Prezident və birinci xanım Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər
Siyasət 09 May 2023 11:31:00 217 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.
Bu xəbəri də oxu: İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərişıq" ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.
Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.
Son.az
Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təs
Ermənsitan aktiv fazaya daxil olan sülh danışıqlarını pozmaq üçün dinc
Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2023"də təmsil ed
"Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənist
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə
"Qızım yoxdur, amma çox istərdim ki, olsun. Qız övladlarını çox se
"İkinci Dünya müharibəsi bəşəriyyət tarixinə ən qanlı və ən da
Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva işdən çıxıb.
2023-cü il mayın 12-də 2023 HT4 asteroidi Yerin yanından keçəcək. Onun uz
Ölkəmizin təhlükəsizliyinin səviyyəsini artırmaq üçün ən müasir sil
Aktyor Natiq Fərzəliyev hələ də Fəxri ad ala bilməməsindən şikayətlə
Azərbaycanda hazırda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı va