Ana və iki azyaşlı övladını öldürən şəxsin şikayəti rədd edildi
Digərləri 16 May 2023 18:28:00 217 0
Ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevlə bağlı hökmdən verilmiş şikayətə baxılıb.
Bu xəbəri də oxu: Azərbaycanda 500dən çox xəstə böyrək axtarır
Son.az APA-ya istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, Əhəd Əliyevin şikayəti əsassız sayılaraq rədd olunub, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, hadisə ötən ilin fevral ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Fevralın 20-də 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kirayə yaşadıqları evdə kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu - 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.2.4(Quldurluq, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 181.3.3 (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub. Hadisə baş verən vaxt ev sahibi Fəsahət Qaraxanov Rusiyada olub.
Əhəd Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Xəbər verdiyimiz kimi, aparıcı Murad Əzimzadənin əmisi oğlu Eltin 22 ya
Türkiyənin Ərzincan vilayətində qonur ayı avtomobil yoluna enib.
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına d
Mərhum Xalq artisti Ramiz Novruzun nəticəsi ilə fotoları yayımlanıb.
Bu yay mövsümündə ölkəmizə gələn turistlərin sayında artım olacaq.
Bələdiyyələr 1999-cu ildən seçki üsulu ilə formalaşdırılan orqan kimi
"Rusiya bizə vəd etdiyi və pulunu ödədiyimiz silahları verməyib"
Müğənni Nura Suri Türkiyə Prezidentliyinə namizəd Sinan Oğana evlənmə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya
Baku Network ekspert platformasının təşkilatçılığı ilə Strasburqda Az�
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10
Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edi
İstanbul Dövlət Baş Prokurorluğu aralarında məşhur aktrisa Zeynep Beşer
COVID-19 səbəbilə iki ilə yaxın davam edən karantin və qadağalar müəyy