Azərbaycanda daha bir neçə bank bağlanacaq Açıqlama
Digərləri 17 May 2023 11:46:00 295 0
Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank - "Günay Bank" ASC bağlandı. Mərkəzi Bank əsas kimi "Banklar haqqında" Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib.
Bu xəbəri də oxu: 21 yaşlı gənc dəm qazından öldü
Son.az manset.az-a istinadla xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev öz sosial şəbəkə hesabında bankların bağlanma prosesinin bununla dayanmayacağını deyib:
"Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir".
Ekspertin sözlərinə görə, bu siyasət ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur: "Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir".
Qeyd edək ki, "Günay Bank" ASC 1992-ci ildə yaradılıb. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, "Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.
Sosial şəbəkələrdə Azərbaycanda dəmitr yolu xəttinin hazarlanması ilə
Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəz�
Azərbaycanda inşa edilən ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədd
Xəbər verdiyimiz kimi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 m
Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova işlədiyi ilk iş yeri
Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən "Milli Yaylaq Fes
Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlar
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.
Türkiyənin məşhur müğənnisi Orhan Gencebayın ölüm xəbəri yayılıb.
Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına �
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyad
Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.