Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib


Siyasət 11 May 2023 16:54:00 162 0

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Möhtərəm İlham Heydər oğlu!

"Əziz qardaşım!

Sizi və qardaş Azərbaycan xalqını mühüm tarixi hadisə - ölkənizin Ümummilli Lideri, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir.

Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.

Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.

Hörmətli İlham Heydər oğlu!

Biz Zati-alinizi - möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.

Xüsusilə və böyük məmnunluqla qeyd etmək istərdim ki, son zamanlar aramızda yaranan və möhkəm etimad ruhunda qurulmuş dialoqlarımız, cari ilin mart ayında Bakıda apardığımız açıq və səmərəli danışıqlarımız ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.

Bununla yanaşı, yaxın gələcəkdə baş tutacaq ali səviyyədə səfərimiz zamanı əldə ediləcək mühüm razılaşmalar, əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş dəqiq layihələr və əməli proqramlar şübhəsiz ki, hərtərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaqdır.

Atanız Heydər Əliyevin nurlu xatirəsinin qəlblərimizi işıqlandırdığı bu günlərdə Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".

Bakıda “BMW” ilə avtoxuliqanlıq edən 3 dost saxlanıldı  “Sizi silahla vuraram” like
  • 11 May 16:52  
Kriminal Bakıda “BMW” ilə avtoxuliqanlıq edən 3 dost saxlanıldı “Sizi silahla vuraram”

Bakıda "BMW 535i minik" markalı avtomobillə avtoxulqanlıq edən s�

arrow Ətraflı
Ordumuz şəhidimizin qisasını aldı  VİDEO like
  • 11 May 16:48  
Digərləri Ordumuz şəhidimizin qisasını aldı VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsd

arrow Ətraflı
“Məni yenə Azərbaycana çağırın”  Mustafa Sandal  VİDEO like
  • 11 May 16:40  
Şou-biznes “Məni yenə Azərbaycana çağırın” Mustafa Sandal VİDEO

Türkiyəli müğənni Mustafa Sandal ötən gün Bakıda böyük konsert proqra

arrow Ətraflı
Ceyhun Bayramov Haydi Kün ilə görüşüb  FOTO like
  • 11 May 16:34  
Siyasət Ceyhun Bayramov Haydi Kün ilə görüşüb FOTO

11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların t

arrow Ətraflı
Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölübmüş... like
  • 11 May 16:28  
Digərləri Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölübmüş...

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluq�

arrow Ətraflı
Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir  Hulusi Akar like
  • 11 May 15:28  
Digərləri Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir Hulusi Akar

Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz həl

arrow Ətraflı
““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...”  FOTO like
  • 11 May 15:18  
Kriminal ““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...” FOTO

"Vallah, söz tapmıram deməyə. Həyatımda bir neçə dəfə olub ki, ü

arrow Ətraflı
Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb like
  • 11 May 14:54  
Digərləri Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb

Rusiya Müdafiə Nazirliyi (MN) 2023-cü ilin əvvəlindən məhbusların Ukrayn

arrow Ətraflı
Onunla eşq yaşadığını etiraf etdi like
  • 11 May 14:43  
Şou-biznes Onunla eşq yaşadığını etiraf etdi

Türkiyəli müğənni Sinan Akçıl növbəti açıqlaması ilə gündəmə gə

arrow Ətraflı
Rusiyanın "zəif yerləri"nə zərbə endirilir like
  • 11 May 14:32  
Digərləri Rusiyanın "zəif yerləri"nə zərbə endirilir

Rusiya hərbçiləri logistika ilə bağlı böyük problemlər yaşayır, koman

arrow Ətraflı
Aktrisa sevgilisinə xəyanət edib like
  • 11 May 14:21  
Şou-biznes Aktrisa sevgilisinə xəyanət edib

Türkiyəli aktrisa Tuvana Türkayla iş adamı sevgilisi İzzet Antebinin bir i

arrow Ətraflı