Türkiyə demokratiyası 14 may tarixində keçirilən seçkilərdə sınaqdan uğurla keçib
Digərləri 19 May 2023 11:35:00 221 0
Türkiyə demokratiyası 14 may tarixində keçirilən prezident və parlament seçkilərində sınaqdan uğurla keçib.
Bu xəbəri də oxu: Azərbaycanda bu universitetdə nə baş verir? RƏSMİ AÇIQLAMA
Son.az xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli tədqiqatçı Hakan Boz deyib.
"Müasir türk düşüncəsində demokratiya milli suverenlik və milli iradə kimi anlayışlarla birlikdə istifadə olunur. Milli suverenliyin inkişafı konstitusiya və parlament axtarışının nəticəsi idi ki, bu da 19-cu əsrdən başlayaraq ziyalılarımızın və bürokratlarımızın səyi ilə formalaşıb. Belə ki, Türkiyə Cümhuriyyətinin elan edilməsi ilə "xalq ünsürü" daha aydın zəmin qazandı. Bundan əlavə, milli hakimiyyətin formalaşması da məhz eyni mənbədən gəlir. Xüsusilə Milli Mübarizənin əsas amalı xalqın suveren haqlarının qorunması idi. Bu mübarizənin legitimliyi isə parlamentə əsaslanırdı. Daha maraqlısı odur ki, bu məclis Anadolunun işğal altında olduğu zaman keçirilən seçkilərlə formalaşıb, yəni türklər ölüm-qalım mübarizəsi apararkən belə demokratik prinspilərdən güzəştə getməyiblər", - deyə o qeyd edib.
H.Boz bildirib ki, Türkiyənin demokratiya ənənələri yeni yaranmayıb.
"Bugün Türkiyədə milli iradənin təzahür etdiyi yegan ünvan Türkiyə Böyük Millət Məclisi, yeganə üsul isə demokratik seçkilərdir. Türkiyədə 14 may tarixində keçirilən prezident və parlament seçkilərində vətəndaşların yüksək səviyyədə iştirakı, seçkilərin azad və rəqabətli şəraitdə keçirilməsi bunun bariz nümunəsidir",- deyə o vurğulayıb.
Tədqiqatçının sözlərinə görə, mövcud vəziyyəti nəzərə alsaq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərin ikinci turunda qalib olması daha asan görünür, çünki o artıq rəqibi K.Kılıçdaroğlunu 5% fərqlə geridə qoyub və ikinci turda 50%+ şərti yoxdur.
"Seçkilərin ilk turu ilə bağlı ictimai rəy sorğuları Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun qalib gələcəyini göstərsə də prezident R.T.Ərdoğan 49,5 %-lə rəqiblərinə qalib gəldi. Bundan əlavə, Türkiyənin mövcud iqtisadi problemləri, Kahramanmaraş zəlzələri kimi problemlərə rəğmən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) seçkilərdə üstünlük əldə etdi. Hətta R.T.Ərdoğan qələbəyə çox yaxın idi, lakin ATA İttifaqının namizədi Sinan Oğanın topladığı səslər nəticəsində seçki ikinci tura qaldı", - deyə H.Boz bildirib.
Onun sözlərinə görə, K.Kılıçdaroğlu seçkilərdə qalib gəlmək üçün daha çox çalışmalıdır.
"O, həm topladığı səsləri itirməməli, həm Sinan Oğana səs verən seçiciləri öz tərəfinə çəkməli, həm də səsvermədə iştirak etməyənləri razı salmalıdır. Lakin hər halda, seçkilərin nəticəsi millətin iradəsindən asılıdır", - deyə o əlavə edib.
H.Boz onu da qeyd edib ki, indiyə qədər aparılan bütün qiymətləndirmələr prezident seçkilərinin ikinci turunun sadəcə adi şərtləri üçün keçərlidir.
"Çünki Türkiyə siyasəti, xüsusilə, seçki dönəmlərində qeyri-siyasi tərəflərin gizli əməliyyatları ilə yenidən formalaşa bilər. Memleket Partiyasının rəhbəri Muharrem İncənin prezidentliyə namizədliyini geri çəkməsindən öncə baş verənlər bunun ən yaxşı nümunəsidir. Bəllidir ki, oxşar proseslər keçmişdə də yaşanıb", - deyə o bildirib.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Belarus əsilli rusiyalı aktrisa Aleksandra Bortiç iş adamı əri Yevgeni S
Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası
Türkiyə iqtidarına və Azərbaycana qarşı həqarət və böhtan dolu çıx�
Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Rey
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan R
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkd
"Həyatımızda elə insanlar var ki, onları tanımağıma peşmanam"
Türkiyədə yaşayan və Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliba
Ötən həftə verdiyi konsertdə səhnədən yıxılaraq zədələnən türki
Rusiyanın "Roskosmos" dövlət korporasiyası amerikalı həmkarları
"Falcon 9" raketi cümə günü ABŞ-ın beş "Iridium" rabi
Türkiyəli aktrisa Esra Bilgiç baş rolunu canlandıracağı "Saklı kals
ABŞ Rusiyaya qarşı sektoral sanksiyalarını genişləndirmək, həmçinin Ru
Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır x�