildə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz artacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ÜDM-i 2023-cü ilin yanvar-aprel aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 39,986 milyard manata çatıb.
Komitənin məlumatlarına görə, 2023-cü ilin hesabat dövründə 2022-ci ilin analoji dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 3,1 faiz, neft-qaz sektorunda isə 2,9 faiz artıb.
Son.az
Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıx�
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Rey
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan R
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkd
"Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam"
Türkiyədə yaşayan və Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliba
Ötən həftə verdiyi konsertdə səhnədən yıxılaraq zədələnən türki
Rusiyanın "Roskosmos" dövlət korporasiyası amerikalı həmkarları
"Falcon 9" raketi cümə günü ABŞ-ın beş "Iridium" rabi
Türkiyəli aktrisa Esra Bilgiç baş rolunu canlandıracağı "Saklı kals
ABŞ Rusiyaya qarşı sektoral sanksiyalarını genişləndirmək, həmçinin Ru
Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır x�
Astronomlar Günəş sistemindən kənarda vulkanik olaraq aktiv olduğu güman