YARAT “ÇəhrayıQara” adlı qrup sərgisini təqdim edir
Kriminal 16 May 2023 13:15:00 246 0
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Çəhrayı - Qara" adlı qrup sərgisini təqdim edir.
Bu xəbəri də oxu: Polis əməliyyatlar keçirdi Çox sayda saxlanılan var FOTO
Ekspozisiya Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Əzim Əzimzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları - Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev, Aiplague və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərlərini bir araya gətirir.
Plüralistik və müasir cəmiyyətdə çəhrayı rəngi "qıza məxsus" artıq qəbul olunmuş assosiasiya/klişedir. Qara rəngin semantikası müxtəlif dövrlərdə, mədəniyyət və dinlərdə fərqli olsa da, onun assosiativ olaraq bəxş etdiyi əsas təəssürat neqativ ideyalarla səsləşir. Bununla belə, sərginin adı və konsepti qadınlığı simvolizə edərək, qadın mənsubiyyətinin görünməyən, bəzən cəmiyyətdə adi qəbul olunan amillərin və onların mənfi cəhətlərinin əks sədasını araşdırır.
"Çəhrayı - Qara" sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini/əksini tapır. Sərgi,qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir.
"Çəhrayı - Qara" sərgisi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsiyyət mənsubiyyətinin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltəraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub. 1980-ci illərdən etibarən qadın və kişi idealları, keçmişin cinssiz təbliğat klişelərindən uzaqlaşaraq, nəzərdən keçirildi. Sovet hakimiyyətinin süqutundan sonra yeni qazanılan azadlıqlar neokonservativ məhdudiyyətlər ilə ayaqlaşaraq, qadın identikliyinin siyasi və ictimai əhəmiyyətini vurğulamaq üçün qadınlığın tarixi alleqoriyalarına işarələr verməyə başladı...
Ekspozisiyaya Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.
Xüsusi təşəkkürlər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Sərginin kuratoru Fərəh Ələkbərlidir. "Çəhrayı - Qara" qrup sərgisi Sərginin açılışı: 19 may, saat 19:00 Saat 19:00 - Vüsal Rəhimin performansı Saat 20:00 - Nigar İbrahimbəylinin performansı Sərginin tarixləri: 19 may - 24 sentyabr, 2023
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çı
Türkiyənin Ata İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkiləri
Kübar salnaməçilər güman edir ki, cütlüyün bal ayı-romantik dövrü arx
Ermənistan baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt" nəşrin
Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qay
Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev �
Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşa
ABŞ hüquq-mühafizə orqanlarında və kəşfiyyat qurumlarında eks-prezident
Heydər Əliyev qeyri-adi tarixi şəxsiyyət və müasir Azərbaycanın banisi
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox çətinliklərdən çı
Ümummilli Lider Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri
Tim Elliott UFC yüngül çəki dərəcəsində inanılmaz döyüşçüdür. Ame
Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 98