İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib FOTO
Siyasət 16 May 2023 17:03:00 186 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.
İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirdi.
Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.
Dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu bildirən Əhməd Əs-Səfadi İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, Azərbaycanla İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əsasının qoyulmasında dünya səviyyəli şəxsiyyətlər Heydər Əliyevin və İordaniya Kralı Hüseyn bin Talalın xüsusi rolları olub.
Əhməd Əs-Səfadi qeyd etdi ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O, vurğuladı ki, Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.
Sonda Əhməd Əs-Səfadi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Baku Network ekspert platformasının təşkilatçılığı ilə Strasburqda Az�
"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10
Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edi
İstanbul Dövlət Baş Prokurorluğu aralarında məşhur aktrisa Zeynep Beşer
COVID-19 səbəbilə iki ilə yaxın davam edən karantin və qadağalar müəyy
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublik
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yolux
Bakının qızıl bazarında bahalaşma müşahidə edilir. Mövcud vəziyyət b
2021-ci ilin dekabr ayında Avropa Azərbaycan Məktəbi Azərbaycanda, Bakıda
Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.
Elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirir.
Hollivud ulduzu Meqan Foks psixi problemləri olduğunu və öz bədənini sevm�
Azərbaycan Ordusunda qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi a
Bu gün günorta saatlarında Bakının bəzi hissələrində leysan xarakterli