Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır Orxan Məmmədov
Digərləri 17 May 2023 11:52:00 217 0
Kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır.
Bu xəbəri də oxu: Stress evimizi necə yıxır?
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Agro 2023" və "InterFood Azerbaijan 2023" sərgilərində çıxışı zamanı deyib.
Sərginin açılış mərasimindəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib.
Sədr bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək. Agentlik "Caspian Agro" və "İnterFood Azerbaijan" sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Bununla yanaşı, KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektorları üzrə KOB-ların məhsul və xidmətləri tanıdılır ki, bu da onların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsini hədəfləyir.
Unibank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək v
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) Müşahidə Şurasın�
Fransa hansı demokratiyadan danışır?! Onlar bizə məcbur edirlər ki, onlar
Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank - "Günay Bank
Sosial şəbəkələrdə Azərbaycanda dəmitr yolu xəttinin hazarlanması ilə
Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəz�
Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədd
Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 m
Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova işlədiyi ilk iş yeri
Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən "Milli Yaylaq Fes
Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlar
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.