Topdansatış yerlərindəki məhsullar marketlərdən 2 dəfəyə yaxın ucuzdur...
Digərləri 12 May 2023 14:26:00 213 0
Topdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə yaxın ucuz təklif olunur.
Bu xəbəri də oxu: Çin avtomobilləri bazarı ələ keçirib İlin son statistikası
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Xəbər Ertəsi" qiymətləri daha detallı araşdırmaq üçün 28 may metrostansiyasının yaxınlığındakı topdansatış yerində olub.
5 kiloqramlıq yuyucu tozun marketdəki satış qiyməti 29 manat 69 qəpik, topdansatış mərkəzində isə 16 manat, 200 milliqramlıq saç şampunu marketdə 5 manat 60 qəpik, topdansatış mağazasında 3 manat 30 qəpikdir. 750 milliqramlıq qabyuyan maye pərakəndə halda 6 manat 50 qəpiyə satılsa da, topdansatış yerlərində 3 manat 90 qəpiyə təklif edilir.
Araşdırmalarımızdan da məlum olur ki, marketlərlə topdansatış yerləri arasında qeyri-qida məhsullarında 30, 40 faiz, bəzən isə 70 faizə yaxın qiymət fərqi var. Elə topdansatış mağazalarının sahibləri də bunu təsdiqləyirlər.
Mağaza sahibləri deyirlər ki, qida məhsullarında isə qiymət fərqi nisbətən azdır.
Həmçinin vurğuluyurlar ki, tələbat yüksəkdir və məhsul təkcə topdan deyil, pərakəndə də alınır. Bəzən mal çox alındıqda qiymətlərdə endirim də edilir.
Bu məhsullardan başqa meyvə-tərəvəzlər də topdan satılır. Məsələn, marketdə kiloqramı 3 manat 30 qəpik olan banan, topdansatış mərkəzində 1 manat 60 qəpiyə təklif olunur.
Bazarlıq üçün topdansatış mağazalarına üz tutanların bəziləri qiymətlərdə fərq olmadığını, bəziləri isə xeyli ucuz olduğunu bildirirlər.
Vətəndaşların əksəriyyəti keyfiyyətdən razı qaldığını desələr də, bəzi alıcılar etibar etmədikləri üçün topdansatış yerlərindən qida məhsulu almadıqlarını qeyd edirlər.
"Topdansatış yerlərinin sahiblərindən malların bu qədər ucuz olmasının səbəbini də soruşduq. Bildirdilər ki, bunun səbəbi aldıqları məhsulların üzərinə adi marketlərə nisbətən daha az məbləğ qoymalarıdır."
Belə məhsulların keyfiyyətinə gəlincə isə, qida eksperti Məhsəti Hüseynova deyir ki, bəzən topdansatış yerlərində obyektlər kiçik olduğundan qida və qeyri-qida məhsulları bir yerdə satılır.
Bu da malların həm tərkibini, həm də dadını dəyişə bilər. Bundan başqa soyuducuda saxlanmalı olan məhsulların açıq şəkildə satılması da sağlamlıq üçün ciddi təhlükədir.
Daha ətraflı videomaterialı təqdim edirik:
Son.az
Ötən gün şəhid olan Azərbaycan hərbçisi Orxan Novruzəlizadə Ağstafada
Rəqqasə Rəna Ağamuradova (Renka) yeni fotosessiyası ilə müzakirələrə s
Mayın 16-da Milli Məclisin xüsusi iclası keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin v�
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya
Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər ray
Udmurtiyanın İqra kəndində 26 yaşlı yerli sakin iki uşaını - dörd yaş
Müğənni Nadir Qafarzadə artıq üçüncü dəfədir ki, Avroviziya təmsilç
Böyük müharibə aparmaq üçün böyük həcmdə hərbi texnikaya, sursata eh
"Bu ilki doğum günüm mənim üçün çox yaddaqalan oldu. Öncə cənab
Moskvada məktəbli intihara cəhd etdikdən sonra klinik ölümlə üzləşib.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ulu
Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə tə�
2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39986,5 milyon manatlıq və ya