Qarabağ məsələsinin həllinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub
Siyasət 10 May 2023 12:07:00 236 0
Bütün Azərbaycan xalqı, ürəyi Azərbaycanla döyünən insanlar, həmvətənlərimiz, soydaşlarımız üçün bu gün çox önəmli və tarixi bir gündür. Çünki bizim hər birimiz bugünkü günümüz, inkişaf səviyyəmiz üçün məhz Ulu Öndərə minnətdarıq. Ümummilli Lider ölkəmizin ən çətin dönəmində, günlərində bu ağır yükü çiyinlərinə götürdü və ölkəni parçalanmaqdan, faktiki olaraq dağılmadan xilas etdi.
Bu xəbəri də oxu: Küveyt Əmiri İlham Əliyevə başsağlığı verdi
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri mayın 10-da Fəxri xiyabanı ziyarət edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu gün bütün Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yaşayır. Bunun ən əsas səbəbləri bir vətəndaş, insan olaraq hər birimizin üzünün ağ, alnının açıq olması, torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etməyimizdir. Bu taleyüklü missiyanın öhdəsindən Ulu Öndər siyasətinin davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev gəldi. Bu prosesin və işin də təməli Ulu Öndər tərəfindən qoyulub. O, Azərbaycanın mövqelərini dünya səviyyəsində səsləndirdi, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzünə qarşı informasiya blokadasını yardı. Onun uzaqgörənliyi, dünya siyasətçiləri tərəfindən qəbul edilməsi həmin illərdə buna imkan verdi. Ölkəmizin ən böyük problemi olan Qarabağ məsələsinin həllinin də məhz əsasını Ulu Öndər Heydər Əliyev qoyub.
Son.az
Bakı Şəhər İcra Hakimiyyəti Bayıl ərazisindən Əhmədli istiqamətinə
Britaniya hökuməti yaxın həftələrdə "Vaqner" özəl hərbi şir
Türkiyəli aktrisa Hilal Altinbilek sosial şəbəkədə yeni foto paylaşıb.
ABŞ Müdafiə Nazirliyi Çini onilliklər boyu nəzarətdə saxlamağa qərarl�
Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb.
Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarım�
Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılar�
Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm t
Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatı
Bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərim
Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək tex
İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qəd
Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa