Hitlerə görə boşanan, dəlixanada ölən məşhur “Bibi” FOTO


Digərləri 06 May 2023 20:58:00 202 0

Hitlerə görə boşanan, dəlixanada ölən məşhur “Bibi”  FOTO

Bizim tamaşaçılar onu "Bəxtiyar" filmində Saşanın bibisi kimi xatırlayırlar. Bu qadın 60 yaşından sonra şöhrətə nail olmuş azsaylı aktyorlardan biridir. Söhbət SSRİ Xalq artisti, çoxlu sayda nüfuzlu mükafatların sahibi, aktrisa Tatyana Peltserdən gedir.

Son.az bildirir ki, lent.az "Bir ulduz axdı" layihəsində bu gözəl insanı xatırlayır.

Tatyananın məşhur aktrisa olmasını atası arzu edib. Atası İvan Romanoviç Peltser dövrünün məşhur teatr aktyorlarından idi. Tatyana 1904-cü ilin may ayında Moskvada doğulmuşdu. İlk rolunu 9 yaşında oynayan qız aktrisa olmağa can atsa da, ona "istedadın yoxdur" deyib işə götürmürdülər. Hətta, aktrisa kimi ali təhsilini də bu səbəblə yarımçıq qoymalı olmuşdu. İnstitutdan xaric edilmişdi. Amma çox sonralar ona Stalin mükafatı veriləcək, ölkənin ən yaxşı aktrisası adını alacaqdı. Bunun üçünsə görünür, qocalmaq lazım imiş.

O, düz 40 il "ZİS" maşınqayırma zavodunda maşinist işləyib. Bununla belə xalq teatrlarına gedir, tamaşalarda oynayırdı. Rejissorlar onun simasında qayğıkeş ana, nənə rollarını oynayan aktrisa tapmışdılar. 

Şöhrətə isə 60 yaşından sonra çatıb. Özünü xoşbəxt qarı adlandırırdı. Çünki heç kim onun kimi xeyirxah qayğıkeş ana obrazı yarada bilmirdi. Əslində arzu eləsə də, nə ana ola bildi, nə də nənəlik duyğusunu daddı.

Tatyana gəncliyində Moskvada Hans adlı bir almanla ailə qurub, onunla birlikdə Berlinə köçmüşdü. Lakin xaricdə yaşamaq ona cazibədar görünməmiş, 1930-cu ildə boşanaraq geri gəlmişdi. Səbəb Hitler olmuşdu. Tatyana kommnunist idi. Almaniyada aktiv və varlı həyat sürən qız bir dəfə Hitlerin iclaslarından birində olur. Faşizm meyilləri ona qorxulu görünür və ölkəsinə qayıtmağa qərar verir. Rusiyaya qayıdandan sonra Almaniyada Hitler adlı dəli bir gəncin bütün cavanların başını xarab etməsindən danışarmış. Nə biləydi ki, az müddət sonra Hitler dünyanın ən məşhur insanlarından birinə çevriləcək. Ortaya Böyük Vətən müharibəsi düşsə də, Tatyana alman əri Hansla yaxşı münasibətlərini bütün ömrü boyu qoruyub saxlamışdı.

ÜSTdən koronavirusla bağlı like
  • 06 May 20:27  
Dünya ÜSTdən koronavirusla bağlı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını a

arrow Ətraflı
Bəzi magistral yollarda görünüş məsafəsi like
  • 06 May 20:22  
Digərləri Bəzi magistral yollarda görünüş məsafəsi

Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşac

arrow Ətraflı
Bu bürclərin may ayında pulu bol olacaq  PROQNOZ like
  • 06 May 20:17  
Digərləri Bu bürclərin may ayında pulu bol olacaq PROQNOZ

Astroloqlar Bürcün bütün əlamətləri üçün may ayı üçün maliyyə uld

arrow Ətraflı
Təyyarə dovşanlara görə aeroporta enə bilmədi like
  • 06 May 20:07  
Dünya Təyyarə dovşanlara görə aeroporta enə bilmədi

Volqoqrad hava limanında sərnişin təyyarəsi dovşanların enmə zolağına

arrow Ətraflı
Kral Çarlzın tacqoyma mərasimi keçirilib  FOTO like
  • 06 May 20:01  
Dünya Kral Çarlzın tacqoyma mərasimi keçirilib FOTO

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

arrow Ətraflı
Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirdi: ölənlər var like
  • 06 May 19:50  
Dünya Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirdi: ölənlər var

Rusiya Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzinə rake

arrow Ətraflı
Yazda belə geyinək  FOTO like
  • 06 May 19:34  
Digərləri Yazda belə geyinək FOTO

Rusiyalı stilist Aleksandr Roqov 2023-cü ilin yazının əsas modasını açı

arrow Ətraflı
"Heç kəs imtiyazlardan suiistifadə etməməlidir" like
  • 06 May 19:24  
Digərləri "Heç kəs imtiyazlardan suiistifadə etməməlidir"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Döv

arrow Ətraflı
Bu bürclərdən olan QADINLARIN həyatı kəskin dəyişəcək like
  • 06 May 18:51  
Digərləri Bu bürclərdən olan QADINLARIN həyatı kəskin dəyişəcək

Astroloqlar bu həftənin sonuna, mayın 7-nə qədər çoxdan gözlənilən də

arrow Ətraflı
Bu qidalar beyin hüceyrələrini öldürür like
  • 06 May 18:40  
Digərləri Bu qidalar beyin hüceyrələrini öldürür

Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.

arrow Ətraflı