İmtahanlardan kəsildi, anası ilə maşında gedərkən radioda eşitdiyi xəbərlə həyatı dəyişdi... FOTO
Şou-biznes 17 May 2023 11:24:00 210 0
Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova işlədiyi ilk iş yeri barəsində yazıb.
Bu xəbəri də oxu: Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
Son.az olay-a istinadən xəbər verir ki, o, feysbukda bu barədə status paylaşıb. Uzun illər əvvəl radioda çəkdirdiyi fotonu da paylaşan Hümbətova qeyd edib ki, radioda işə 19 yaşında başlayıb:
"19 yaş, ilk iş yerim 106 FM-in studiosu olub. Müstəqil həyata burada addım atmaq mənə çox böyük həyat təcrübəsi verdi. Ta uşaqlıqdan radio aparıcısı olmaq istəyirdim. 18 yaşım vardı, birinci il TQDK imtahanlarından kəsilib, o ərəfələr yenidən universitetə hazırlaşırdım. Bir gün maşında anamla yol gedərkən Yusif Ağayevin radioda aparıcı-dj axtardıqları ilə bağlı elanını eşitdim və özümü sınamaq qərarına gəldim. O vaxt ən sevdiyim, tez tez dinlədiyim FM dalğalardan biri idi 106 FM.
Nəysə ki, təyin olunan gün yollandım ATV telekanalının önünə. Kanalın darvazasının önündə yüzlərlə gənc insan var idi. Məndə də bir özgüvən var idi, gəl görəsən. Düşünürdüm məni seçməyib kimi seçəcəklər? Gözəl səs tembri, ingilis dili biliyi məndə, radionun səsləndirdiyi mahnıları və ifaçıları əzbər bilirəm. Bu özgüvənlə düz 3 tur keçdim. Sonuncuda 2-3 nəfər qalmışdıq. Səslərimizi yazdılar, nitqimizi bir də bu cür dinləmək üçün. Yadımdadır, Yusif Ağayev belə bir söz demişdi - Günel, radioya çox uyğunsan və görürəm ürəkdən burada olmağı necə sevirsən. Mən axtardığım yeni işçidə ən çox insani keyfiyyətlərə üstünlük verəcəyəm dedi. Və üstündən 2 ay keçdikdən sonra, radioda işə başladım.
Burada işə başlamaq təkcə ürəkdən sevdiyim işlə məşğul olmaq deyil, həm də sonrakı illərdə özümə güvəni daha da gücləndirdi. "Mən hər şeyi bacararam" hissini verdi, hansı ki, bu hisslər məni hələ də izləyir. Bir işin qulpundan yapışanda dərhal bu uğurlu həyat təcrübəm yadıma düşür. Radioda işləməyi daimi heç vaxt düşünmədim. Mən daima daha fərqli yüksəklikləri fəth etməyi düşündüm və istədim. Həyat uzun illər eyni yerdə və eyni sahədə işləməyə sərf etmək üçün çox da uzun deyil".
Göygölün Yeni Zod qəsəbəsi ərazisində yerləşən "Milli Yaylaq Fes
Azərbaycan və Afrika İttifaqı gələcəkdə anlaşma memorandumu imzalaya bi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank sahibkarlar
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Afrika ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər.
Türkiyənin məşhur müğənnisi Orhan Gencebayın ölüm xəbəri yayılıb.
Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına �
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyad
Dron-kamikadze Kaluqa yaxınlığındakı Moskva magistralına hücum edib.
Amerikan aktrisa və model Culiya Foks sosial şəbəkələrdə viral olub.
Dövlət Muğam Teatrının solisti, Bakı milyonçusu, məşhur qarmon ifaçıs
Baku TV-də yayımlanan "13 sual" verilişinin yeni buraxılışı efi
Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb.