Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra tədbirlərdə iştirak ediblər


Siyasət 10 May 2023 12:51:00 166 0

Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra tədbirlərdə iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub, 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlqoyma mərasimində, Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışlarında, Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində dövlət xidmətləri mərkəzinin yenidənqurma və təmir işlərinə başlanılması ilə bağlı tədbirdə iştirak ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışında iştirak edib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində burada təşkil edilən "Heydər Əliyev və Qarabağ" fotosərgisi və Gül Festivalı ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti, birinci xanım və ailə üzvləri Xurşidbanu Natəvan, Zəfər, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsində lövhələrin açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında "Mir Möhsün Nəvvab Qarabaği - XIX əsrin ensiklopedik alimi" sərgisinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışlarında iştirak edib, Muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar.

Sonra Azərbaycan Prezidenti və birinci xanım Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

Son.az 

Əkizlərin məğlubiyyətdən sonrakı görüntüsü like
  • 10 May 12:49  
Şou-biznes Əkizlərin məğlubiyyətdən sonrakı görüntüsü

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Liverpul şəhərində "Avro

arrow Ətraflı
Hacı Şahinin tələbəsi də “Məşədi Dadaş”ın imamı ola bilər like
  • 10 May 12:27  
Digərləri Hacı Şahinin tələbəsi də “Məşədi Dadaş”ın imamı ola bilər

"Hesab edirik ki, Məşədi Dadaş məscidində, ola bilsin, bir neçə ima

arrow Ətraflı
Sanki parada deyil, yasa gedib  Moskvada Paşinyan yenə rəzil duruma düşdü like
  • 10 May 12:18  
Digərləri Sanki parada deyil, yasa gedib Moskvada Paşinyan yenə rəzil duruma düşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Moskva səfəri ilə diqqət mərkəz

arrow Ətraflı
Qarabağ məsələsinin həllinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub like
  • 10 May 12:07  
Siyasət Qarabağ məsələsinin həllinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub

Bütün Azərbaycan xalqı, ürəyi Azərbaycanla döyünən insanlar, həmvət�

arrow Ətraflı
Bayıldan Əhmədliyə Xəzər üzərindən körpü salınır? like
  • 10 May 11:56  
Digərləri Bayıldan Əhmədliyə Xəzər üzərindən körpü salınır?

Bakı Şəhər İcra Hakimiyyəti Bayıl ərazisindən Əhmədli istiqamətinə

arrow Ətraflı
Britaniya “Vaqner”i terror təşkilatı kimi tanımağa hazırlaşır like
  • 10 May 11:34  
Dünya Britaniya “Vaqner”i terror təşkilatı kimi tanımağa hazırlaşır

Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" özəl hərbi şir

arrow Ətraflı
O qədər fotoşop etdi ki, biləyi əyildi like
  • 10 May 11:23  
Şou-biznes O qədər fotoşop etdi ki, biləyi əyildi

Türkiyəli aktrisa Hilal Altinbilek sosial şəbəkədə yeni foto paylaşıb.

arrow Ətraflı
ABŞ elan etdi: Bu ölkə ilə daimi rəqabət olacaq! like
  • 10 May 11:12  
Dünya ABŞ elan etdi: Bu ölkə ilə daimi rəqabət olacaq!

ABŞ Müdafiə Nazirliyi Çini onilliklər boyu nəzarətdə saxlamağa qərarl�

arrow Ətraflı
Quru sərhədlərinin açılmasına bu tarixdə baxılacaq like
  • 10 May 10:54  
Digərləri Quru sərhədlərinin açılmasına bu tarixdə baxılacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb.

arrow Ətraflı
Prezident: Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik like
  • 10 May 10:51  
Siyasət Prezident: Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik

Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarım�

arrow Ətraflı
2020ci il 8 noyabr tarixi  Tapşırıq yerinə yetirildi... like
  • 10 May 10:50  
Siyasət 2020ci il 8 noyabr tarixi Tapşırıq yerinə yetirildi...

Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılar�

arrow Ətraflı
Prezident: Bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib like
  • 10 May 10:49  
Siyasət Prezident: Bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib

Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm t

arrow Ətraflı
Azərbaycan Prezidenti: Elə gənclər yetişdirmişik ki, dağı dağ üstə qoya bilər və bunu da etdilər like
  • 10 May 10:48  
Siyasət Azərbaycan Prezidenti: Elə gənclər yetişdirmişik ki, dağı dağ üstə qoya bilər və bunu da etdilər

Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatı

arrow Ətraflı