Azərbaycan və Litva arasında yeni sənəd imzalanacaq
Siyasət 08 May 2023 12:42:00 188 0
Azərbaycan və Litva gələcək əməkdaşlığın praktik istiqamətini müəyyən edən protokol imzalayacaq.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vilnüsdə litvalı həmkarı Qabrielius Landsbergislə brifinqdə deyib.
"Həmsədrləri olduğumuz iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasını səbirsizliklə gözləyirik. Bu sessiyada mütləq ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra mühüm məsələləri müzakirə edəcəyik. Nəticə olaraq gələcək əməkdaşlığımızın praktik istiqamətlərini müəyyən edəcək və ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, energetika, humanitar və sosial əlaqələrin daha da canlanmasına imkan yaradacaq protokol imzalamağı planlaşdırırıq", - o deyib.
C.Bayramov protokolun çoxplanlı əməkdaşlığın yol xəritəsi olaraq çıxış edəcəyinə ümid etdiyini bildirib.
"Parlament diplomatiyasının parlamentlər arasında əməkdaşlığın inkişafı və onların diplomatiyada iştirakının aktivləşməsinin qabaqcıl vasitəsi olaraq rolunu yüksək qiymətləndiririk. Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığı genişləndirməyi mühüm hesab edirik. 2022-ci ilin fevralında Milli Məclisin spikeri Sahibə Qafarovanın Litvaya səfəri əlaqələrimizin parlament səviyyəsində inkişafına imkan yaratdı. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi məqsədilə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının sayını daha da artırmaq lazımdır", - deyə o əlavə edib.
Son.az
Sevil və Sevinc Səfərovalar ötən gün türk müğənni Hadisenin konsertind
Amerikalı jurnalist Cekson Hinkl məşhur teleaparıcı Taker Karlsonun Ukrayna
Türkiyənin ASELSAN şirkəti "Forma dəyişdirən Pilotsuz Uçuş Aparat�
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Ze
Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Özbəkistana hazır geyim məhs
Qardaş Türkiyə mayın 14-də tarixinin ən kritik seçkilərindən birinə ev
Plastik-cərrah Türkan Gündüzə xəsarət yetirərək onu qəsdən öldürən
Rusiya təcavüzünün artması ehtimalı tarixdən asılı deyil. Bu, müharib�
Xalq artisti Aygün Kazımova ötən gün qatıldığı "Bakı marafano 202
Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistan
Ukraynada logistika və anbarlara bugünkü zərbə, eləcə də Çasov Yar üz�
4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olar
Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qu