Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib FOTO


Siyasət 11 May 2023 18:22:00 202 0

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib  FOTO

11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sridharan Madhusudhanan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Sridharan Madhusudhananın etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırki vəziyyəti, o cümlədən regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıqdan bəhs edərək, münasibətlərin inkişafı üçün mövcud potensialdan istifadənin vacibliyini vurğulayıb. Bu xüsusda, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin, qarşılıqlı səfərlərin faydalı olduğu diqqətə çatdırılıb. Azərbaycan və Hindistan arasında ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində çoxtərəfli əməkdaşlıq təcrübəsinə sadiqliyin əhəmiyyətini qeyd edib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb. Beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Səfir Sridharan Madhusudhanan qəbul üçün nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Azərbaycan və Hindistan arasında dostluq, qarşılıqlı hörmət və həmrəylik prinsipləri əsasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edərək, bu xüsusda qarşılıqlı təmasların artırılmasının mühüm olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Aysun boşandıqdan dərhal sonra bunu etdi  FOTO like
  • 11 May 17:24  
Şou-biznes Aysun boşandıqdan dərhal sonra bunu etdi FOTO

Bir həftə əvvəl həyat yoldaşı Eşqin Cəlilovla rəsmi şəkildə boşand

arrow Ətraflı
Lukaşenko Prezidentə məktub ünvanlayıb like
  • 11 May 16:56  
Siyasət Lukaşenko Prezidentə məktub ünvanlayıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliy

arrow Ətraflı
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib like
  • 11 May 16:54  
Siyasət Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Heydər Əliyevin a

arrow Ətraflı
Bakıda “BMW” ilə avtoxuliqanlıq edən 3 dost saxlanıldı  “Sizi silahla vuraram” like
  • 11 May 16:52  
Kriminal Bakıda “BMW” ilə avtoxuliqanlıq edən 3 dost saxlanıldı “Sizi silahla vuraram”

Bakıda "BMW 535i minik" markalı avtomobillə avtoxulqanlıq edən s�

arrow Ətraflı
Ordumuz şəhidimizin qisasını aldı  VİDEO like
  • 11 May 16:48  
Digərləri Ordumuz şəhidimizin qisasını aldı VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsd

arrow Ətraflı
“Məni yenə Azərbaycana çağırın”  Mustafa Sandal  VİDEO like
  • 11 May 16:40  
Şou-biznes “Məni yenə Azərbaycana çağırın” Mustafa Sandal VİDEO

Türkiyəli müğənni Mustafa Sandal ötən gün Bakıda böyük konsert proqra

arrow Ətraflı
Ceyhun Bayramov Haydi Kün ilə görüşüb  FOTO like
  • 11 May 16:34  
Siyasət Ceyhun Bayramov Haydi Kün ilə görüşüb FOTO

11 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov minaların t

arrow Ətraflı
Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölübmüş... like
  • 11 May 16:28  
Digərləri Bu gün şəhid olan hərbçimizin anası ötən il faciəvi şəkildə ölübmüş...

Ermənistanın son hərbi təxribatı nəticəsində şəhid olan hərbi qulluq�

arrow Ətraflı
Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir  Hulusi Akar like
  • 11 May 15:28  
Digərləri Ermənistan kənardan gələn təkliflərlə hərəkət etməməlidir Hulusi Akar

Azərbaycan və Türkiyə birlikdə Ermənistana sülh əli uzatdılar. Biz həl

arrow Ətraflı
““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...”  FOTO like
  • 11 May 15:18  
Kriminal ““Nəsimi” filminə baxandan sonra demişdi ki, bu oğlandan muğayat olun...” FOTO

"Vallah, söz tapmıram deməyə. Həyatımda bir neçə dəfə olub ki, ü

arrow Ətraflı