Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda BMT təşəbbüslərinin icrasının mühüm fəaliyyət istiqamətləri müəyyən edilib Fərid Babayev
Siyasət 11 May 2023 16:42:00 222 0
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Azərbaycan-BMT əlaqələrinin formalaşmasına və inkişafına olduqca qiymətli töhfə verib.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev "Azərbaycanda BMT-nin İnkişaf Təşəbbüslərinin həyata keçirilməsində Heydər Əliyevin rolu" mövzusunda tədbirdə deyib.
"Heydər Əliyevin hakimiyyəti dövründə BMT-nin inkişaf təşəbbüslərinin icrasının mühüm fəaliyyət istiqamətləri müəyyən edilib və Azərbaycanın dünya ölkələri ilə daha sıx əlaqələrinin qurulması, humanitar və iqtisadi sahələrdə inkişafı üçün tədbirlər həyata keçirilib. Heydər Əliyevin həmin dövrdə yenicə müstəqillik əldə etmiş ölkənin rəhbəri olaraq sosial siyasəti və onun rəhbərliyi altında başlamış inkişaf prosesləri sayəsində bu gün Azərbaycan bu və bir çox digər sosial-iqtisadi sahədə şübhəsiz parlaq inkişaf göstəriciləri nümayiş etdirir", - o deyib.
O, UNFPA-nın Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən nümayəndəliyinin, həmçinin bu inkişafı dəstəklədiyini qeyd edib.
"Azərbaycan hələ 1994-cü ilin sentyabrında əhali və demoqrafiya sahəsində ən nüfuzlu beynəlxalq platforma olan və Qahirədə keçirilən "Əhali və inkişaf" üzrə beynəlxalq konfransda iştirak edib. Konfransın nəticələrinə əsasən qəbul edilmiş sənəd BMT-nin Əhali Fondunun növbəti müddət üçün fəaliyyətini yönləndirən əsas çərçivə hesab olunur. Ötən təqribi 30 illik müddət ərzində UNFPA-nın Azərbaycanda fəaliyyəti geniş mənada milli kontekstdə, bu çərçivələrdən irəli gələn çağırışların həllində hökumətə köməklik göstərməkdən ibarət olub. Əhaliyə və onun strukturuna aid göstəricilər hər bir ölkənin təhlükəsizliyinin əsas elementlərini təşkil edir. Bu, həmçinin xalqın genefondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlərin həllində mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin rəhbərliyi dövründə qəbul edilmiş Azərbaycanın milli inkişaf konsepsiyasının əsasında məhz sosial faktor dayanır - qoyulmuş bütün məqsədlər və görülmüş tədbirlər son nəticədə əhalinin rifahı, sosial müdafiənin gücləndirilməsi, insan kapitalının inkişafı üçün əlverişli şərait yaradıb", - deyə o əlavə edib.
Türkiyəli müğənni Mustafa Sandal ötən gün Bakıda böyük konsert proqra
11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların t
Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluq�
Şuşada artıq 3-cü gündür ki, davam edən "Xarıbülbül" Beynəl
ABŞ-də yaşayış evinə meteorit düşüb.
Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz həl
"Vallah, söz tapmıram deməyə. Həyatımda bir neçə dəfə olub ki, ü
Rusiya Müdafiə Nazirliyi (MN) 2023-cü ilin əvvəlindən məhbusların Ukrayn
Türkiyəli müğənni Sinan Akçıl növbəti açıqlaması ilə gündəmə gə
Rusiya hərbçiləri logistika ilə bağlı böyük problemlər yaşayır, koman
Ulu Öndər Heydər Əliyevin strateji qərarları sayəsində Azərbaycanda dav
Türkiyəli aktrisa Tuvana Türkayla iş adamı sevgilisi İzzet Antebinin bir i
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daş
Ukrayna hərbçilərinin Donetsk vilayətində Baxmut yaxınlığında irəlilə
Müğənni Natavan Həbibi və reper Dado Əliyev oğlu Zeyd Əliyə ad günü e