Azərbaycanda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var
Digərləri 09 May 2023 10:24:00 203 0
Azərbaycanda hazırda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.
Bu xəbəri də oxu: Bu bürclər keçmiş sevgililəri ilə barışacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyularaq, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasəti formalaşıb. 9 May - Qələbə günü də həmin vaxtdan ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb.
İkinci Dünya müharibəsi iştirakçılarına bu böyük diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanlar və iştirakçılarına Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ödənilir. Ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb. Xüsusilə son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə müavinət və təqaüd ödənişlərində 5 dəfə, orta aylıq pensiyada 2 dəfə artıma nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.
Eyni zamanda, dövlət başçısı tərəfindən hər il 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalanır. Bu il də 26 aprel 2023-cü il tarixli Sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.
Özünü İslam dövləti kimi qələmə verən İran Hindistanla əməkdaşlı�
İctimai Televiziya Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 3
Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen Kiyevə gedib.
Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliy
Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər
Abşeronda tanınmış plastik cərrah qətlə yetirilib. Ötən gecə 41 yaşl�
Tanınmış aparıcı Sona Rəsulovanın başına iş gəlib.
Lənkəranda qəza nəticəsində sürücü xəsarət alıb.
Prezident İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın
İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş nazi