“Döyüşlərdə yaralanıb, həkimlərin səhvinə görə ömürlük ana olmaqdan məhrum oldum...”
Kriminal 16 May 2023 14:24:00 278 0
"2-ci dəfə idi ki, Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında iştirak edirdim. Ümumilikdə isə 4-cü dəfədir ki, Şuşada oluram. Şuşa dəyişilib, otellər, məktəblər, restoranlar tikilib. Hələ də tam ürəyimiz istəyən kimi deyil. Ermənilər mədəniyyət evini, teatrımızı da yerlə-yeksan ediblər. Tamaşaların bir çoxunu da elə teatrımızın vaxtilə yerləşdiyi məkanda oynadıq. İndi ora Güllələnmiş heykəllər qoyulub".
Bu xəbəri də oxu: Ağtafada 61 yaşlı qadın qətlə yetirildi
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Şükufə Musayeva deyib. Aktrisa döyüşdüyü illəri də xatırlayıb.
"O vaxt döyüşlərdə üstümüzdə qumbara gəzdirirdik. Əsir düşsəydim əlbəttə ki, qumbaranı çəkib, özümü öldürəcəkdim. Allah elə gətirdi ki, ölümcül döyüşlərdən sağ-salamat çıxdım. Vətən sevgisi hər şeydən üstün idi mənim üçün. Döyüşlərdə qadın olduğumu unutmuşdum. Torpağım odun-alovun içində yanırdı, necə dayana bilərdim?! Gözümdə qorxu yox idi. Raketlə atırdılar, yerə düşəndə yoldaşlarım yerə əyilirdi, can şirin şeydir axı. Bu mənə gülməli gəlirdi. Saçlarım uzun idi. Döyüşlərdə başımdan qəlpə yarası almışdım. Qəlpəni çıxartmaq üçün saçımı qırxdılar. Ağlayıb yalvarırdım ki, saçlarımı kəsməyin. Üz-gözüm qan içində olub. Saçım həm qan idi, həm də torpaq. Yanıma gəlib ağlaşırdılar, elə bir vəziyyətdə idim ki, güzgünü də mənə vermirdilər ki, üzümü görüm" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, övlad sahibi ola bilməməsini heç vaxt dərd etməyib.
"Döyüşlərdə yaralandım, sonra da həkimlərimizin səhlənkarlığı ucbatından ana olmaqdan məhrum oldum. O ağrı-acını yaşayırdıq. Qəlbimdə boşluq yoxdur. Hər bir tamaşa mənim övladımdır. Şeirlərim də var, nağıllarım da, hekayələrim də. Bunlar mənim övladlarım sayılır. O vaxt məcburi köçkünçülük idi. Heç övlad da götürüb saxlamadım. İmkanım, yerim, yurdum olsaydı bəlkə də 10 övlad saxlayardım. Ev-eşik olmayandan sonra, mən o uşağa əzab verəcəkdimsə, niyə onun taleyi ilə oynamalıydım ki?! Həyat yoldaşıma dedim ki, get ailə həyatı qur, dedi ki, mənə sən lazımsan. Hələ də yanımdadır, 14 ildir ki, birlikdəyik. İnsanı bir-birinə bağlayan təkcə övlad yox, həm də hörmət, qarşılıqlı sevgidir. Bu gün yeganə təsəllim Şuşamızın bizdə olması və sənətimdir. Həyatda ən böyük sevincim torpaqlarımız azad olunanda olub. Az qalırdım ki, sevincdən havalanıb, dəli olum. Bu azadlığı bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm" deyə sənətkar bildirib.
ABŞ-ın Ukraynaya göndərdiyi 31 ədəd M1 Abrams tankı Almaniyaya çatdırı
Heydər Əliyev qeyri-adi qabiliyyəti ilə Azərbaycanı gücləndirən şəxs
İsmayıllı rayonu, Diyalı kənd sakini Elman Mamedov özünüməşğulluq p
Məşhur aktrisa Tuvana Turkay instaqramda paylaşdığı son videosu ilə günd
Mayın 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi
Heydər Əliyev müdrik və peşəkar şəxsiyyət idi. Onun işgüzar keyfiyyə
Bu gündən etibarən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssis�
Heydər Əliyev Azərbaycanın inkişafına imza atan şəxs olub. O, ölkə qar
Əməkdar artist Firuzə İbadovanın səhhətində problem yaranıb.
Heydər Əliyev Azərbaycanın uğurlu inkişafında böyük rol oynayıb. O, h�
Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müharibə şəraitində ola
Rusiya 16 may gecə saatlarında Ukraynaya 18 ədəd müxtəlif tipli raket və
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çı