"Qarabağda bərpaquruculuq işlərinə şahid olmaq çox xoşdur"
Digərləri 11 May 2023 18:24:00 233 0
İlk dəfədir Qarabağda oluram və torpaqların bu cür dağıntılara məruz qaldığını görmək kədərlidir.
Bu xəbəri də oxu: Hazırda ölkədə güclü külək hökm sürür
Bu barədə Trend-ə açıqlamasında Qarabağda səfərdə olan isveçli səyahətçi deyib.
"Amma dağıntılarla yanaşı bərpa-quruculuq işlərinin də şahidi oluruq. İnsanların bu əraziləri minalardan təmizləməsi, bərpa etməsini görmək çox xoşdur",- deyə o əlavə edib.
Qeyd edək ki, İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Qrupa "Club 100"un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir.
Bu nüfuzlu regional klub yalnız Skandinaviya əsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.
Səfərə Füzuli rayonundan start verilib. Səfər iştirakçılarına Ermənistanın işğal dövründə törətdiyi dağıntıları öz gözləri ilə görmək üçün şərait yaradılacaq. Vətən müharibəsindən sonra işğaldan azad olan torpaqlarda Azərbaycan dövlətinin apardığı yenidənqurma və bərpa işləri barədə məlumat veriləcək. Dünya səyyahlarının Füzulidə minalı ərazilərdə aparılan minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulub. İsveçli səyyahların Füzulidən sonra Xocavənd rayonunda yerləşən ən qədim insan məskənlərindən olan Azıx mağarasına, daha sonra Ağdam şəhərinə və günün sonunda Qarabağa - Talışa köçürülmüş ailələrə baş çəkmələri planlaşdırılır.
Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Ağdam-Tərtər Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl (Xudafərin) rayonlarına səfər etmələri planlaşdırılır.
Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels" Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 1-i isə 2023-cü ildə reallaşdırılıb. İsveçdən olan səfər bu qəbildən olan sayca 7-ci səfərdir.
11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazir
Bir həftə əvvəl həyat yoldaşı Eşqin Cəlilovla rəsmi şəkildə boşand
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Heydər Əliyevin anadan olması
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Heydər Əliyevin a
Bakıda "BMW 535i minik" markalı avtomobillə avtoxulqanlıq edən s�
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsd
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Azərbaycan-BMT əlaqələrinin f
Türkiyəli müğənni Mustafa Sandal ötən gün Bakıda böyük konsert proqra
11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların t
Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluq�
Şuşada artıq 3-cü gündür ki, davam edən "Xarıbülbül" Beynəl
ABŞ-də yaşayış evinə meteorit düşüb.
Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz həl