Şuşada “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçiriləcək
Siyasət 12 May 2023 12:58:00 235 0
Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçiriləcək.
Bu xəbəri də oxu: İlham Əliyev Küveyt səfirinin etimadnaməsini qəbul edib FOTO
Son.az Trend-ə istinadən bildirir ki, Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqların iştirakı nəzərdə tutulur.
Rəsmi açılış mərasimindən sonra qonaqlar Türk dünyasının incəsənət kollektivlərinin çıxışlarını izləyəcək, sərgilərlə tanış olacaqlar.
Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunmuşdu.
Mayın 9-dan 11-dək Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. Festival başa çatsa da, Şuşada Türk dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin sonunadək davam edəcək.
Xatırladaq ki, "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər "mədəniyyət paytaxtı" elan edilir.
Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan - Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri "Türk dünyasının mədəniyyət paytaxtı" olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.
Son.az
2023-cü ilin yanvar-aprel aylarında ölkədə 39986,5 milyon manatlıq və ya
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq&qu
Azərbaycanın suveren ərazilərinə qarşı həyata keçirilən növbəti hər
Türkiyəli müğənni Seda Sayan şəxsi həyatı ilə gündəmə gəlib.
Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
İranda daxili orqanlarını satanların sayı artıb. Yoxsulluq səbəbindən i
Mayın 10-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində ba�
14 may seçkilərindən sonra yeni bir Türkiyə inşa edəcəyik.
Aparıcı Rövşanə Ağasəfqızı qalmaqallı səhər efiri ilə vidalaşıb.
Abşeron rayon Polis İdarəsinin rəis müavini işdən azad edilib.
Ermənistanla sərhəddə yaşananlar, son sərhəd insidentləri, qardaş Tür
SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyaları 18 milyard dollara çatıb
Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribatları s�
Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsi