International Baccalaureate (İB) Proqramının 2023cü ilin May xəbər bülletenində Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) fəaliyyəti işıqlandırıldı
Digərləri 16 May 2023 16:34:00 197 0
2021-ci ilin dekabr ayında Avropa Azərbaycan Məktəbi Azərbaycanda, Bakıda "Təcrübə Əsaslı Öyrənmə Konfransı"na ev sahibliyi etdi. Müxtəlif ölkələrdən olan təhsil işçilərinin bir araya gəldiyi üç günlük konfrans əməkdaşlıq əlaqələrini gücləndirmək, təcrübələrini bölüşmək və səmərəli fikir mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynadı. Tədbirdə dünyanın müxtəlif yerlərindənolan dövlət və özəl təhsil müəssisələri, məktəblər və mərkəzlərdən olan təhsil ekspertləri, pedaqoqlar, müəllimlər və fəlsəfə doktorları fəal iştirak etmişdir. Müxtəlif ölkələrdən, o cümlədən Gürcüstan, Qazaxıstan, İspaniya və Hollandiyadan olan nümayəndələr konfransda nümayiş etdirilən perspektivlərin və fikirlərin zəngin müxtəlifliyinə öz töhfələrini verdilər.
Bu xəbəri də oxu: Ermənistandakı Fransa səfirliyinin əməkdaşı qəza törətdi
Konfransın aparıcı məruzəçilərinin cəlbedici çıxışları və öyrənməyə innovativ yanaşması iştirakçılarda xoş təəssürat yaratdı.
Üç gün davam edən tədbirdə çoxsaylı sessiyalar keçirildi. Konfransın missiyası iştirakçı ölkələrin özəl və dövlət məktəbləri arasında əməkdaşlığı təşviq etmək, pedaqoqlar, yerli və beynəlxalq ekspertlər arasında fikir və təcrübə mübadiləsini asanlaşdırmaq, müxtəlif perspektivlər və ünsiyyət şəbəkəsi yaratmaq və daha çox beynəlxalq məktəb icmalarını bir araya gətirməkdən ibarət olmuşdur.
Konfrans istedadlı və təcrübəli mütəxəssislərə gənc və az təcrübəli həmkarlarının inkişafına təsir etmək imkanı verdi. Müxtəlif dövlət və özəl məktəblərdən olan ekspertlər bir-biri ilə təcrübə müabdiləsi apararaq dünyadamövcud olan son təhsil tendensiyalarını və yenilikləri müzakirə etmişdir. Pedaqoqların fərqli baxışları və analitik təfəkkürü bütün iştirakçıları təhsilə yaradıcı yanaşmaya ruhlandırdı.
2021-ci ilin dekabrında Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyasının (CCAAIBWS) yaradılması regionda beynəlxalq təhsilin inkişafında mühüm mərhələ oldu. Assosiasiya Avropa Azərbaycan Məktəbi, Tiflis Avropa Məktəbi və Nur-Sultandakı Nazarbayev İntellektual Məktəbi tərəfindən təsis edildi və üç məktəbin direktorları Assosiasiyanın yaradılmasını imzaları ilə rəsmiləşdirdilər.
Assosiasiya inkşaf yolunda fəaliyyətiniuğurla irəliyə apararqüzvlərinin sayını 20-ə çatdırdı.
Assosiasiyanın böyüməsi və uğuru keyfiyyətli beynəlxalq təhsil standartlarına cavab vermək üçün öz təcrübə və biliklərini bölüşmək və yorulmadan çalışmaq prinsipinə sadiq olan üzvlərinin ciddi səyinəticəsindəmümkün olmuşdur.
9-11 dekabr 2022-ci il tarixlərində Qafqaz və Mərkəzi Asiya IB Dünya Məktəbləri Assosiasiyası (CCAAIBWS) Bakıda, Azərbaycanda çox gözlənilən II "Beynəlxalq Təcrübəli Öyrənmə Konfransı"na ev sahibliyi etdi. Dünyanın müxtəlif ölkələrindən 800 pedaqoqun iştirakı ilə keçirilən tədbir böyük uğurla keçdi. Konfransın məqsədi yeni təhsil imkanlarını inkişaf etdirmək, şəbəkələşmə imkanlarını təmin etmək və Təcrübəli Öyrənmə sahəsində təcrübə mübadiləsi aparmaq idi.
AAM müxtəlif ölkələrdən, o cümlədən Türkiyə, İtaliya, ABŞ, Hollandiya, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan 60 əsas məruzəçinin və 800-dən çox iştirakçının iştirak etdiyi əlamətdar konfransa ev sahibliyi etdi. Tədbir, xüsusilə, pedaqoqlardan, professorlardan və həyatını təhsilə həsr etmiş peşəkarlardan dərs almaq imkanı qazanmış yeni başlayan müəllimlər üçün faydalı oldu.
Beynəlxalq Bakalavr Təşkilatının Baş Direktoru Olli-Pekka Heinonen, Santa Fe şəhərindəki Monte Del Sol Məktəbinin Təsisçilər Şurasının sədri, Təhsil Rəhbəri Dr. Qari Qruber, Uşaqların Müdafiəsi üzrə Beynəlxalq İşçi Qrupun Şurası və Beynəlxalq Təşkilatın Direktorlar Şurası Müstəqil Məktəb Akkreditasiyasını İnkişaf etdirən Komissiyası (ICAISA) Ceyn Larsson və ECIS-in icraçı direktoru Kam Çohan dinləyicilər üçün onlayn məhsuldar təqdimatla çıxış etdilər.
Təcrübəli Öyrənmə Konfransı 2022 bütün iştirakçılar üçün əla öyrənmə təcrübəsi və platforma təqdim edərək, onlara yeni bilik və bacarıqlar əldə etməyə kömək etdi. Həmçinin, tədbir iştirakçılarını daha yaxşı maarifləndirmək üçün onları innovativ və qabaqcıl tədris metodları ilə təchiz etməklə, iştirakçılaragüclü təəssurat bağışladı.
CCAAWIBS və onun məhsuldar fəaliyyətləri InternationalBaccalaureate(İB) Proqramının rəsmi saytında dərc olunmuş 2023-cü ilin May xəbər bülletenində əks olunmuşdur. Xəbərdə təhsil işçilərinin peşəkar bacarıqlarının inkişafında və təkmilləşdirilməsində Assosiasiyanın müstəsna roluvə görülən işlər haqqında məlumat verilmişdir.
IB xəbər bülletenində dərc olunan xəbəri təqdim edirik:
"Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyası (CCAAIBWS) "II Təcrübə Əsaslı Öyrənmə Konfransı"na ev sahibliyi edir"
Yerləşdiyi yer: Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya
Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İB Dünya Məktəbləri Assosiasiyası (CCAAIBWS) 2022-ci ilin dekabr ayında müxtəlif ölkələrdən 800-dən çox iştirakçının iştirak erdiyi"II TəcrübəƏsaslı Öyrənmə Konfransı"na ev sahibliyi etdi. Bu böyük rəqəm assosiasiyanın böyüməsini əks etdirir - ilk ilində cəmi üç məktəbdən ibarət say indi təxminən otuz məktəbə qədər artmışdır.
Konfrans komanda yaratmaq təlimləri, açıq havada öyrənmə və sinifdə oyunlaşdırma kimi tədris bacarıqlarının və qabiliyyətlərinin artırılmasına yönəldilmiş seminarlar əsasında CCAAIBWS müəllimlərinin peşəkar inkişafını təmin etmişdir. Pedaqoqlar təcrübi öyrənmə sahəsində ekspertlərdən öyrəndilər və dünyanın müxtəlif yerindən olan həmkarları ilə şəbəkələşmə və ünsiyyətdən məmnun qaldılar.
Konfransın diqqətəlayiq məqamlarından biri IB-nin baş direktoru Olli-Pekka Heinonenin aparıcı çıxışı oldu. Heinonen tələbələrdə tənqidi təfəkkür, problem həll etmə və liderlik bacarıqlarının inkişaf etdirilməsində təcrübi öyrənmənin vacibliyini vurğuladı.
CCAAIBWS öz üzvlərinə təcrübi öyrənmənin ən son tendensiyaları və ən yaxşı təcrübələri ilə təmin etmək,həmçinin onlara öz dərslərində tətbiq etmək üçün yeni bacarıq və üsulları inkişaf etdirməyə kömək edənayda üç dəfə təşkil olunan peşəkar inkişaf sessiyaları ilə təqdim edir.
CCAAIBWS növbəti konfransda müəllimlərin bir araya gəlməsi və assosiasiyanın davamlı inkişafı üçün daha bir fürsəti səbirsizliklə gözləyir.
Bu il 33315 müəllim sertifikatlaşdırma prosessinə cəlb olunub.
Elm və təhsil naziri Emin Əmrullayev brifinq keçirir.
Hollivud ulduzu Meqan Foks psixi problemləri olduğunu və öz bədənini sevm�
Azərbaycan Ordusunda qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi a
Bu gün günorta saatlarında Bakının bəzi hissələrində leysan xarakterli
Sorosun niyyəti yaxşı deyil, o, bəşəriyyətə nifrət edir.
Yunus Oğuz: "Türkiyə vətəndaşlarında dövlətə və dövlət başç�
Astroloqlar mayın sonunda çox xoşagəlməz vəziyyətə düşə biləcək Bü
Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevral�
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Naz
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən
Türkiyə Səfirliyi Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vət�