Xarici işlər nazirinin müavini Albaniyada işgüzar səfərdə olub
Siyasət 11 May 2023 20:30:00 223 0
10-11 may 2023-cü il tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayev Albaniyada işgüzar səfərdə olub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Albaniya xarici işlər nazirinin müavini Megi Fino, Albaniya Prezidentinin xarici siyasət üzrə müşaviri Fatmir Çela, Albaniya Baş nazirinin xarici siyasət üzrə müşaviri Odeta Barbulişi, Albaniya Parlamenti sədrinin kabinetinin rəhbəri Kosta Baryaba, sədrin müşaviri Ejona İsufay və Albaniya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Anila Denay ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan və Albaniya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Səfər vaxtı Albaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə keçirilmiş görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Albaniya-Azərbaycan münasibətləri, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Qətər Dövlətindəki Beynəlxalq Müsəlman Alimləri Birliyinin Baş katibi,
Bir neçə gündür şəxsi həyatı ilə bağlı yayılan xəbərlərlə günd�
"Sen çal kapımı" serialının aktyorları uzun müddət sonra bir a
Kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradıb.
"Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının sonuncu günündə i
Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa İttifaqının (Aİ) Azərbayc
Əməkdar artist, kinorejissor Elxan Qasımovun vəziyyəti ilə hər hansı bir
Xəbər verdiyimiz kimi, mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qə
İlk dəfədir Qarabağda oluram və torpaqların bu cür dağıntılara məruz
11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Bir həftə əvvəl həyat yoldaşı Eşqin Cəlilovla rəsmi şəkildə boşand
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Heydər Əliyevin anadan olması