Paşinyandan gecikən qalmaqallı
Digərləri 16 May 2023 12:51:00 242 0
Ermənistan baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt" nəşrinə müsahibəsində gec də olsa bir sıra maraq doğuran etiraflar edib. Ola bilsin ki, hər dəfə olduğu kimi, bu dəfə də sözlərini geri götürəcəyi və yaxud fikirlərinin təhrif olunduğunu deyəcək. Yəni bu variant istisna edilmir. Erməni baş nazirin açıqlamasında maraqlı məqam onun ölkənin xarici siyasəti ilə bağlı olub. Bildirib ki, Ermənistanın əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır. Xüsusi vurğulayıb ki, bəzi qonşularla normal münasibətlər qura bilməyiblər. Və bu vəziyyəti dəyişmək onlar üçün həyati əhəmiyyət kəsb edir. "Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir", - Paşinyan etiraf edib.
Bu xəbəri də oxu: Naxçıvanda magistral xəttdə qəza şəhər susuz qaldı
Qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə təxminən heç bir əlaqəsi yoxdur və bunu dəyişmək lazımdır. Baş nazirin çıxışı birbaşa revanşist əhval-ruhiyyədə olan, eləcə də, qondarma soyqırıma görə qisas hissi ilə alışıb-yanan qüvvələrə yönəldiyi bəllidir. Axı, məhz bu qüvvələrin təşəbbüsü ilə İrəvanın mərkəzində daşnak-terrorçu hərəkat nümayəndələrinə abidə qoyulub. Xatırladaq ki, "Nemesis" adlanan hərəkat liderləri Azərbaycan və Türkiyə liderlərinə qarşı terror etməklə tanınıblar. Bu abidənin qoyulması isə normallaşmaqda olan Türkiyə-Ermənistan münasibətlərini yenidən əvvəlki dövrə qaytardı, gərginlik yarandı. Baş nazir də bu gərginliyin yaranmasına görə məsuliyyəti millətçi revanşist qüvvələrin üstünə yıxdı. İndi də etiraf edir ki, qonşularla normal münasibətlərin qurulması zəruridir. Paşinyan az saylı ermənilərdəndir ki, "əbədi düşmən", "qaniçən türklər" ideologiyasının artıq arxivə atılmalı olduğu qənaətinə gəlib. Və hər vəchlə çalışır ki, bu xəstəlikdən xalqını azad etsin. Baş nazir etiraf edir ki, "bu vəziyyəti dəyişmək bizim ölkə üçün həyati əhəmiyyət kəsb edir. Bu, asan görünə bilər, amma bunu reallaşdırmaq onlarla problemə bağlıdır: xeyli psixoloji və praktik problemlər var. Belə bir mesajı erməni cəmiyyəti asan həzm etmir".
Paşinyanın etirafında onu da bildirib ki, parlamentdə bu məsələ ilə bağlı bu yaxınlarda çıxış edib. Müxalifətin buna etirazına toxunub, deputatlara Ermənistanın qonşuları ilə diplomatik münasibətlərin qurulmasından danışıb: "Müxalifətçi isə buna etirazla dedi ki, mən elə danışıram, sanki Ermənistanın qonşusu İsveçdir. Ona dedim ki, yaxşı olardı Skandinaviya və Avropanın tarixini öyrənək. Əgər biz elə düşünürüksə ki, Skandinaviya həmişə belə sülh içində olub, səhv edirik. Mənə dedilər ki, Skandinaviyada soyqırım olmayıb. Bəli, bizimlə Skandinaviya arasında çoxlu fərq var, ancaq bir şey aydındır ki, tarixi insanlar yazır". Maraqlıdır ki, baş nazir müsahibəsində qonşular deyəndə Rusiyanın adını da çəkməyib.
Beləliklə, hər çıxışında Qərbə inteqrasiya və əməkdaşlığı genişləndirməkdən danışan baş nazir bu inteqrasiyanın Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından keçdiyi mümkünlüyünü artıq anlamağa başlayıb. Və soydaşları da bunu anlasa gözəl olardı. Anlamalıdırlar ki, buna gedən yol isə ittihamlara son qoyulması, ərazi bütövlüyünün tanınması və qeyd-şərtsiz sülh müqaviləsini imzalamaqdan keçir. Ən əsası revanşist, regionda sülhə mane olan dövlətlərin əlində oyuncağa çevrilmək siyasətinə son qoymalıdır. Əks halda 30 il yaşadıqları rəzil durumu təkrar yaşamalı olacaqlar.
Azər Nuriyev Son.az
Xızı rayonu, Giləzi qəsəbəsində şəhid xanımı Ləman Qurbanovanın qay
Heydər Əliyev öz xalqını və Vətənini sevən lider idi. Heydər Əliyev �
Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşa
ABŞ hüquq-mühafizə orqanlarında və kəşfiyyat qurumlarında eks-prezident
Heydər Əliyev qeyri-adi tarixi şəxsiyyət və müasir Azərbaycanın banisi
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox çətinliklərdən çı
Ümummilli Lider Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri
Tim Elliott UFC yüngül çəki dərəcəsində inanılmaz döyüşçüdür. Ame
Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 98
Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış m
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələ
Şəhid Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.
Azərbaycan Ermənistanla normallaşma prosesini irəliyə aparmaq üçün çal�
Məşhur müğənni Teylor Svift Filadelfiyada konserti zamanı mahnısının or