Sərsəngi qurudan separatçı rejim Azərbaycanı ittiham edir
Siyasət 06 May 2023 21:59:00 215 0
Qarabağdakı separatçı-terrorçu rejim Sərsəng su anbarında yaşatdığı ekoloji fəlakəti pərdələmək və öz əməllərini gizlətmək üçün hərəkətə keçib.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az bildirir ki, musavat.com erməni mediasına istinadən xəbər verir ki, terrorçu qurumun oyuncaq "dövlət naziri" Qurgen Nersisyan "Azərbaycanın Sərsəng su anbarına qarşı həyata keçirdiyi enerji, iqtisadi, humanitar və ekoloji terrorla bağlı" (?!-M.) açıqlama yayıb və özlərinin adını Azərbaycana qoymağa həyasızcasına cəhd göstərib.
"146 günlük blokada"dan danışan Nersisyan yanvarın 9-dan başlayaraq, son 117 gün ərzində guya Azərbaycanın yeganə yüksək gərginlikli elektrik xətti vasitəsilə Ermənistandan Qarabağa elektrik enerjisinin verilməsini "kəsdiyini" və "enerji, iqtisadi, humanitar və ekoloji terror, çətinliklər yaratdığını, "artsax xalqı"nın (?-M.) əlavə "iztirablar"ına səbəb olduğunu iddia edib. O bildirib ki, yalnız 6 su elektrik stansiyasından ibarət daxili elektrik enerjisi istehsalı infrastrukturundan istifadə etməyə məcbur olublar. "Onlardan yalnız Sərsəng SES ümumi gücün təxminən 70%-ni təşkil edir. Azərbaycan tərəfindən elektrik enerjisi təchizatının dayandırılmasından əvvəl Artsaxın yerli istehsalı tələbatın demək olar ki, 30%-ni ödədiyindən, yanvarın 9-dan etibarən əhalinin minimum tələbatını təmin etmək üçün Artsax hökuməti bir sıra əlavə tədbirlər görməli oldu. Tədbirlər o cümlədən bütün əsas təsərrüfat müəssisələrinin fəaliyyətinin dayandırılması, gündəlik elektrik enerjisinin kəsilməsi, bütün mövcud su elektrik stansiyalarının maksimum güclə işləməsi və sairdən ibarətdir. Nəticədə təkcə bir sıra humanitar və məişət çətinlikləri deyil, həm də Sərsəng su anbarının ehtiyatlarının sürətlə tükənməsi ilə bağlı ciddi ekoloji problemlər yaranıb. Sərsəng su anbarından minimum həcmdə elektrik enerjisi istehsalını təmin etmək məqsədilə ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvarın 9-dan bu günə kimi 3 dəfəyə yaxın, su axını isə 2 dəfəyə yaxın azdır ki, bu da bu il havanın quraq keçməsi ilə əlaqədardır. Sərsəngin su ehtiyatı kritik həddə çatıb - demək olar ki, 88 milyon m3 (ümumi həcmin təxminən 15%-i), ölü (istifadə olunmamış) həcmə yaxınlaşır - təxminən 70 milyon m3" - separatçı əlavə edib.
Nersisyan deyib ki, bu vəziyyət təkcə Qarabağdakı əhalinin elektrik enerjisi ilə təminatı perspektivini təhlükə altına qoymur, insanların əzabını artırır, həm də artıq ətraf mühitə böyük mənfi təsirə, o cümlədən bulaqların qurumasına, mikroiqlimin pisləşməsinə səbəb olur.
Sərsəngdəki ehtiyatları qanunsuz olaraq istismar edən separatçı-terrorçu rejim buna görə tezliklə Azərbaycana cavab verəcəyini anladığı üçün "qara məni basınca, mən qaranı basım" mövqeyindən çıxış etməyə başlayıb heç şübhəsiz. Ermənilər bu günədək AŞ PA-nın Sərsənglə bağlı qətnaməsini icra etməyib və ekoloji fəlakət törətməkdədirlər. Ermənilər Sərsəng su anbarının 1 yanvar və 28 aprel tarixlərində dəniz səviyyəsindən 705,8 və 671,5 metr yüksəklikdən çəkilmiş peyk şəkillərini də paylaşıblar. Bu kadrlar ermənilərin törətdiyi cinayətləri əyani sübut edir.
Keçmiş əri Conni Depp ilə olan məhkəməni uduzan aktrisa Ember Hörd Madri
İnsanların çoxu öz bürclərinin xüsusiyyətlərini oxuyarkən onlara uyğu
May ayında planetimiz bir neçə dəfə maqnit qasırğalarına məruz qalacaq.
Türkiyənin məşhur aktyoru Mehmet Yılmaz Ak 4 aydır eşq yaşadığı sevgi
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını a
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşac
Astroloqlar Bürcün bütün əlamətləri üçün may ayı üçün maliyyə uld
"Türkiyə dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən biri
Volqoqrad hava limanında sərnişin təyyarəsi dovşanların enmə zolağına
Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.
Rusiya Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzinə rake