Ermənistanın sərhəddə Azərbaycana qarşı hərbi təxribatları sülh prosesinə mane olur
Siyasət 12 May 2023 11:48:00 261 0
Ermənistanın şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribatları sülh prosesinə mane olur.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Gürcüstan Baş nazirinə başsağlığı verib
Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, Ermənistan həmişəki kimi sülh sazişi üzrə danışıqların sürətləndiyi vaxt təxribata əl atır.
"Biz bunun dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, revanşist qüvvələr sülhə mane olmağa çalışırlar. May ayının 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Belə bir vaxtda atəşkəsin pozulması buna əyani sübutdur. Erməni revanşistləri vəziyyətin sabit olmadığını göstərmək istəyirlər. Baş verən atışmalar bir daha Ermənistanın revanşist fikirlərindən hələ də əl çəkmədiyini göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistan qəsdən üçtərəfli bəyanatların şərtlərini yerinə yetirməyərək, sülhə gedən yolda təxribatlar yaratmaqla dünya ictimaiyyətində münaqişənin hələ də bitmədiyi fikrini yaratmağa çalışır. Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də bütün təxribatlara layiqli cavab verib və ərazi bütövlüyünü qorumağa hazırdır", - deyə E.Həsənov bildirib.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub, Mahmudlu Müslüm Vidadi oğlu isə ağır yaralanıb.
Avropa ölkələrinə çağırış etməliyik ki, Fransaya öz yerini göstərsi
Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nə
Türkiyənin ROKETSAN, ASELSAN ve TÜBİTAK-SAGE şirkətlərinin ortaq istehsal
Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və m�
Cənubi afrikalı qadın öz fotoqrafına məktub yazıb və toy fotosessiyasın
ABŞ-ın "Abrams" tankları payızın əvvəlində Ukraynaya veriləc�
"Bir müddətdir ki, Bakıdayam. Qəlbim hər zaman Bakı ilə döyünüb.
Novosibirsk yaxınlığındakı İskitimski rayonunda 17 yaşlı qızın vəhşi
Baxmutda Ukrayna qüvvələrinin ruslar tərəfindən mühasirəyə alınması t
Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb Regionu Müsəlmanlarının Ruhani �
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin
Ötən il fevralın 25-də vəfat edən muğam ustadı, Xalq artisti Əlibaba M�
Niderland sakini ölən 101 yaşlı atasının meyitini dondurucuda gizlədib. O
Amerikanın "Abrams" tanklarının bu il payızın əvvəlində Ukrayn