Qərbin Brüssel hədəfi
Digərləri 12 May 2023 11:57:00 215 0
Ermənistanla sərhəddə yaşananlar, son sərhəd insidentləri, qardaş Türkiyənin Azərbaycana dəstəyi, eləcə də sülh danışıqları regional gündəmin əsas mövzularından biridir. Qardaş Türkiyə mediası sülh danışıqları, ermənilərin cəbhə zonasında təxribatları və Ermənistanla sərhədlərin açılması ilə bağlı maraql bir analiz aparıb. Qeyd olunur ki, İkinci Qarabağ müharibəsi bölgədə çox şeyi kökündən dəyişdirdi, ən əsası isə Azərbaycanın işğal olunan torpaqlarını azad etdikdən sonra Türkiyənin Qafqazda təsiri artdı. Ardınca qeyd olunur ki, İran 44 günlük Zəfərlə strateji mövqelərini itirib, Qərbə gəldikdə isə bu inkişafa müdaxilə edə bilməyərək oyundan kənarda saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyanın Brüssel görüşünə gəldikdə, qeyd olunur ki, Qərb bu cür danışıqlar üçün zəmin yaratmaqla yenidən oyuna qayıtmağa çalışır.
Bu xəbəri də oxu: Qubadlıda yük avtomobili aşdı: Xəsarət alan var
Qarabağ müharibəsi regional sülh üçün zəmin yaradıb
"Qarabağ müharibəsinin bəlkə də ən mühüm təsiri onun regional sülh üçün yaratdığı əlverişli zəmin oldu. Müharibədən sonra daha çox şiddət gözləyənlər yanıldılar. Ankara və Bakı qazancları möhkəmləndirmək və gələcək münaqişələrin qarşısını almaq üçün Ermənistanın da iştirak etdiyi sülh layihəsini masaya qoyub. Ermənistan sülh bağlamağa məcbur edilir. Bu çərçivədə Ankara ilə İrəvan arasında normallaşma prosesinə start verilib. Ancaq bu nöqtədə işlər arzuolunan kimi getmir. Bir tərəfdən sülh danışıqları davam etsə də, bəzən Azərbaycan-Ermənistan sərhədindən münaqişə xəbərləri gəlir. Məsələn, bir neçə həftə əvvəl üç Azərbaycan əsgəri həyatını itirdi" - deyə "Yeni şafak" yazır.
"Nemesis" abidəsi kövrək prosesi dinamitləndirmək cəhdidir
Eləcə də, İrəvanda açılan Nemesis abidəsi kövrək prosesi dinamitləndirmək cəhdi idi. Abidə Türkiyənin siyasi və hərbi xadimlərini qətlə yetirən erməni qatillərinə həsr olunub. Bu, pis niyyətli, təxribatçı və məqsədyönlü cəhddir. Artıq üçüncü ölkələrdən Ermənistana uçuşlar üçün Türkiyənin hava məkanından istifadə edilməyəcək. Məsələn, İrəvandan qalxaraq Avropa ölkəsinə gedən təyyarələr uzun və baha başa gələn marşrut tapmalı olacaqlar. Bura VIP uçuşlar daxildir. Lakin Ankaranın reaksiyası bununla məhdudlaşmayacaq. Bildirilir ki, Ermənistan administrasiyası bu cür təxribat xarakterli çıxışların qarşısını almasa, daha təsirli addımlar atılacaq. Ankara bu ilk addımı ilə "Əgər qərar verməsəniz, birbaşa uçuşları da bağlayacağıq" mesajını verir. Bu o deməkdir ki, təxribatçı addımlar davam edərsə, normallaşma prosesi başa çatır.
İrəvan Ankaranın mesajını aldımı?
Bəs, İrəvan bu mesajı alıbmı? Mövzu ilə bağlı ilk açıqlama Paşinyandan gəlib və abidənin açılışının günahını QHT-lərin üstünə atıb. Parlamentin sədri Simonyan da eyni mövqdədir. Lakin İrəvanın daxili siyasi səbəblərə görə abidəni sökməsi gözlənilmir. Bununla belə, Paşinyan və komandasının normallaşma prosesinə təsir göstərə biləcək bu cür təxribatlara qarşı daha həssas davranacağı proqnozlaşdırılır. Necə deyərlər, "Atdığımız daş öz yerini tapdı".
Azər Nuriyev Son.az
SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyaları 18 milyard dollara çatıb
Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribatları s�
Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsi
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nə
Türkiyənin ROKETSAN, ASELSAN ve TÜBİTAK-SAGE şirkətlərinin ortaq istehsal
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və m�
Cənubi afrikalı qadın öz fotoqrafına məktub yazıb və toy fotosessiyasın
ABŞ-ın "Abrams" tankları payızın əvvəlində Ukraynaya veriləc�
"Bir müddətdir ki, Bakıdayam. Qəlbim hər zaman Bakı ilə döyünüb.
Novosibirsk yaxınlığındakı İskitimski rayonunda 17 yaşlı qızın vəhşi
Baxmutda Ukrayna qüvvələrinin ruslar tərəfindən mühasirəyə alınması t
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani �
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin