Ətdən ucuz “mal əti” kolbasaları FOTO
Digərləri 08 May 2023 03:03:00 259 0
Qiymətlər də keyfiyyəti müəyyənləşdirmək üçün bir göstəricidir. Aldığımız kolbasaların tərkibindəki ətin miqdarı, keyfiyyəti ilə qiymətinin nə dərəcədə uyğunluq təşkil edib-etmədiyi maraqlıdır.
Bu xəbəri də oxu: Balıq bazarında vəziyyət necədir? yerli yoxsa xarici balıqları almalı?
"Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb". Bu cümlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi ilə bağlı açıqlamasında bir neçə kolbasa və sosiska məhsulunun qarşısında yazılmışdı. Yaxud belə qeyd var idi: "Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb".
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Sırf kolbasaları götürsək, onsuz da bizdə aldığımız kolbasaların tərkibi ilə bağlı narahatlıq, suallar hər zaman var. Ancaq bu açıqlamadan sonra həm də belə sual yaranır: Biz necə bilək ki, aldığımız məhsul keyfiyyətlidir? Adətən, bu tipli müzakirələrdə bildirilir ki, bazarda sümüklü mal ətinin kiloqramı 15 manatdır. Kolbasa isə 9 manatdırsa, tərkibindəki necə ət ola bilər? Əslində, məntiqli yanaşmadır. Ancaq mütəxəssislərdən də soruşaq. Hansı qiymətə kolbasa alsaq, tərkibindəki ətin keyfiyyəti sual altında qalacaq? Ümumiyyətlə, kolbasaların keyfiyyətlisini necə seçək?
"Bir kiloqramını 25 manata verirəm"
Fərdi şəkildə kolbasa istehsalı ilə məşğul olan Əhmədağa Rəhimov mal əti kolbasasının 1 kiloqramını 25 manata satır. O, bu qiymətin necə yaranmasını izah etdi: "Siz satışda ətin kiloqramını 15 manata alırsınızsa, biz rayonda topdan 10-11 manata ala bilirik. Ancaq sümükləri və kolbasaya yararsız hissələri çıxandan sonra ətin qiyməti bizə 13-14 manata başa gəlir. Sonra ədviyyatlar vurursan. Ədviyyatın bir kiloqramı 25 dollardır. 20-30 kiloqram ətə 1 kiloqram ədviyyat vurulur. Hər 1 kiloqram ətə 1 manat da bunun pulunu əlavə edək. Kolbasanın qabığı var. O da çox ucuz deyil. Bişirilmə, saxlanma, işçi və s. xərcləri var. Bunların hamısı toplandıqda, kolbasanın kiloqramını mən 25 manata verirəm. Kiloqramında 5-8 manat qazanc əldə etmək olur".
Qiymətlər keyfiyyət haqqında nə deyir?
İstehsal meneceri Sayat Quliyeva deyir ki, kolbasa istehsalında ölkəmizin regionlarında yetişdirilib xüsusi kəsim məntəqlərində kəsilən, qiyməti 13-17 manat olan ətlərdən istifadə olunmur: "Hazırda kolbasa məhsullarında istifadə edilən ət, sümükdən ayrılmış, dondurulmuş şəkildə Hindistan, Malayziya kimi ölkələrdən idxal olunur. Kiçik zirzəmi istehsal sahələrini nəzərdə tutmuram".
S.Quliyeva bazardakı qiymətlərlə keyfiyyətli kolbasaların qiyməti arasında fərqi də bildirdi: "Normativlərə uyğun 1 kiloqram kolbasanın 80 faizini ət təşkil etməlidir. Düzgün resept üzrə keyfiyyətli kolbasa istehsal olunarsa, 1 kiloqram kolbasanın qiyməti 14-20 manat aralığında, hətta digər xərclər də nəzərə alınsa, daha yüksək olmalıdır. Ancaq fərqli satış məntəqələrinə baxışım deyir ki, yerli kolbasa məhsullarının 1 kiloqramının qiyməti 5-12 manat aralığındadır. Halal kolbasaların qiyməti isə 11-15 manatdır. Ölkəmizə idxal olunan, xüsusilə də Rusiya istehsalı kolbasaların qiyməti isə 8-13 manatdan başlayır. Yaxud hindi quşu və mal əti qarışıq kolbasalar var. Onların bir kiloqramının qiyməti 13 -18 manat aralığında olmalıdır. Tamamilə hindi quşu ətidirsə, daha baha olacaq".
Keyfiyyətli kolbasanın rəngi...
S.Quliyevanın sözlərinə görə, məhsulun maya dəyərinin aşağı olması, bazarda rəqabətliliyin davamlılığı məqsədilə qırmızı ət miqdarı azaldıb əvəzinə ağ ət, soya, bitki yağlarıyla hazırlanan piy-yağ əvəzləyicisindən istifadə edilir: "Bununla yanaşı, bəzi istehsalçılar reseptlərə müdaxilə edərək kolbasalara toyuq dərisi, süd tozu, nişasta, un qatırlar. Hisə verilmiş kolbasalarda hisə vermə prosesindəki xərclərin azaldılması məqsədilə süni hiss dadlandırıcıları və rənglərdən istifadə edilir".
Türkiyənin Anadolu bölgəsində sakinlərin qəribə tapıntısı sosial ş
Məşhur qiraətçi, xınayaxdı məclisləri ilə ad çıxarmış Nazilə Səf
"Günay dedi ki, biz evlənəndə anana necə müraciət edəcəm?"
Rusiyada yaşayan azərbaycanlı tanınmış ekstrasens Zirəddin Rzayev 2023-c�
Müğənni Hadisənin Bakı Konqres Mərkəzində baş tutan konsertdə maraqlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına komandanlıq edə
Alimlər iddia edirlər ki, qan təzyiqinə ciddi nəzarət insult riskini azald
"Düşünürdüm ki, qayınanama mən necə müraciət edəcəm".
Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli müba
Müğənni İlhamə Qasımova bir müddət əvvəl dünyasını dəyişən atas�
İrəvanda iki qadın Qarabağdakı erməni separatçıların "bayraq"
Dietoloqlar arıqlamağınızın qarşısını alan qidaların adını açıqlay