"Ərdoğan gələcək yüz ilin planını hazırlayıb" Yunus Oğuz


Siyasət 16 May 2023 15:49:00 196 0

"Ərdoğan gələcək yüz ilin planını hazırlayıb"  Yunus Oğuz

Yunus Oğuz: "Türkiyə vətəndaşlarında dövlətə və dövlət başçısına bir güvənlik var"

Müsahibimiz "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzdur.

- Yunus bəy, Türkiyədə keçirilən prezident və parlament  seçkilərinin  nəticələrini necə qiymətləndirirsiniz?

- Türkiyədə keçirilən prezident  və parlament seçkiləri bir çox məsələlərə aydınlıq gətirdi. Bəzi qüvvələr arxayın idilər ki, seçkilərdə  Kamal Kılıçdaroğlu 70 faiz səslə qələbə qazanacaq. Ona görə də ermənilər Rusiyanın dəstəyi ilə mayın  11-də  Zod tərəfdən hücuma keçdilər, lakin burunları ovuldu. Fələstin və İsrail arasında problemlər ortaya çıxdı. Bu hadisələrin fonunda İran Fələstində düyməni basdı və orada yaratdığı terror təşkilatları fəaliyyətə keçdi. Çünki arxayın idilər ki, Ərdoğan uduzur, Kılıçdaroğlunun köməyilə Türkiyədə Orta Dəhliz yaradılacaq.  Ardınca məsələlər bir az da qəlizləşdi. Artıq məlum idi ki,  Kılıçdaroğlunun  başında  Avropanın  durduğu dəstəsi elə də çox səs yığa bilməyəcək. Ona görə də Brüssel görüşünün keçirilməsi reallaşdı. Bu görüşdə isə heç bir rəsmi sənəd imzalanmadı. Sadəcə razılıq oldu ki, ərazilər 1991-ci il Alma-ata razılaşması əsasında tanınsın. Bir tərəfdən bu bizim qələbəmizdir ki, ən azından Ermənistan 88 min kvadrat kilometrlik ərazimizi tanıyır. Lakin, məlumduir ki, SSRİ vaxtında Ermənistanın ərazisi 9 min kvadrat kilometr olub. Sonradan Azərbaycanın əraziləri hesabına 20 min kvadrat kilometr əldə ediblər. Bu baxımdan görüşün nəticələri ürəkaçan olmasa da, nəzərə alaq ki,  ərazilərimizi mərhələli şəkildə əldə edirik.

Türkiyədə keçirilən seçkilərə gəldikdə bizdə bir gözəl atalar məsəli var: "Ova gedən özü ovlandı". Kılıçdaroğlugil ova gedirdilər, lakin özləri ovlandılar. Əslində onlar arxayın idilər ki, 60-70 faiz səs toplamaqla parlamentdə də üstünlük təşkil edəcəklər. Amma seçkilər göstərdi ki, Türkiyədə sağ mərkəzçilər çox güclüdür. Ərdoğan 322 səslə faktiki olaraq parlamentdə üstünlük qazanıb. Bunu zəruri edən bir sıra səbəblər var. Qeyd edək ki, Türkiyədə  xalqın dövlətə və dövlət başçısına güvənliyi var. Hər bir vətəndaş dövlətindən güvənlik istəyir ki, rahat, azad, arxayın  şəkildə yaşasın. Digər səbəblər milli təhlükəsizlik, ərazi təhlükəsizliyi, iqtisadi yüksəlişdən ibarətdir. Hazırda Türkiyənin iqtisadi vəziyyəti hamının gözünün qarşısındadır. Kılıçdaroğlunun dəstəsi deyirdi ki, iqtisadiyyatda infilyasiya problemi var. Bundan istifadə edib Türkiyəni Avropanın ağzına atmaq istəyirdilər. Yəni, Avropa, Amerika nə desə, Türkiyə onunla getsin. Əslində infilyasiya dünyanın bütün ölkələrində var. Hətta deyirlər Amerikanın dolları da çökəcək. Seçkilər göstərdi ki, Türkiyədə insanlarda bir inam yaranıb. Baxırlar ki, Türkiyə düzgün siyasətini aparır. İqtisadi yüksəlişə nail olub, demək olar ki, bütün terrorçuları ərazisindən qovub, PKK-nı sıradan çıxarıb. Camaat da görür ki, ölkədə əminlikdir. Vaxtilə  nəinki mərkəzdə, hətta Trabzonda terror aktı törədilirdi. Artıq bunlara son qoyulub. Bu seçkilər bir məsələni də ortaya qoydu, sağ təmayülçülər Türkiyənin ötən seçkilərdə girə bilmədiyi ərazilərə girdi. Faktiki olaraq İstanbulu CHP ələ almışdı, indi də bələdiyyə başqanları orada durur, Antaliya, Ankara, İzmir, Adana kimi böyük şəhərlərdə əsas qüvvə CHP-çilərdə idi. İndi isə sağ təmayülçülər ən çox səsləri həmin ərazilərdən alırlar. Bu o deməkdir ki, artıq sağçılar rahat və güvənli həyat yaşamaq istəyirlər. Deməli artıq orada yaşayan etnoslar özlərini kənara çəkmirlər, bu dövlətin bir hissəsi olduqlarını nümayiş etdirirlər. Xatırlayırsınızsa, Şenər təbliğatında deyirdi ki,   gəlib başbakan olacam. Əslində bunları  şişirdib buraxmışdılar, lakin birdən partladılar. Ən bərkgedən partiyaların sədrləri Böyük Millət Məclisinə düşmədilər. Kılıçdaroğlu, Şenər, Əhməd Davudoğlu, Əli Babacan, Bülənd Arıc parlamentə düşə bilmədilər. Onlar tam qələbə qazanacaqlarına arxayın idilər, düşünürdülər ki, parlamentdə təmsil olunmaq onlara lazım deyil. Lakin seçkilər göstərdi ki, əhali söz oyunu oynamaq istəmir, seçicilər tükü tükdən seçir. Ərdoğanın üstün səs toplamasının bir səbəbi də siyasi məsələlərlə bağlıdır. Eyni zamanda ölkədə hərbi güc var. Hazırda Türkiyə hansısa hərbi texnikanın müəyyən hissəsini xaricdən almır, özü istehsal edir. Çünki hərbi sənayesi inkişaf edib. Xalq bunları gördüyündən Ərdoğana səs verdi. Seçkilərdən üç gün əvvəl sosial şəbəkədə yazmışdım ki, Türkiyənin prezidenti Ərdoğandır. Bunu hesablayıb demişdim, amma Ərdoğanın rəqibləri heç nə hesablamayıblar. Hətta adlarını da millət vəkili siyahısına salmadılar, bir də gördülər ki, heç parlamentə düşməyiblər. On siyasi partiyanın sədrinin parlamentə düşməməsi çox maraqlı məsələdir. Bu baxımdan düşünürəm ki, bu seçkilər Ərdoğana tam şans verdi və Ərdoğan yenə də qələbə çalacaq.

- Ərdoğanın prezident seçiləcəyi ilə bağlı hələ də təzadlı fikirlər var. Seçkilərin ikinci turundan nə gözləyirsiniz?

- Prezident seçkilərinin ikinci turunda da Ərdoğan qalib gələcək. Mən deyirəm ki, prezident Ərdoğandır. Çünki parlament onların əlindədir, Ərdoğandan başqa seçilən prezident hansı qərarı qəbul etsə parlamentdə baykot ediləcək. Bu isə sözün əsil mənasında xaos deməkdir. Hamı elə bilir ki, Sinan Oğan 5 faiz səsini verməsə  Ərdoğan elə 49 faizdə qalacaq. Əslində elə deyil, Sinan Oğan səsini versə də, verməsə də Ərdoğan seçiləcək. Sinan Oğanın tərəfdarları bitərəf olsalar da millətçi kəsimdirlər, ona görə iki nəfər arasında seçimlərini etməlidirlər. Sinan desə ki, Kılıçdaroğluna tərəf gedir, o da düşəcək quyunun dibinə. Nəzərə almaq lazımdır ki, orda FETO- çu, PKK, terrorçular, dədəsini tanımayanlar var. Artıq Kılıçdaroğlu gəmisindən qaça-qaç düşüb. Belə getsə onlar ortada qalacaqlar, artıq məlumatlar gəlir ki, onlar "Cümhür İttifaqı"na tərəf gəlirlər. Onlar bayraqdırlar, qələbə haradadır, ora da gedəcəklər.

- Ərdoğan Avropanın planlarını puça çıxartdı, eynu zamanda, dünyaya göstərdi ki, demokratik seçkilər keçirmək iqtidarındadır. Belə bir şəraitdə Türkiyə dünyanın hegemon dövləti rolunu oynaya bilərmi?

- Əslində Türkiyə bu yolla gedir. Ərdoğan bəyan etdi ki, seçkilərin nəticəsini gözləmədən Türkiyənin yüz illik planını hazırlayırıq. Bu o deməkdir ki, yüz ilə Türkiyə hegemon dövlət olacaq. Bunu bir-iki ilə reallaşdırmaq olmur. Bir dəfə də demişdim ki, artıq dünyanın geosiyasəti dəyişib. Bax, bu həmin geosiyasətin tərkib hissəsidir. Avropa dövlətləri Brüssüldə də əmin oldular ki, Paşinyanın başından vurmaq lazımdır. Makron nə qədər çalışdı ki, üçtərəfli görüşdə iştirak etsin, lakin imkan vermədilər. Dedilər ki, sən ora gəlib aləmi bir-birinə vurursan, danışıqlar pozulur. Özü də bunu Rusiyanın fonunda edirlər. Brüsseldə danışıqlar elə bir vaxtda başladı ki, Rusiyanın 4 qırıcı təyyarəsi Bryanskda vuruldu. Rusiyanı oradan, Paşinyanı da buradan sıxırlar ki, Zəngəzur yolu açılmalıdır. Bu məsələdə iqtisadi potensialına, əhali sayına görə aparıcı dövlət Azərbaycandır.

Bu bürclərə xəbərdarlıq: Tezliklə xoşagəlməz vəziyyətlə üzləşəcəklər like
  • 16 May 15:48  
Digərləri Bu bürclərə xəbərdarlıq: Tezliklə xoşagəlməz vəziyyətlə üzləşəcəklər

Astroloqlar mayın sonunda çox xoşagəlməz vəziyyətə düşə biləcək Bü

arrow Ətraflı
Naxçıvanın Kənd Təsərüfatı Nazirliyində külli miqdarda vəsait mənimsənilib like
  • 16 May 15:42  
Digərləri Naxçıvanın Kənd Təsərüfatı Nazirliyində külli miqdarda vəsait mənimsənilib

Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevral�

arrow Ətraflı
Ülviyyə Alovlu axtarışa verildi like
  • 16 May 15:38  
Digərləri Ülviyyə Alovlu axtarışa verildi

Jurnalist Ülviyyə Alovlu axtarışa verilib.

arrow Ətraflı
Azərbaycan və Tacikistan DİNləri arasında əməkdaşlıq haqqında Saziş təsdiq edilib like
  • 16 May 15:37  
Siyasət Azərbaycan və Tacikistan DİNləri arasında əməkdaşlıq haqqında Saziş təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Daxili İşlər Naz

arrow Ətraflı
FHN əməliyyat görüntüləri yayıb  VİDEO like
  • 16 May 15:34  
Digərləri FHN əməliyyat görüntüləri yayıb VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Azərbaycandakı Türkiyə vətəndaşlarının nəzərinə!  Təkrar səsvermə... like
  • 16 May 15:32  
Digərləri Azərbaycandakı Türkiyə vətəndaşlarının nəzərinə! Təkrar səsvermə...

Türkiyə Səfirliyi Azərbaycanda seçici kimi qeydiyyatda olan Türkiyə vət�

arrow Ətraflı
Medvedyev: Polşa – işğalda olan ərazimizdir! like
  • 16 May 15:24  
Digərləri Medvedyev: Polşa – işğalda olan ərazimizdir!

Qlobal münaqişədə Rusiya deyil, müstəsnalıq iddiaları ilə çıxış ed�

arrow Ətraflı
Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi qardaşlığımızın nümunəsidir like
  • 16 May 14:52  
Siyasət Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi qardaşlığımızın nümunəsidir

Azərbaycan müstəqilliyini əldə edəndə çətin şəraitdə idi. Müharibə

arrow Ətraflı
Azərbaycan hazırda beynəlxalq arenada önəmli və faydalı yerə sahibdir like
  • 16 May 14:49  
Siyasət Azərbaycan hazırda beynəlxalq arenada önəmli və faydalı yerə sahibdir

Azərbaycan hazırda beynəlxalq arenada önəmli və faydalı yerə sahibdir.

arrow Ətraflı
"Azərbaycan xalqının zəhməti heç zaman unudulmayacaq" like
  • 16 May 14:46  
Siyasət "Azərbaycan xalqının zəhməti heç zaman unudulmayacaq"

Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq davam edir. Zəlzəl�

arrow Ətraflı