Xəzərdə yeni nəqliyyat Dəhlizi yaradılır Mərkəzi Asiyadan Azərbaycana uzanacaq növbəti LAYİHƏ
Digərləri 12 May 2023 14:38:00 331 0
Mərkəzi Asiya ölkələri arasında illər uzunu hökm sürən gərgin münasibətlər artıq arxa plana keçir. Bir vaxtlar aralarında münasibətlərin gərgin olduğu dövlətlər irimiqyaslı layihələrə imza atırlar. Bu günlərdə Mərkəzi Asiyanın iki nəhəng dövləti - Tacikistan və Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Yerli media xəbər verir ki, bu, prezidentlər Emoməli Rahmon və Sərdar Berdiməhəmmədov arasında Düşənbədə keçirilən danışıqların nəticəsidir. Aşqabad dostluq əlaməti olaraq Düşənbəyə Xəzər dənizinin Türkmənistan limanlarına çıxışı və birgə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif edib. Halbuki, neçə vaxt idi ki, nəqliyyat sektorunda ölkələr arasında fikir ayrılıqları var idi. S.Berdiməhəmmədov Türkmənistan prezidenti kimi ilk dəfə Düşənbəyə səfər edib. Tacikistan yüklərinin Türkmənistan üzərindən tranzit daşımalarının genişləndirilməsi və iki ölkəni Xəzər dənizinə çıxışı ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması perspektivlərinə xüsusi diqqət yetirilib. Görüşlərin yekunu olaraq 23 yeni sənəd, o cümlədən Tacikistan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Hər iki ölkənin səyləri əsas məqsədə - Asiya, Avropa, Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən güclü və müasir infrastrukturun yaradılmasına nail olmağa yönəlib. "Neytral Türkmənistan" nəşri yazır ki, Türkmənistan prezidenti Dünya Okeanına birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri dünya bazarlarına çıxmaq üçün Xəzərin şərq sahillərinin liman infrastrukturundan maksimum istifadə etməli olduqlarını dilə gətirib. Berdiməhəmmədov bildirib ki, onun ölkəsi əlverişli şərtlərlə Tacikistanın maraqları naminə Türkmənistanın Türkmənbaşı dəniz limanının imkanlarından istifadəni müzakirə etməyə hazırdır.
Bu xəbəri də oxu: Sumqayıtda "Bəy hamamı" yandı
Ekspertlər hesab edir ki, Rəhmonla Berdiməhəmmədov arasında danışıqlar zamanı Türkmənistan-Çin qaz kəmərinin D xəttinin tikintisi məsələsi müzakirə olunub ki, bu da Tacikistandan keçməlidir Bu qaz kəməri ilə 25-30 milyard kubmetr qazın veriləcəyi gözlənilir. Təbii qaz Türkmənistandan Çinə getməlidir. Lakin Düşənbə öz öhdəliklərini yerinə yetirmədiyi üçün Aşqabad ziyana düşüb. Xatırladaq ki, bu qaz kəmərinin Tacikistan ərazisində tikintisinə dair hökumətlərarası saziş 2013-cü ilin sentyabrında imzalanıb. 2014-cü ilin mart ayında Çinin CNPC neft-qaz şirkəti Tajiktransqaz ilə müqavilə bağladı, bunun əsasında Trans-Tajik Gas Pipeline Company Ltd müştərək müəssisəsi yaradıldı, onun əsasında ümumi uzunluğu 63,3 km olan 42 dağ tuneli Tacikistanda tikiləcək. İlk tunelin tikintisi yalnız 2020-ci ildə tamamlanıb. Böyük ehtimalla bu məsələ mayın 17-18-də Sianda keçiriləcək Çin-Mərkəzi Asiya sammitində müzakirə olunacaq.
Layihənin reallaşması Azərbaycanın imkanlarını genişləndirəcək Bu nəqliyyat dəhlizinin reallaşması Azərbaycanın imkanlarını genişləndirir. Ən əsası Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınması artacaq. Bu xəttin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin, iqtisadiyyatlarının inkişafında, inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində salınan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla yaradılan Azad Ticarət Zonasının da Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi əhəmiyyəti olacaq.Azər Son.az
Xalq artisti Afaq Bəşirqızı TikTok-un canlı yayımında başına gələn ha
Prezident İlham Əliyev E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prez
Topdansatış mağazalarında qida və qeyri-qidalar marketlərdən 2 dəfəyə
Ötən gün şəhid olan Azərbaycan hərbçisi Orxan Novruzəlizadə Ağstafada
Rəqqasə Rəna Ağamuradova (Renka) yeni fotosessiyası ilə müzakirələrə s
Mayın 16-da Milli Məclisin xüsusi iclası keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Beynəlxalq Muğam Mərkəzinin v�
"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya
Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər ray
Udmurtiyanın İqra kəndində 26 yaşlı yerli sakin iki uşaını - dörd yaş
Müğənni Nadir Qafarzadə artıq üçüncü dəfədir ki, Avroviziya təmsilç
Böyük müharibə aparmaq üçün böyük həcmdə hərbi texnikaya, sursata eh
"Bu ilki doğum günüm mənim üçün çox yaddaqalan oldu. Öncə cənab
Moskvada məktəbli intihara cəhd etdikdən sonra klinik ölümlə üzləşib.