Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filmi


Siyasət 09 May 2023 09:57:00 193 0

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qrossmeyster” sənədli filmi

İctimai Televiziya Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 3 seriyalı film hazırlayıb.

"Qrossmeyster" adlı film 3 hissədən ibarətdir: I hissə Debüt, II hissə Mittelşpil, III hissə Endşpil adlanır. Heydər Əliyevin Azərbaycan tarixində oynadığı mühüm roldan, həyata keçirdiyi genişmiqyaslı işlərdən, layihələrdən bəhs olunan filmin I hissəsində Ulu öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə cərəyan edən mühüm hadisələr əks olunur. Eyni zamanda, tarixə ekskurs edilərək, ermənilərin Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin qarşısının Heydər Əliyev tərəfindən necə alınması, Azərbaycan ziyalı təbəqəsinin repressiyalardan necə qorunması göstərilir. Həmçinin, Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyi ilə münasibətləri, bu münasibətlərdən istifadə edərək, ölkəmizin sənayeləşməsi, inkişaf etdirilməsi istiqamətində   atdığı mühüm addımlardan bəhs edilir.

Filmin II hissəsi Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunduğu dövrü əhatə edir. Həmin dövrdə Ulu öndərin Azərbaycan üçün gördüyü işlərdən, Ümumittifaq miqyaslı layihələrdə, Baykal-Amur magistralının tikintisində   rolundan, İttifaq dövlətlərinin, xaricdəki sosialist respublikaların inkişafına verdiyi töhvələrdən bəhs olunur.  Eyni zamanda, Heydər Əliyev və Mixail Qorbaçov arasında münasibətlərdən, Sovet İttifaqının dağılması prosesindən danışılır.

Filmin III hissəsi isə Azərbaycanın müstəqilliyinin bərpası dövrünə aiddir ki,  burada Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, onun qətiyyətli siyasi fəaliyyəti, üzləşdiyi çətinliklər, erməni təcavüzünün qarşısının alınması və Respublikaya rəhbərlik etməyə başlaması reallıqlarından bəhs edilir. Filmdə Heydər Əliyevin siyasi fəaliyyəti ilə Şahmat partiyası arasında analogiya aparılır. Qeyd olunur ki, bütün bunlar Ulu öndərin böyük bir Şahmat partiyası idi və bu partiyanı dahi şəxsiyyət Heydər Əliyev sonradan  həyatda olmasa da, onun siyasi varisi, Prezident İlham Əliyev qalibiyyətlə başa vurdu.

Qeyd edək ki, "Qrossmeyster" sənədli filminin ilk hissəsi mayın 8-də artıq nümayiş etdirilib. Mayın 9-da filmin ll hissəsi saat 20:40-da, mayın 10-da isə I və II seriyaların təkrarı saat 18:35-də, III hissə isə saat 20:35-də İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.


Xəbərə aid video

Avropa Komissiyasının Prezidenti Kiyevə gedib like
  • 09 May 09:52  
Dünya Avropa Komissiyasının Prezidenti Kiyevə gedib

Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen Kiyevə gedib.

arrow Ətraflı
Çənəsi sındırılan qazinin son halı like
  • 09 May 09:47  
Digərləri Çənəsi sındırılan qazinin son halı

Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliy

arrow Ətraflı
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır like
  • 09 May 09:42  
Digərləri Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər

arrow Ətraflı
Aybəniz Haşımova Türkanın qətli ilə bağlı sirləri açdı: "Anasını eşitmədi..." like
  • 09 May 09:36  
Digərləri Aybəniz Haşımova Türkanın qətli ilə bağlı sirləri açdı: "Anasını eşitmədi..."

Abşeronda tanınmış plastik cərrah qətlə yetirilib. Ötən gecə 41 yaşl�

arrow Ətraflı
Lənkəranda avtomobil aşıb, xəsarət alan var  FOTO like
  • 09 May 09:24  
Digərləri Lənkəranda avtomobil aşıb, xəsarət alan var FOTO

Lənkəranda qəza nəticəsində sürücü xəsarət alıb.

arrow Ətraflı
İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə paylaşım edib like
  • 09 May 08:10  
Siyasət İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə paylaşım edib

Prezident İlham Əliyev faşizm üzərində Qələbə Günü münasibəti ilə

arrow Ətraflı
Qadın sürücü pedalları səhv salaraq ticarət mərkəzinin divarını uçurdu  VİDEO like
  • 09 May 05:05  
Digərləri Qadın sürücü pedalları səhv salaraq ticarət mərkəzinin divarını uçurdu VİDEO

Sankt-Peterburqda avtomobil idarə edən qadın pedalları qarışdıraraq ticar

arrow Ətraflı
90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz...  VİDEO like
  • 09 May 04:04  
Digərləri 90 km sürətlə gedərkən 250 manat cərimə oluna bilərsiniz... VİDEO

Saatda sürətinin 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada c�

arrow Ətraflı
Açıqsaçıq səhnələrdə çəkilən 5 Hollivud aktrisası  FOTO like
  • 09 May 02:02  
Şou-biznes Açıqsaçıq səhnələrdə çəkilən 5 Hollivud aktrisası FOTO

Hazırda Hollivud üçün açıq-saçıq səhnələr artıq adi haldır. Lakin h

arrow Ətraflı