Everesti fəth etmiş ilk Azərbaycan alpinisti ABBnin dəstəyi ilə tarixi səfərinə başladı!
Digərləri 12 May 2023 14:56:00 257 0
Everesti (8848 metr) fəth etmiş ilk Azərbaycan alpinisti olan İsrafil Aşurlı bu dəfə də 8485 metr hündürlüyündə Makalu zirvəsini fəth etmək üçün Nepala yola düşüb. O, qarşısına çox böyük hədəf qoyub. İsrafil Aşurlı dünyanın ən hündür 14 zirvəsində dövlət bayrağımızı ucaltmaq niyyətindədir. Layihə "Zəfər tacı" devizi ilə həyata keçirilir və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub. Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB Azərbaycan alpinistinin bu təşəbbüsünə dəstək verir.
Bu xəbəri də oxu: "Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur"
Sözügedən 14 zirvə bütün dünyada alpinizmlə məşğul olan şəxslərin xəyalıdır. Həmin zirvələr Himalay və Qaraqorum dağ silsilələrində yerləşir və "Dünya tacı" adlanır. Hər birinin hündürlüyü 8 min metrdən yüksəkdir.
Bunlar Everest (Nepal, Çin), Çoqori (K2, Pakistan, Çin), Kançencanqa (Nepal, Hindistan), Lxotsze (Nepal, Çin), Makalu (Nepal, Çin), Ço-Oyu (Nepal, Çin), Dxaulaqiri (Nepal), Manaslu (Nepal), Nanqaparbat (Pakistan), Annapurna (Nepal), Qaşerbrum I (Pakistan, Çin), Broud-Pik (Pakistan, Çin), Qaşerbrum II (Pakistan, Çin), Şişabanqma (Çin) zirvələridir.
Həmin zirvələrin hamısını fəth etmiş alpinist karyerasının ən böyük nailiyyətini qazanmış sayılır. Onu da qeyd edək ki, tarix boyu bütün dünyada bu zirvələrin hamısına 20 ölkədən cəmi 44 alpinist qalxa bilib. İsrafil Aşurlı isə bu zirvələrdən 5-i artıq fəth edib. Makalu bu sırada 6-ci olacaq. 2025-ci ilə qədər o, bütün zirvələrin fəthini başa çatdırmağa qərarlıdır. Əgər 14 zirvənin hamısını fəth edə bilsə, İsrafil Aşurlı Cənubi Qafqaz regionunda belə bir nailiyyəti qazanmış ilk alpinist kimi adını tarixə yazacaq.
Bankın səyahətsevərlər üçün nəzərdə tutulmuş ABB miles kartı səfərboyu Azərbaycan alpinistinin ödənişlərini asanlaşdırır. Üstəlik, onun nağdsız ödənişlərindən topladığı millər növbəti səfərlərinin daha az xərclə başa gəlməsinə kömək göstərir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Mərkəzi Asiya ölkələri arasında illər uzunu hökm sürən gərgin münasi
Xalq artisti Afaq Bəşirqızı TikTok-un canlı yayımında başına gələn ha
Prezident İlham Əliyev E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prez
Topdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə
Ötən gün şəhid olan Azərbaycan hərbçisi Orxan Novruzəlizadə Ağstafada
Rəqqasə Rəna Ağamuradova (Renka) yeni fotosessiyası ilə müzakirələrə s
Mayın 16-da Milli Məclisin xüsusi iclası keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin v�
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya
Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər ray
Udmurtiyanın İqra kəndində 26 yaşlı yerli sakin iki uşaını - dörd yaş
Müğənni Nadir Qafarzadə artıq üçüncü dəfədir ki, Avroviziya təmsilç