Bay Kamalın “Azərbaycansız xəritəsi”
Siyasət 08 May 2023 07:17:00 247 0
2000-ci ildə Çin Böyük İpək yolunun bərpası ilə bağlı Qərbin xəritəsinə qarşı öz layihəsini hazırladı. Bu xəritə Rusiya və İranın birbaşa iştirakı ilə hazırlanmışdı. Məqsəd Qafqazı regionun Böyük İpək Yolu üzərində qurulacaq nəqliyyat xətlərindən uzaq tutmaq, İranı böyük dövlətlər sırasına qatmaq və ən əsası Qərbin maraqlarını neytrallaşdırmaq idi.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri tarixçi alim Zaur Əliyev ötən gün Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun nümayiş etdirdiyi xəritə haqda qeyd edib.
Alim bildirib ki, xəritə Amerika gizli xidmətinin əlinə keçəndən sonra "Diplomat" qəzetində çap edilmişdi:
"Bu xəritə hazırlanana qədər Çin Türkiyə ətrafında olan coğrafiyada biznes maraqlarını qurmuşdu. Çoxları bilməsə də, türkmanların Mosul, Kərkük ərazisində olan enerji mənbələri artıq müxtəlif şirkətlər vasitəsilə Çinə aid idi. Çin Kürdüstan yaradılması üçün illərdir gizli yollarla kürd təşkilatlarına yardım edir. Əsas məsələ Qərb və Şərqi birləşdirən ana xətdən Azərbaycanı kənar tutmaq idi. Çünki İran-Çin-Rusiya sövdələşməsinə görə, Qafqaz yenidən Rusiyanın ərazisi kimi qəbul edilirdi".
Z.Əliyev Türkiyə müxalifətinin aparıcı qüvvəsinə başçılıq edən Kamal Kılıçdaroğlunun eyni xəritəni təqdim etməsi və prezident seçiləcəyi təqdirdə Azərbaycandan yan keçəcək layihəni dəstəkləyəcəyini elan etməsindən təəssüfləndiyini bildirib:
"İstəməzdim yeni Boraltan (Türkiyəyə sığınan azərbaycanlı mühacirlər SSRİ-yə Boraltan körpüsündə təhvil verilib - red.) yaşayaq. Hər halda Türkiyədə Kamal bəyə dəstək olan güclər o seçilən təqdirdə Azərbaycanı Böyük İpək Yolundan və ən əsası Zəngəzur dəhlizindən mərhum etməzlər".
May ayında iki bürcün nümayəndələrinin həyatında çətin dövr başlaya
Mitinqlərin keçirilmə yeri ilə bağlı öncədən İlçə Seçki Qurumuna m�
Türkiyənin Bursa şəhərində Sənaye və Texnologiya naziri və AK Partiya B
Xalq artisti Nazpəri Dostəliyeva dünyasını dəyişən oğlu Əli ilə bağl
Alimlər kompüter tomoqrafiyası (KT) görüntüləri əsasında xərçəng xə
Qiymətlər də keyfiyyəti müəyyənləşdirmək üçün bir göstəricidir. A
Türkiyənin Anadolu bölgəsində sakinlərin qəribə tapıntısı sosial ş
Məşhur qiraətçi, xınayaxdı məclisləri ilə ad çıxarmış Nazilə Səf
"Günay dedi ki, biz evlənəndə anana necə müraciət edəcəm?"
Rusiyada yaşayan azərbaycanlı tanınmış ekstrasens Zirəddin Rzayev 2023-c�
Müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutan konsertdə maraqlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına komandanlıq edə
Alimlər iddia edirlər ki, qan təzyiqinə ciddi nəzarət insult riskini azald