Kılıçdaroğlunun erməni və İran sevgisi Türkiyə mediası CHP liderinin
Digərləri 08 May 2023 12:16:00 243 0
Qardaş Türkiyə mayın 14-də tarixinin ən kritik seçkilərindən birinə ev sahibliyi edəcək. Seçkilər tək ölkədə deyil, ətraf ölkələrdə və hətta dünyada maraqla izlənilir. 20 ildir ki, ölkədə keçirilən seçkilərdə uğura imza atan AKP iqtidarının bu seçkilərdən qalib çıxacağını əksər sorğu mərkəzləri təsdiq etsə də, son söz türk xalqınındır və qardaş ölkənin bu sınaqdan da uğurla çıxacağını əminliklə söyləmək olar.
Bu xəbəri də oxu: Çətinliklər bitdi 4 bürc üçün uğurlu dövr başlayıb: Astroloq açıqladı
Yeri gəlmişkən, seçkilərdə hazırkı iqtidara müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu səsləndirdiyi populist və qalmaqallı açıqlamalarla gündəm olub. Onun son açıqlaması türk mediasını, siyasi dairələrini bir-birinə vurub. Söhbət onun "Həyatımın Layihəsi" deyərək paylaşdığı videodan gedir. Xatırladaq ki, Kılıçdaroğlunun Prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi "Yeni İpək Yolu" haqda məlumatı və təqdim etdiyi xəritə məxsusən azərbaycanlıları şoka salıb. Belə ki, Kılıçdaroğlunun canlandırmağı hədəflədiyi "Yeni İpək Yolu" Azərbaycandan keçmir. 5,5 min km-lik quru yolu İrandan (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd), Qazaxıstanda Almatını keçərək, Çinə birləşir. Beləliklə, Kılıçdaroğlu İpək Yolu layihəsindən Azərbaycanı çıxarır və bunu açıqca elan da edir. Bu halda Zəngəzur dəhlizindən ümumiyyətlə söz etməyə dəyməz. Əksəriyyət hesab edir ki, Kılıçdaroğlu seçilərsə, hətta Orta Dəhlizi, onun Azərbaycan ayağını və Bakı-Tbilisi-Qars marşrutunu da unutmaq lazım gələcək. Və türk mediasında az qala şok effekti verən bu fikirlərlə bağlı yer alan materiallardan bəzilərinə nəzər salaq.
Məsələn, "Aksam" yazır ki, Kılıçdaroğlu paylaşdığı video ilə gülüş obyektinə çevrilib. "Kılıçdaroğlunun Azərbaycanı sıradan çıxarıb yerinə İranı daxil etməsi müzakirə mövzusuna çevrilib. Partiya sədri "Nə Qərb, nə Şərq, bu Türk Yolu" və "Həyatımın layihəsi" ifadələri ilə təqdim etdiyi planında hazırda istifadə edilən tarixi İpəyi canlandıracaqlarını bildirib. Xarici mətbuata verdiyi açıqlamalarla tez-tez Qərb paytaxtlarına əməkdaşlıq mesajı verən Kılıçdaroğlu, 'həyatımın layihəsi' deyəcək qədər irəli sürdüyü vədini gecə yarısından sonra sosial media hesabından açıqlayıb. Kılıçdaroğlunun "Türk Yolu" adlandırdığı layihənin 2013-cü ildən mövcud olan və 2020-ci ildən istifadə edilən "Yol kəməri" layihəsinin Mərkəzi Asiyaya qədər uzanan bir hissəsi olduğu görülüb" deyə qəzet yazıb.
Kılıçdaroğlunun vəd etdiyi layihədə marşrutda İranın iki şəhəri Təbriz və Tehran göstərilib. Kılıçdaroğlunun layihəsi "İran və Ermənistan kursunu təyin etdimi?" kimi suallar üzə çıxarıb" deyə qəzet yazıb.
Azərbaycanı saymadı
Qəzet yazır ki, "Azərbaycanla İran arasında bir müddətdir davam edən diplomatik böhran hələ də səngiməsə də, Kılıçdaroğlunun İranı "Türk yolu" adlandırması diqqətdən yayınmayıb. Türkiyə ilə Mərkəzi Asiya arasında ticarətin təkcə Azərbaycandan keçməsinə mane olmayan, bununla da mövcud iqtisadi tortun türk ölkələri arasında bölüşdürülməsini ehtiva edən plana alternativ yol çəkən Kılıçdaroğlu, əldə etdiyi gəlirə türk olmayan ortağı da əlavə edir". "Yeni Şafak"da yer alan xəbərə görə, Kılıçdaroğlunun Türkiyənin bütün gücü ilə açmağa çalışdığı dəhlizdən yan keçən vədi Ermənistan və İran üçün böyük bir fürsət kimi görünür. CHP liderinin Azərbaycansız da yolu açmaq istədiyi iddiaları arasındadır ki, bu da "dünyanın yüksələn qüdrəti olan Türk Dövlətləri Təşkilatını ləğv etmək üçün atılan addım" ola bilər. Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu mövcud layihəni seçki vədi kimi təqdim edən Kılıçdaroğluna sərt münasibət bildirib. Karaismailoğlu, "Sabahınız xeyir. Qatardan qaçdınız. 2 ildir ki, Çin səfərlərimiz davam edir. Marmaray və Bakı-Tbilisi-Qars xəttini, Londondan Çinə kəsilməyən dəmir yolu xəttini, Yeni İpək Yolunu həyata keçirdik. Haburdan Fars körfəzinə. Bəzi arzular bizim gördüklərimizə çata bilməz!" deyib.
"Takvim" qəzeti də Kılçdaroğlunun qalmaqallı fikirləri tənqid edib. "Qatarı buraxdın Kılıçdaroğlu. Çin-Türkiyə səfərləri iki ildir davam edir. Prezident Tayyib Ərdoğan Türk Dövlətləri Birliyini düyün-düyün toxudu. Türk Dövlətləri Birliyi Kipr Türk Dövlətini qucaqladı. Bakı-Tbilisi-Qars-Ankara-İstanbul dəmir yolu Qazaxıstan-Türkmənistan-Azərbaycan ərazisindən keçir. Çindən Avropaya dəmir yolu layihəsinə böyük yeni investisiyalar qoyulur. Azərbaycan və Türkiyənin Qarabağ qələbəsi ilə Zəngəzur dəhlizi açılır və Mərkəzi Dəhliz Dəmir Yolu tikilir. Türkiyə birbaşa Asiyaya bağlanır. Türkiyədən Çinə ilk ixrac qatarı 2020-ci il dekabrın 4-də İstanbuldan yola düşərək Marmaraydan keçərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Xəzərin Şərq-Qərb mərkəzi dəhlizinin kəsişməsi ilə Çinə çatıb. Qatar 8 min 693 kilometr yol qət edərək, 2 qitə, 2 dəniz və 5 ölkəni keçərək yükünü Çinə çatdırıb. Hə. CHP və komandasının gözü var, lakin görmür. Qulaqları var, amma eşimir, dili var, amma danışmır" deyə müəllif sonda yazıb.
Azər Nuriyev Son.az
Plastik-cərrah Türkan Gündüzə xəsarət yetirərək onu qəsdən öldürən
Rusiya təcavüzünün artması ehtimalı tarixdən asılı deyil. Bu, müharib�
Xalq artisti Aygün Kazımova ötən gün qatıldığı "Bakı marafano 202
Cənubi Qafqazda vəziyyət hələ də həssasdır. Buna səbəb də Ermənistan
Ukraynada logistika və anbarlara bugünkü zərbə, eləcə də Çasov Yar üz�
4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olar
Azərbaycanla Litva arasında siyasi əlaqələr möhkəm təməl üzərində qu
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Dövlət Tibbi-Sosial Ekspert
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konse
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanı
Çoxdan arzuladığınız yay məzuniyyətinə hazırlaşırsınız? Yoxsa bu ya
Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən Kapit
Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində
Keçən il axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 n�